SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
26 mart 2014-cü il tarixində Bakı Humanitar Kollecinə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunaraq, 150 kvadrat metr ərazidə naməlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə Təhsil Nazirliyinə operativ məlumat daxil olub.
Kollecin əməkdaşları tərəfindən qanunsuz tikinti işləri aparan şəxslərə etiraz edilsə də, onların qanunazidd əməllərinin qarşısını almaq mümkün olmayıb.
Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb.
Təlim–tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olur. Bundan sonra da təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl