• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 25-də Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilib.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında rayon, şəhər mərhələlərinin qalibi olan 72 nəfər müəllim iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan final bir gün ərzində başa çatıb. İsmayıllı şəhər 7 saylı tam orta məktəbin müəllimi Niftəliyev Cahangir birinci yerin, Cəlilabad şəhər 4 saylı tam orta məktəbin müəllimi Bağışov Anar ikinci yerin, Salyan rayonu Dayıkənd kənd tam orta məktəbin müəllimi Kazımov Fuad üçüncü yerin sahibi olublar. Qaliblər və fəal iştirakçılar hər iki təşkilatın birgə Fəxri Fərmanı, Diplomu ilə təltif olunub və onlara pul mükafatları verilib. Qeyd edək ki, şahmatı geniş təbliğ etmək və yaymaq, asudə vaxtı mənalı və səmərəli keçirmək məqsədi ilə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü geniş qeyd etmək üçün ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar imzalayıblar. Qərara  uyğun olaraq, yarışın birinci mərhələsi mart ayının 10-dək ümumtəhsil məktəblərində, ikinci mərhələsi aprel ayının10-dək şəhər və rayonlarda keçirilib.

Aprelin 26-da Cəmşid Naxçıvanski adına hərbi liseydə “Cəsurlar” hərbi-idman və turizm oyununun Respublika final yarışı keçirilib.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarı ilə keçirilən yarışda ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri iştirak ediblər. “Cəsurlar” hərbi-idman və turizm oyununun Respublika final yarışında I yerə Zərdab, II yerı Xətai, III yerə Ordubad rayonunun komandaları layiq görülüblər. Qalib komandalar Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. Qeyd edək ki, cari ilin mart-aprel aylarında Bakı və Naxçıvan şəhərlərində, Quba, Göygöl, Hacıqabul, İsmayıllı, Balakən, Ağcabədi, Neftçala rayonlarında “Cəsurlar” hərbi-idman və turizm oyunlarının zona mərhələsi keçirilib. Hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla birgə ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin təkmilləşdirilməsi, hərbi-idman oyunlarının keyfiyyətinin və kütləviliyinin artırılması üçün təsirli tədbirlər həyata keçirir. Bu baxımdan gənclərin vətənpərvərlik tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, “Dəyirmi masa”ların, mədəni-kütləvi və digər tədbirlərin keçirilməsinə hərtərəfli dəstək verilir.

Aprelin 27-də Azərbaycanın 10 bölgəsində «Nə? Harada? Nə zaman?» oyunu üzrə regional məktəb çempionatı keçirilib.

Təhsil Nazirliyinin Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birlikdə təşkil etdiyi çempionatda ümumi təhsil müəssisələrinin 7-10-cu sinif şagirdləri iştirak edib. Çempionatın əsas məqsədi gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etməkdən, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılaraq inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir. İntellektual oyunlar ətraf bölgələri əhatə etməklə Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Lənkəran, Sumqayıt, Quba, Zaqatala və Göyçayda təşkil olunub. Zonalar üzrə Şəmkir, Gəncə, Lənkəran, Cəbrayıl, Kürdəmir, Zaqatala, Naftalan, Sumqayıt, Qobustan, Quba rayon və şəhərlərin komandaları qalib gəlib və regional çempion adına layiq görülüblər. Qaliblərə Təhsil nazirliyinin Fəxri Fərmanları, qızıl medallar və kubok təqdim olunub. Qalib komandalar müvafiq televiziya kanalı tərəfindən həyata keçiriləcək Breyn-Rinq oyunlarında iştirak hüququ qazanacaq və televiziya çəkilişlərinə dəvət olunacaqlar. Bakı şəhəri üzrə Regional Çempionat isə mayın 9-da keçiriləcək və ümummilli lider Heydər Əliyevin doğum gününə həsr ediləcək.

Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşların nəzərinə!

5 may 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 29, 30 aprel və 1, 2 may 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Təhsil Nazirliyinə Siyəzən Rayon Təhsil Şöbəsi, Tərtər rayon Evoğlu kənd tam orta məktəbi və Laçın rayon Ağgöl kənd ümumi orta məktəbinin fəaliyyətindəki nöqsanlarla bağlı daxil olmuş məlumatlar operativ araşdırılıb.

Belə ki, Siyəzən rayon təhsil şöbəsinin müdiri Rəfail Hacıyevin zəif nəzarəti nəticəsində tabeliyində çalışan işçilər vəzifə funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə tam şəkildə riayət etməyib və fəaliyyətlərini müasir tələblər səviyyəsində qura bilməyiblər. Bütün bunları nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən Siyəzən rayon təhsil şöbəsinin müdiri Rəfail Hacıyevə, böyük məsləhətçi Vahid Məmmədova və metodist Şəhla Əliyevaya töhmət verilib. Tərtər rayon Evoğlu kənd tam orta məktəbinin direktor müavini Y.Məhərrəmovun şikayəti əsasında tədris ocağında araşdırma aparılıb. Aparılmış araşdırma zamanı məlum olub ki, məktəbin direktoru Natiq Kazımov fəaliyyətində ciddi nöqsanlara yol verib. Belə ki, IX-XI sinif şagirdlərinin dərsə davamiyyəti olduqca aşağı olsa da, bu barədə jurnallarda heç bir qeydiyyat aparılmayıb. İşçilərə əsassız əmək haqqı hesablandığına və digər bu kimi nöqsanlara görə məktəbin direktoru Natiq Kazımov tutduğu vəzifədən azad edilib. Laçın rayon Ağgöl kənd ümumi orta məktəbində aparılan araşdırmaların nəticələrinə əsasən müəyyənləşdirilib ki, müəllimlərin dərs planları düzgün tərtib edilməyib, sinif jurnallarında və şəxsi işlərdə ciddi səhvlərə yol verilib, əmək intizamına düzgün riayət olunmayıb. İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru Hidayət İbrahimov tutduğu vəzifədən azad edilib. Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərinin bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.

Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə 2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq olunub.

Dövlət sifarişi ilə (yəni, tələbələr üçün ödənişsiz) bakalavriat və magistratura səviyyələrinə qəbul planı ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı ayrı-ayrı ixtisasların prioritetliyi nəzərə alınmaqla tərtib edilib. Qəbul planında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq, ali təhsil müəssisələrinin maddi-texniki və tədris laboratoriya bazalarının mövcud vəziyyəti, elmi-pedaqoji potensialı, TQDK və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən olunmuş prioritet ixtisaslar nəzərə alınıb. Ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz çoxaldılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb. Özəl ali təhsil müəssisələrinə qiyabi təhsil forması üzrə qəbul dayandırılıb, Azərbaycan İctimai Siyasi Universitetnə və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına pedaqoji ixtisaslar üzrə qəbul planı verilməyib. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərinə verilib. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara (torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, baytarlıq, aqromühəndislik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvobitkilər) qəbul yalnız dövlət sifarişi əsasında aparılacaqdır. Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavr buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmayıb. Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15667 yerdən 11266 yerə endirilib. Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Texniki istiqamətli kolleclərdə isə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılıb.

Mayın 1-də Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.

Nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, həmçinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənlinin iştirak etdiyi mətbuat konfransında kütləvi informasiya vasitələrinin nümayəndələrinə təhsil sahəsində baş verən yeniliklər haqqında məlumat verilib.  “Təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında” Müvəqqəti Qaydalar barədə məlumat verilərək bildirilib ki, yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq. Üç fəndən illik “qeyri-kafi” qiymət alan V-VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Belə şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər, əks halda onlar sinifdə qalacaqlar. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün isə yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir. Bundan başqa, ikinci yarımildə bu və digər fəndən “qeyri-kafi” qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək. Mətbuat konfransında orta məktəblərdə aparılan araşdırmalar barədə də məlumat verilib. Bildirilib ki, Laçın rayon Ağgöl kənd ümumi orta məktəbində aparılan araşdırma zamanı müəllimlərin dərs planlarının düzgün tərtib etmədiyi, davamiyyət jurnallarında ciddi səhvlərə yol verdiyi üzə çıxıb. İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru vəzifəsindən azad edilib. Tərtər rayon Evoğlu kənd məktəbinin direktoru da analoji nöqsanlara görə vəzifəsindən çıxarılıb. Bundan başqa, Siyəzən rayon təhsil şöbəsinin müdirinə, böyük məsləhətçisinə və metodistinə işdə yol verdikləri nöqsanlara görə töhmət verilib.   Dövlət sifarişi ilə bakalavriat və magistratura səviyyələrinə qəbul planında da dəyişikliklər var. Belə ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz çoxaldılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb. Özəl ali təhsil müəssisələrinə qiyabi təhsil forması üzrə qəbul isə dayandırılıb, Azərbaycan İctimai Siyasi Universitetnə və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına pedaqoji ixtisaslar üzrə qəbul planı verilməyib. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərinə verilib. Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları isə qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Təhsil müəssisələrinin maddi-texniki təminatı yaxşılaşdırılıb. Nazirlik ilk peşə-ixtisas təhsili müəssisələri üçün 37 ədəd yeni maşın və avadanlıqlar alıb. Mətbuat konfransında jurnalistlərin çoxsaylı sualları cavablandırılıb. 

Mayın 1-də təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydaların təsdiqi haqqında” əmr imzalayıb.

Yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq. Üç fəndən illik “qeyri-kafi” qiymət alan V-VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər. Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən “qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdləri isə uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma səbəbindən təkrar sinifdə saxlanıla bilərlər. Bundan başqa, ikinci yarımildə bu və ya digər fəndən “qeyri-kafi” qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək. Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Təhsil Nazirliyinin musiqi məktəbləri yeni uğura imza atıb.

 Aprelin 23-dən 26-dək ISESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq müsabiqəsi"ndə Bülbül adına orta ixtisas musiqi məktəbinin X sinif şagirdi Zərifə Alxazova violin ixtisası üzrə Gran-Pri mükafatına layiq görülüb. Məktəbin VIII sinif şagirdi Elarə Əliyeva fortepiano üzrə II yerə, hər ikisi violin ixtisası olmaqla IX sinif şagirdi Cəmilə Əsgərzadə II yerə, VII sinif şagirdi Əsədova Ləman III yerə layiq görülərək laureat adını qazanıblar. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri də müsabiqənin qalibləri sırasındadır. Kollecin bu festivala qatılmış 5 nəfərdən ikisi fortepiano ixtisası üzrə - II-ci kurs tələbəsi Günel Rizvanova diplomant və II kurs tələbəsi Eldəniz Ələkbərzadə III yerə layiq görülərək laureat adını qazanıblar. Musiqi festivalında Turkiyə, Mərakeş, Küveyt, Rusiya, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, Indoneziya və Azərbaycan nümayəndələri iştirak edib. İfaçılar 2 yaş qrupu - 15 yaşadək və 15-20 yaşarası qruplar üzrə yarışıblar. 

Oktyabrın 16-da Frankfurt kitab sərgisində Avropa İttifaqının elektron kitabxana layihəsinin təqdimatı keçirilib. Elektron kitabxanada Avropa İttifaqı qurumlarının 1952-ci ildən etibarən dərc etdiyi yüz on mindən artıq nəşrin elektron versiyası yerləşdirilib.

Elektron kitabxana http://www.bookshop.europa.eu/eubookshop/index.action?request_locale=EN internet səhifəsində yerləşir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı