• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 10-da Cəmşid Naxçıvanski adına hərbi liseydə "Şahin" hərbi-idman oyununun final yarışı keçirilib.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilmiş yarışın finalında zona mərhələsinin qalibi olmuş 18 komanda təmsil olunub.
 Final yarışının açılş mərasimində təşkilatçı qurumların nümayəndələri iştirak edib.
Final yarışında iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar. Yarışın birinci mərhələsində təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçən komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. İkinci mərhələdə isə "şahinlər” müxtəlif sədlərdən keçərək maneələri dəf etmək bacarıqlarını nümayiş etdiriblər.
Finalda I yeri Bakı şəhəri Nərimanov rayonunun komandası, II yeri Bakı şəhəri Nizami rayonunun komandası, III yeri Bakı şəhəri Yasamal rayonunun komandası tutub.
Qalib komandalar Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunublar.


10 il əvvəl