• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 27-də Azərbaycanın 10 bölgəsində «Nə? Harada? Nə zaman?» oyunu üzrə regional məktəb çempionatı keçirilib.

Təhsil Nazirliyinin Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birlikdə təşkil etdiyi çempionatda ümumi təhsil müəssisələrinin 7-10-cu sinif şagirdləri iştirak edib.
Çempionatın əsas məqsədi gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etməkdən, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılaraq inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.
İntellektual oyunlar ətraf bölgələri əhatə etməklə Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Lənkəran, Sumqayıt, Quba, Zaqatala və Göyçayda təşkil olunub. Zonalar üzrə Şəmkir, Gəncə, Lənkəran, Cəbrayıl, Kürdəmir, Zaqatala, Naftalan, Sumqayıt, Qobustan, Quba rayon və şəhərlərin komandaları qalib gəlib və regional çempion adına layiq görülüblər. Qaliblərə Təhsil nazirliyinin Fəxri Fərmanları, qızıl medallar və kubok təqdim olunub.
Qalib komandalar müvafiq televiziya kanalı tərəfindən həyata keçiriləcək Breyn-Rinq oyunlarında iştirak hüququ qazanacaq və televiziya çəkilişlərinə dəvət olunacaqlar.
Bakı şəhəri üzrə Regional Çempionat isə mayın 9-da keçiriləcək və ümummilli lider Heydər Əliyevin doğum gününə həsr ediləcək.


10 il əvvəl