• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunmuş Asif Hacıyev bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

İlk öncə ulu öndər Hеydər Əliyеvin ali məktəbin foyesindəki büstü önünə gül dəstələri qоyulub. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Asif Hacıyevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir universitetin Elmi Şurasının üzvlərini salamlayıb və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. BSU-nun rektorunun təyin olunması ilə bağlı ölkə Prezidentinin sərəncamını nəzərə çatdıran nazir dövlət rəhbəri tərəfindən təhsil sahəsində qarşıya qoyulmuş tələblərin milli şüurun və vətəndaşlıq mövqeyinin inkişafından, peşəkar biliklərin verilməsi və rəqabətədavamlı kadr hazırlığı məsələsindən ibarət olduğunu bildirib. Bu baxımdan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın mühüm rolunu vurğulayan təhsil naziri BSU-nun zəngin ənənələrə malik olduğunu qeyd edib. Sevindirici haldır ki, Təhsil Nazirliyinin pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetlərin tələbələri arasında keçirdiyi müsabiqədə bu ali məktəbin təmsilçiləri dördüncü yerdə qərarlaşıb. Statistik məlumata görə, BSU məzunlarının 51 faizi müəllim kimi çalışır. Nazir bildirib ki, ali məktəblərin ən böyük uğur faktorlarından biri də onu idarəedənlərin tədris prosesinə yanaşmasından asılıdır. Bu baxımdan BSU-da yaxşı idarəetmə ənənəsi təşəkkül tapıb. BSU-nun rektoru Asif Hacıyev ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib. A.Hacıyev BSU-da formalaşmış sağlam ənənələri davam etdirəcəyini nəzərə çatdırıb. BSU-nun keçmiş rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ilk növbədə ölkə Prezidentinə təşəkkürünü bildirərək yeni təyin olunmuş rektorun universitetin kollektivi arasından seçilməsinin, ümumilikdə ali məktəb kollektivinə etimad kimi qəbul edildiyini söyləyib. K.Abdullayev ali məktəbdə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu nəzərə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin və dünyanın bir sıra digər nüfuzlu dövlət xadimlərinin BSU-ya gəlişinin hər zaman sevinclə xatırlandığını bildirib. Universitetin prorektoru, millət vəkili Sahibə Qafarova, kafedra müdiri, millət vəkili Sevinc Fətəliyevə, kafedra müdiri Rəhilə Qeybullayeva, ali məktəbin Kölgə Kabinetinin rəhbəri Aydan Süleymanova BSU-nun inkişaf yolunun bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər. Təqdimat mərasiminə yekun vuran təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, ali məktəblərin maliyyə resurslarının optimallaşdırılması, dövlət tərəfindən sistemili və məqsədyönlü mexanizmlərin hazırlanması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xüsusilə də pedaqoji ixtisasları seçmiş tələbələrin təşviq olunması ali təshildə yeni yanaşmaların əsas tərkib hissələrindən biridir. Məlumat üçün qeyd edək ki, Asif Abbas oğlu Hacıyev Azərbaycan Dövlət Univerisitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə C.Naxçıvanski adına hərbi təmayüllü internat-məktəbdə tərbiyəçi-taqım komandiri işləyib. 1986-cı ildən keçmiş M.F.Axundov adına indiki BSU-da (keçmiş Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) işləyir. Bu ali məktəbin Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2011-ci ilin noyabrından Bakı Slavyan Universiteti nəzdindəki Dissertasiya Şurasının sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Universitetin ədəbiyyat nəzəriyyəsi kafedrasının professorudur. 2000-ci ilin mayından 17 mart 2014-cü il tarixinə qədər BSU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Martın 18-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmani ilə görüşüb.

Görüş zamanı Azərbaycanla Əfqanıstan arasında təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi, hazırkı və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılğı ilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri (oğlanlar və qızlar) arasında keçirilmiş kütləvi idman yarışları başa çatıb.

Yarışlar bir neçə idman növü üzrə keçirilib. Qızlar arasında keçirilən basketbol yarışlarında I yerə Yasamal, II yerə Xətai, III yerə Nərimanov rayon komandası çıxıb. Oğlanlar arasında təşkil olunan basketbol yarışlarında isə I yeri Nəsimi, II yeri Səbail, III yeri Xətai rayon komandası tutub. Voleybolçu qızlar arasında keçirilən oyunlarda da Xətai rayonunun komandaları I və II yerlərə layiq görülüblər. III yeri isə Şəki şəhər komandası əldə edib. Şəkinin voleybolçu oğlanları daha uğurlu nəticə göstərərək, I yeri tutublar. Oğlanların voleybol qarşılaşmasında II yerə Salyan, III yerə Balakən rayon komandası çıxıb. Dama yarışlarında Suraxanı məktəbliləri fərqlənib. Sonrakı yerləri 13 saylı Bakı Peşə Liseyi və Nizami rayon komandaları tutub. Stolüstü tennis üzrə keçirilən yarışlarda I yerə Xətai, II yerə Quba rayon, III yerə 13 saylı Baki Peşə Liseyinin komandası çıxıb. Qeyd edək ki, Təhsil Nazirliyi idman yarışlarında məktəblilərin fəallığını yüksək qiymətləndirir və bu tədbirlərin reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirir. 

Martın 18-də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində tələbələrdən ibarət yığma komandanın KİV üçün açıq məşqi keçirilib.

20 oyunçudan ibarət yığma komandanın heyətinin məşq prosesləri nəticəsində formalaşdırılması nəzərdə tutulur. Yığma komandaya Təhsil Nazirliyi,  Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) və AFFA-nın birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futbol üzrə keçiriləcək “Təhsil kuboku”nun iştirakçı komandalarından futbolçular cəlb olunub.  “Təhsil kuboku” çərçivəsində keçiriləcək oyunlarda fərqlənən futbolçular yığmaya düşmək şansı əldə edəcək və onlar beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar. "Təhsil kuboku" çərçivəsində keçiriləcək oyunlara 2014-cü ilin aprel ayında start veriləcək. Bu yarışmada uğur qazanan ali məktəb komandaları, həmçinin fərqlənən oyunçular Təhsil Nazirliyi və AFFA tərəfindən mükafatlandırılacaqlar. Qeyd edək ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola marağının daha da artmasına səbəb olub. Təhsil Nazirliyi futbolla bağlı təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verməklə,  uşaq, yeniyetmə və gənclərin futbola kütləvi cəlb olunması istiqamətində fəal iş aparır. 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı aparılan islahatların davamı olaraq, Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları”na bir sıra dəyişikliklər edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 mart tarixli, 78 nömrəli qərarına əsasən, edilən dəyişiklik nəticəsində tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr aşağıdakı kimi həyata keçiriləcəkdir: -  Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay; - magistratura səviyyəsi üzrə Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay; -  aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay Müqayisə üçün bildiririk ki, əvvəlki illərdə Dövlət Proqramı təqaüdçüləri üçün aylıq təqaüdlər tələbə təhsil aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-i tarixindən sonra daxil olduğu təqdirdə isə növbəti ayın əvvəlindən etibarən ödənilirdi. Bu səbəbdən də Dövlət Proqramı çərçivəsində 15 gündən az təhsil alan tələbəyə həmin ay üzrə təqaüd ödənilmirdi. Yeni dəyişikliklərdən sonra isə yuxarıda qeyd olunan standart təhsil müddətindən əlavə təhsil dövrü üçün (ay və gün) yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini əlavə günlərin sayına vurmaqla müəyyən ediləcəkdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcəkdir.    

Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” sərəncam yüzlərlə azərbaycanlı ailəsinin sevincinə səbəb olub.

Bu sərəncamla ölkəmizin ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müvafiq kateqoriyadan olan tələbələrin təhsil xərcləri 2014-2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir. Qeyd olunan sərəncam müvafiq  tələbə kontingentini əlavə ödəniş qayğılarından azad edir ki, bu da onların təhsil uğurlarının yüksəlməsinə imkan verəcəkdir.  Azərbaycanda həyata keçirilən sosialyönlü dövlət siyasətinin daha bir təzahürü olan bu sərəncam ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müvafiq tələbələr, eləcə də geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Təhsil Nazirliyi tərəfindən Novruz bayramı münasibətilə Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb.

Nazirlik hər il olduğu kimi, Novruz bayramı ərəfəsində kəlbəcərli məcburi köçkün ailələrin yanında olmaq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara yardım etmək və mənəvi dəstək göstərmək ənənəsinə sadiq qalıb. 1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı nazirliyin nümayəndələri tərəfindən Göygöl rayonunda müvəqqəti məskunlaşmış kəlbəcərli ailələrə paylanılıb. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını bildiriblər.

Təhsil Nazirliyi tərəfindən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan edilmiş jurnalist yazıları müsabiqəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirilmiş müsabiqənin məqsədi ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamətlərinin, hədəflərinin, məzmun və mahiyyətinin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasına nail olmaqdan, media qurumlarının cəmiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarətdir. Müsabiqəyə təqdim olunmuş məqalələrdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, səriştəli təhsilverənlərin formalaşdırılması, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsil sisteminin iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirmə mexanizminin qurulması istiqamətləri çərçivəsində müvafiq hədəflər əhatə olunub. Müsabiqənin münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərin yaxın günlərdə mükafatlandırılması nəzərdə tutulub. Müsabiqənin nəticələrinə  görə, I yer üçün (5 nəfər) 1000 manat, II yer üçün (5 nəfər) 700 manat, III yer üçün (5 nəfər) 500 manat, həvəsləndirici yer üçün (10 nəfər) 200 manat mükafat müəyyənləşdirilib. Qaliblər, həmçinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.

Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 189 saylı məktəbin şagirdi Afət Məmmədova və Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Salman Babazadə Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının Avstriyanın paytaxtı Vyanada keçirilmiş Gənclər Forumunda iştirak ediblər.

Dünyanın 30-dan çox ölkəsindən 60 nəfərin qatıldığı forumun əsas məqsədi gənclərin cəmiyyətdə narkomaniya ilə mübarizə tədbirlərinə cəlb edilməsindən və bu sahədə fikir mübadiləsi aparmaqdan ibarət olub. Azərbaycan gəncləri forum çərçivəsində keçirilən qrup müzakirələrində öz təkliflərini səsləndiriblər. Narkomaniya ilə mübarizədə təbliğat vasitələrindən səmərəli istifadə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində narkomaniyanın yayılması ilə bağlı tədqiqat işlərinin aparılmasını əhatə edən təkliflər müsbət qarşılanıb. Tədbirdə İsveç kraliçası Ülyahəzrət Silvia, Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının icraçı direktoru Yuri Fedotov da iştirak ediblər.

26 mart 2014-cü il tarixində Bakı Humanitar Kollecinə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunaraq, 150 kvadrat metr ərazidə naməlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə Təhsil Nazirliyinə operativ məlumat daxil olub.

Kollecin əməkdaşları tərəfindən qanunsuz tikinti işləri aparan şəxslərə etiraz edilsə də, onların qanunazidd əməllərinin qarşısını almaq mümkün olmayıb. Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb. Təlim–tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olur. Bundan sonra da təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı