• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 12-də Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində “SABAH” qrupları ilə bağlı təqdimat keçirib.

Təqdimatdan əvvəl universitetin rektoru Ədalət Muradov çıxış edərək “SABAH” qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb. Rektor Azərbaycan Dövlət İqtisad Universitetində 9 ixtisas üzrə “SABAH” baza qruplarının yaradılacağını xatırladıb.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov “SABAH” qrupları ilə bağlı geniş məlumat verib. Yeni qrupların yaradılması təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində əhəmiyyətli addım olacaq.
Qeyd olunub ki, “SABAH” qrupları 8 daha müasir ali təhsil müəssisəsinin bazasında yaradılacaq. Birinci semestrdə 61-dən çox bal yığan tələbələr “SABAH” qrupuna daxil olmaq şansı qazanacaqlar. Bunun üçün onlar www.sabah.edu.az saytı vasitəsilə elektron ərizə verməli və müsabiqədə iştirak etməlidirlər.
Təhsil Nazirliyinin nümayəndələri “SABAH” qrupları layihəsi ilə bağlı təqdimatı keçirdikdən sonra universitetin müəllim-professor heyətinin və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Tələbələri daha çox maraqlandıran suallarla əlaqədar bildirilib ki, “SABAH” qruplarında təhsil alanlar ödənişli və ya dövlət sifarişi ilə oxumasından asılı olmayaraq təqaüd alacaqlar. Eyni zamanda həmin qruplarda təhsil alan və aztəminatlı ailədən olan tələbələr yataqxana ilə təmin olunacaqlar. Qrupun tələbələri üçün mütəmadi olaraq ictimai xadimlərlə, şirkət rəhbərləri ilə, dövlət qurumlarının təmsilçiləri ilə görüşlər təşkil ediləcək. “SABAH”ın fərqlənənləri xarici ölkələrdə təcrübəyə göndəriləcək.


10 il əvvəl