• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 18-də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində tələbələrdən ibarət yığma komandanın KİV üçün açıq məşqi keçirilib.

20 oyunçudan ibarət yığma komandanın heyətinin məşq prosesləri nəticəsində formalaşdırılması nəzərdə tutulur. Yığma komandaya Təhsil Nazirliyi,  Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) və AFFA-nın birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futbol üzrə keçiriləcək “Təhsil kuboku”nun iştirakçı komandalarından futbolçular cəlb olunub.  “Təhsil kuboku” çərçivəsində keçiriləcək oyunlarda fərqlənən futbolçular yığmaya düşmək şansı əldə edəcək və onlar beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
"Təhsil kuboku" çərçivəsində keçiriləcək oyunlara 2014-cü ilin aprel ayında start veriləcək. Bu yarışmada uğur qazanan ali məktəb komandaları, həmçinin fərqlənən oyunçular Təhsil Nazirliyi və AFFA tərəfindən mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola marağının daha da artmasına səbəb olub. Təhsil Nazirliyi futbolla bağlı təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verməklə,  uşaq, yeniyetmə və gənclərin futbola kütləvi cəlb olunması istiqamətində fəal iş aparır. 


10 il əvvəl