• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə 2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq olunub.

Dövlət sifarişi ilə (yəni, tələbələr üçün ödənişsiz) bakalavriat və magistratura səviyyələrinə qəbul planı ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı ayrı-ayrı ixtisasların prioritetliyi nəzərə alınmaqla tərtib edilib. Qəbul planında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq, ali təhsil müəssisələrinin maddi-texniki və tədris laboratoriya bazalarının mövcud vəziyyəti, elmi-pedaqoji potensialı, TQDK və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən olunmuş prioritet ixtisaslar nəzərə alınıb.
Ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz çoxaldılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.
Özəl ali təhsil müəssisələrinə qiyabi təhsil forması üzrə qəbul dayandırılıb, Azərbaycan İctimai Siyasi Universitetnə və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına pedaqoji ixtisaslar üzrə qəbul planı verilməyib. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərinə verilib.
Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara (torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, baytarlıq, aqromühəndislik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvobitkilər) qəbul yalnız dövlət sifarişi əsasında aparılacaqdır.
Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavr buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmayıb.
Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15667 yerdən 11266 yerə endirilib.
Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Texniki istiqamətli kolleclərdə isə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılıb.


10 il əvvəl