• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 1-də Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.

Nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, həmçinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənlinin iştirak etdiyi mətbuat konfransında kütləvi informasiya vasitələrinin nümayəndələrinə təhsil sahəsində baş verən yeniliklər haqqında məlumat verilib. 
“Təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında” Müvəqqəti Qaydalar barədə məlumat verilərək bildirilib ki, yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq. Üç fəndən illik “qeyri-kafi” qiymət alan V-VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Belə şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər, əks halda onlar sinifdə qalacaqlar. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün isə yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir. Bundan başqa, ikinci yarımildə bu və digər fəndən “qeyri-kafi” qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.
Mətbuat konfransında orta məktəblərdə aparılan araşdırmalar barədə də məlumat verilib. Bildirilib ki, Laçın rayon Ağgöl kənd ümumi orta məktəbində aparılan araşdırma zamanı müəllimlərin dərs planlarının düzgün tərtib etmədiyi, davamiyyət jurnallarında ciddi səhvlərə yol verdiyi üzə çıxıb. İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru vəzifəsindən azad edilib. Tərtər rayon Evoğlu kənd məktəbinin direktoru da analoji nöqsanlara görə vəzifəsindən çıxarılıb. Bundan başqa, Siyəzən rayon təhsil şöbəsinin müdirinə, böyük məsləhətçisinə və metodistinə işdə yol verdikləri nöqsanlara görə töhmət verilib.  
Dövlət sifarişi ilə bakalavriat və magistratura səviyyələrinə qəbul planında da dəyişikliklər var. Belə ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz çoxaldılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.
Özəl ali təhsil müəssisələrinə qiyabi təhsil forması üzrə qəbul isə dayandırılıb, Azərbaycan İctimai Siyasi Universitetnə və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına pedaqoji ixtisaslar üzrə qəbul planı verilməyib. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərinə verilib. Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb.
Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları isə qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.
Təhsil müəssisələrinin maddi-texniki təminatı yaxşılaşdırılıb. Nazirlik ilk peşə-ixtisas təhsili müəssisələri üçün 37 ədəd yeni maşın və avadanlıqlar alıb.
Mətbuat konfransında jurnalistlərin çoxsaylı sualları cavablandırılıb. 


10 il əvvəl