• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi tərəfindən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan edilmiş jurnalist yazıları müsabiqəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirilmiş müsabiqənin məqsədi ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamətlərinin, hədəflərinin, məzmun və mahiyyətinin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasına nail olmaqdan, media qurumlarının cəmiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarətdir.
Müsabiqəyə təqdim olunmuş məqalələrdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, səriştəli təhsilverənlərin formalaşdırılması, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsil sisteminin iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirmə mexanizminin qurulması istiqamətləri çərçivəsində müvafiq hədəflər əhatə olunub.
Müsabiqənin münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərin yaxın günlərdə mükafatlandırılması nəzərdə tutulub.
Müsabiqənin nəticələrinə  görə, I yer üçün (5 nəfər) 1000 manat, II yer üçün (5 nəfər) 700 manat, III yer üçün (5 nəfər) 500 manat, həvəsləndirici yer üçün (10 nəfər) 200 manat mükafat müəyyənləşdirilib. Qaliblər, həmçinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.


10 il əvvəl