• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 5-dən 10-dək Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş boks üzrə respublika birinciliyi keçirilib.

Birincilikdə 18 çəki dərəcəsi 14-15 yaşlı yeniyetmə boksçulardan ibarət 16 komanda iştirak edib. Ölkə miqyaslı yarışa ümumilikdə 170 boksçu qatılıb.
5 gün davam edən mübarizədən sonra 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ümumi komanda hesabında yarışın qalibi olub. İkinci yeri “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialı, üçüncü yeri Neftçala rayon Uşaq-Gənclər İdman Məktəbi tutub. Bundan başqa hər bir çəki üzrə şəxsi hesabda I, II və III yerləri tutan boksçular da müəyyənləşdirilib.
Qaliblər Təhsil Nazirliyinin diplomları və medalları ilə mükafatlandırıblar. İlk 3 yeri tutan komandalara kuboklar təqdim olunub. 





 


10 il əvvəl