• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 26-da Cəmşid Naxçıvanski adına hərbi liseydə “Cəsurlar” hərbi-idman və turizm oyununun Respublika final yarışı keçirilib.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarı ilə keçirilən yarışda ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri iştirak ediblər.
“Cəsurlar” hərbi-idman və turizm oyununun Respublika final yarışında I yerə Zərdab, II yerı Xətai, III yerə Ordubad rayonunun komandaları layiq görülüblər. Qalib komandalar Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.
Qeyd edək ki, cari ilin mart-aprel aylarında Bakı və Naxçıvan şəhərlərində, Quba, Göygöl, Hacıqabul, İsmayıllı, Balakən, Ağcabədi, Neftçala rayonlarında “Cəsurlar” hərbi-idman və turizm oyunlarının zona mərhələsi keçirilib.
Hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla birgə ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin təkmilləşdirilməsi, hərbi-idman oyunlarının keyfiyyətinin və kütləviliyinin artırılması üçün təsirli tədbirlər həyata keçirir. Bu baxımdan gənclərin vətənpərvərlik tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, “Dəyirmi masa”ların, mədəni-kütləvi və digər tədbirlərin keçirilməsinə hərtərəfli dəstək verilir.


10 il əvvəl