• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 12-də Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad və Hacıqabul rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər. “Dəyirmi masa” iştirakçıları Dövlət Strategiyası çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi barədə fikirlərini nəzərə çatdırıblar. Dövlət Strategiyasında nəzərdə tutulmuş müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, pedaqoji sahədə çalışanların müvafiq islahatlara hazır olmasının zəruriliyi vurğulanıb. Müzakirələr zamanı geniş fikir mübadiləsi aparılıb, müəllimləri və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Səfər çərçivəsində, həmçinin Salyan şəhərindəki ümumtəhsil müəssisələrində çalışan ən yaxşı müəllimlərin tədris etdikləri “Açıq dərs”lər izlənilib. Neftçala rayonunda yaşayan əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik İmamverdi Əbilovla görüş keçirilib, onun ölkə təhsilinin gələcəyi ilə bağlı nikbin düşüncə və fikirləri maraqla qarşılanıb.

Martın 11-də Bülbül adına orta ixtisas musiqi məktəbində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan valideyn himayəsindən məhrum 120 şagird üçün Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil edilib.

Musiqi məktəbinin direktoru Teymur Göyçayev  tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib və belə bir konsertin təşkilinə görə Təhsil Nazirliyinə minnətdarlığını bildirib. O, musiqi məktəbi şagirdlərinin bu konsertə böyük məsuliyyət hissi və həvəslə hazırlaşdığını söyləyib. Konsertdə musiqi məktəbinin şagirdləri ilə yanaşı, dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların ifasında da bir neçə musiqi nömrəsi təqdim olunub.  

Martın 12-də təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən “2020 və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” Azərbaycan investisiya sammitinin “Bacarıqlar və təhsil-Azərbaycanda insan resurslarının inkişafı” bölməsində iştirak edib.

 Sammit iştirakçılarını salamlayan nazir Azərbaycanın təhsil sistemi, qarşıda duran əsas hədəflər və həyata keçirilən islahatların başlıca məqsədləri haqqında ətraflı məlumat verib. Ölkə təhsilinin uzun illər ərzində formalaşmış ənənələrə əsaslanan inkişaf yolu keçdiyini söyləyən nazir müasir tələblərə uyğun islahatların davamlı xarakter daşıdığını bildirib. Nazir qeyd edib ki, müasir təhsil islahatları təkcə texnoloji və ya məzmunla bağlı deyil, bütün istiqamətləri, o cümlədən də insan resurslarının inkişafı məsələsini əhatə edir. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” məhz həyata keçiriləcək islahatların əsas istiqamətlərini, müasir tələbat nəzərə alinmaqla, mütəxəssis hazırlığı, idarəetmə, infrastruktur, maliyyələşmə və digər sahələrin təkmilləşdirlməsini ehtiva edir. İnanırıq ki, təhsil sahəsindəki islahatların sürəti cəmiyyətin dəyişikliyə hazırlığından asılıdır. Təhsillə biznes dünyası arasındakı əməkdaşlığın inkişafının əhəmiyyətinə toxunan nazir qeyd edib ki, milli iqtisadiyyatın hədəf və vəzifələrinə uyğun olaraq, təhsil sisteminə yenidən baxılması vacib şərtdir. Bizim məqsədimiz əmək bazarını keyfiyyətli kadrlarla təmin etməkdir. Biz Azərbaycan reallıqlarına uyğun olan qabaqcıl dünya təcrübəsindən istifadə edirik və nəzərə alırıq ki, davamlı iqtisadi inkişaf üçün insan resurslarına əsaslanan möhkəm təməl lazımdır. Təhsil naziri iqtisadiyyatın ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi baxımından mühüm rol oynayan ilk peşə-ixtisas təhsilinin inkişaf prioritetlərindən də söhbət açıb. Azərbaycanda ilk peşə-ixtisas təhsilinin inkişafına nail olmaq mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan iqtisadiyyatının peşə təhsilli kadrlara ciddi ehtiyacı var. İlk peşə-ixtisas təhsilinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra ölkələrin təcrübəsindən istifadə etməyi düşünürük.  Nazir ali təhsil sahəsində xaricdəki nüfuzlu ali məktəblərlə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb. “ADA” Universitetinin bu istiqamətdəki təcrübəsi və dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığı yaxşı bir örnək kimi qəbul oluna bilər. Sonra təhsil naziri sammit iştirakçılarının suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə dair fikirlərini nəzərə çatdırıb.  

Martın 13-də 6 nömrəli məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimat mərasimi keçirilib.

Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Təhsil və Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə BBP tətbiq olunur. BBP çərçivəsində təhsil 3 mərhələyə (PYP-ibtidai təhsil, MYP-V-IX siniflər, DP-Diplom proqramı, X-XI siniflər) bölünür. BBP-nin tətbiq olunduğu ilk dövlət tədris ocağı olan 6 nömrəli məktəb-liseyin XI sinif şagirdləri bu il beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar. Təhsil müəssisəsində BBP çərçivəsində bir sıra xarici ölkələrdən gəlmiş müəllimlər də çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP məktəbləri assosiasiyasının üzvüdür. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, dövlət məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq oluna bilər. Bu isə deməyə əsas verir ki, 6 nömrəli məktəb-lisey dövlət məktəbi olmaqla yanaşı, həm də Beynəlxalq Məktəb (İnternational School) statusuna malikdir. 1968-ci ildə İsveçrədə yaradılmış BBP-nın diplomu hazırda 130-dan çox ölkə və 2500 universitet (Oksford, Harvard, Kembric, Yell və digər universitetlər) tərəfindən tanınır. Bu proqramın üstün cəhəti ondan ibarətdir ki, BBP-nin hər bir mərhələsi (PYP, MYP, DP) ayrılıqda tətbiq oluna bilər. BBP üzrə tədrisin ingilis dilində aparılması bütün ölkələrdən olan şagirdlərin əməkdaşlıq və ünsiyyət imkanlarını artırır. İngilis dilindən əlavə, BBP fransız, alman, çin və rus dillərində də tədris olunur. BBP çərçivəsində çalışan müəllimlər hər üç ildən bir ixtisasartırmaya cəlb olunur. Müvafiq məktəblərdə isə hər beş ildən bir monitorinq aparılır.

Azərbaycan təhsilinin dünənini görmüş, bu günü ilə yaşayan və gələcəyinə nikbin yanaşan qocaman müəllimlə unudulmaz görüş

Media nümayəndələrinin Salyan və ətraf rayonlara səfəri çərçivəsində Neftçalada yaşayan əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik İmamverdi Əbilovla görüş keçirilib. Onun ölkə təhsilinin gələcəyi ilə bağlı nikbin düşüncə və fikirləri maraqla qarşılanıb. Ötən əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan ziyalıları ilə bağlı xatirələrini danışan İmamverdi müəllim jurnalistləri qeydi-adi kitabxanası ilə tanış edib. Burda Azərbaycanın və bir sıra digər ölkələrin tanınmış yazıçılarının, şairlərinin, elm adamlarının, dövlət xadimlərinin öz xətləri ilə İmamverdi Əbilova ünvanladığı xoş sözlər, dəyərli avtoqraflar qeyd olunmuş onlarla kitab özünə yer tapıb. Azərbaycanın kiçik bir rayonunda yaşayan bu insanı nəinki respublikamızda, hətta keçmiş SSRİ məkanında, Avropada da tanıyır, onun düşüncələrinə dəyər verir, şəxsən görüşmək üçün ziyarət edirlər. 1954-cü ildə xalq şairi Səməd Vurğunla görüşündən söz açan, onun elə bu otaqdaca şeir yazmasından danışan İmamverdi müəllim indi də həm yaşlı nəslin, həm gənclərin, tanınmış şəxslərin və sadə insanların daim ona baş çəkməsindən razılıqla söhbət açır. İmamverdi Əbilov haqqında dövrü nəşrlərdə, kitablarda çox yazılıb, televiziya kanallarında onun 65 illik pedoqoji fəaliyyətini əks etdirən silsilə verilişlər nümayiş etdirilib. Ancaq 87 yaşlı qocaman müəllimlə üz-üzə oturmaq, tarix-ədəbiyyat kitablarından bizə məlum olan insanlar haqqında canlı xatirələrinə qulaq asmaq, kitabxanasındakı hər biri muzey eksponatı sayıla biləcək kitablara, fotolara tamaşa etmək başqa bir aləmdir. Tamaşa etdikcə təəccüblənirsən – görəsən, ölkəmizin dahi tarixi şəxsiyyətlərini Azərbaycanın bu kiçik rayonuna, bu sadə evə hansı qüvvə çəkib gətirib. İmamverdi müəllimin bir ucu qəhərli, bir ucu fəxrli xatirələrinə, maraqlı söhbətlərinə qulaq asdıqca öz sualına cavab tapırsan – belə bir insanla təmasda olmaq üçün nəinki Neftçalaya, hətta dünyanın ən uzaq diyarlarına da getməyə dəyər. İmamverdi Əbilov 87 il öncə, 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. Atasını uşaq ikən itirən İmamverdi Əbilov əmisinin himayəsi altında böyüyüb. Uşaqlıq illəri müharibə dövrünə təsadüf edən balaca İmamverdi kənd yeddiillik məktəbini bitirib və 16 yaşında balıq vətəgəsində işləməyə gedib. Buna baxmayaraq ədəbiyyata, elmə marağını itirməyib, oxumaq arzusundan geri durmayıb. Zəhmətkeşliyi sayəsində 1946-cı ildə Buzovna Pedaqoji Texnikumunu uğurla bitirərək müəllimlik peşəsini ömrünün işığına çevirib. Savadı, qabiliyyəti ilə seçilən İmamverdi müəllim yaşadığı Neftçala rayonunun ictimai-siyasi həyatında da yaxından iştirak edib. Rayon Komsomol Komitəsinin katibi, Neftçala Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri, ikinci katibi kimi vəzifələrdə çalışıb.  O, 1988-ci ildə Moskvada keçirilən ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə pedaqoji cəmiyyətlərin təsis qurultayında nümayəndə olub. 1985-ci ildə SSRİ maarif əlaçısı, 1990-cı ildə Krupskaya adına ümumittifaq pedaqoji mükafatına layiq görülüb. İmamverdi Əbilov ictimai-siyasi fəaliyyətlə yanaşı, ədəbi-bədii yaradıcılıqla da məşğul olub. 1944-cü ildə ilk şeiri "Bolşevik" qəzetində çap edilib. Bu şeiri yüksək qiymətləndirən Səməd Vurğun gənc yazara öz xeyir-duasınən verib. Lakin İmamverdi müəllim daha çox ədəbiyyatçı alim kimi tanınmağa başlayır, dövrü mətbuatda elmi, bədii tənqidi məqalələri ilə çıxış edir, ədəbi hadisələrə, cərəyanlara münasibətini açıqlayır. 1960-cı ildə Rəsul Rzaya həsr etdiyi ilk kitabını çap etdirir. Ədəbiyyatçılar bu əsəri Rəsul Rza haqqında fundamental mənbə kimi qiymətləndirirlər. Elə həmin ildə İmamverdi Əbilov qabaqcıl maarif xadimi fəxri adına layiq görülür. Qeyd edək ki, onun publisistik əsərlərindən bəzi nümunələr orta məktəblərdə tədris olunan "Ailə" dərsliyinə daxil edilib. Ötən əsrin 50-ci illərdindən başlayaraq İmamverdi müəllim öz tədqiqat əsərləri ilə Azərbaycan ədəbiyyat aləmində nüfuz qazanmağa başlayır. Gənc ədəbiyyatşünas bir-birinin ardınca ənənə və novatorluq, şeirimizdə forma axtarışları, epik janrın imkanları, uşaq ədəbiyyatı, lirik əsərlərin növləri, ədəbiyyat və tərbiyə mövzusunda, Azərbaycan ədəbiyyatının bütün görkəmli nümayəndələrinin yaradıcılığı haqqında sanballı əsərlər yazır, elmi məqalələr çap etdirir. Onun müəllifi olduğu kitablardan "Rəsul Rza", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Rəsul Rzanın yaradıcılıq yolu", "Şəhidlər mehrabı, rəhmət duası", "Ömrün anları", "Əsrlər... Nəsillər... Əməllər", "Ağsaqqal ləyaqəti", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək...", "Zamanla vaxt arasında", "Xalqa xidmət-el məhəbbətinə körpüdür", "Təbiətin və təfəkkürün möcüzəsi", "Ağsaqqal ömrü" və digərlərinin adını çəkmək olar. Səməd Vurğun, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Firudin Köçərli, Əzizə Cəfərzadə, Qulu Xəlilov, Nodar Dumbadze, Ziya Bünyadov, Anar, Elçin, Bəkir Nəbiyev, Yaşar Qarayev, Əbdüllətif Bəndəroğlu, Məsud Əlioğlu, Osman Sarıvəlli, Əliağa Kürçaylı, Xəlil Rza, Xudu Məmmədov və digər elm, ədəbiyyat, incəsənət xadimləri İmamverdi Əbilovun yaradıcılığına yüksək qiymət verib, onun haqqında dəyərli fikirlər söyləyiblər. İ.Əbilovun səmərəli ədəbi, elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən də layiqincə qiymətləndirilib. O, müxtəlif Fəxri fərmanlar və medallarla təltif edilib, "S.Vurğun" xatirə diplomu, "Araz", "Akademik Mehdi Mehdizadə", "Milli-kulturoloji", "Rəsul Rza" və "Xudu Məmmədov" mükafatlarına, "Azərbaycanın tanınmış maarifçisi" diplomuna, "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. 1998-ci ildə Tehranda və Təbrizdə keçirilən Ustad Şəhriyar simpoziumlarında etdiyi məruzəsi kitab kimi nəfis şəkildə nəşr olunub. 2006-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü (akademiki) seçilən İmamverdi Əbilov 2007-ci ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi Şurası tərəfindən Azərbaycan-türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə professor, fəxri doktor adına layiq görülüb. 2007-ci ildə o, Ümumdünya Sülh Federasiyası və Dinlərarası Beynəlxalq Federasiyasının sülh elçisi seçilib.Ötən ilin avqustunda isə BMT ədəbiyyat sahəsində böyük xidmətlərinə görə onu "İman və inama görə"ordeni ilə təltif edib. İmamverdi müəllim canlı tarixdir. Onun danışdığı və qələmə aldığı memuarlar Azərbaycan ədəbiyyatını öyrənmək, görkəmli tarixi şəxsiyyətləri tanımaq baxımından əvəzsizdir. Ədəbiyyatşünas alimin arxivində qorudugu kitablar, fotolar, məktublar, hədiyyələr hər bir ziyarətçidə maraq oyadır, başqa heç yerdə qazanılması mümkün olmayan bilgilər verir. Xeyirxah, müdrik və əsl ziyalı keyfiyyətlərini öz şəxsiyyətində birləşdirmiş həmyerliləri ilə fəxr edən Neftçala sakinləri bu gün də İmamverdi müəllimi nicat ünvanı kimi tanıyır. Öz nüfuzu, ağsaqqallığı ilə neçə-neçə insana kömək edən, yol göstərən İmamverdi Əbilov yaşının bu ahıl vaxtında da təhsilimizin inkişafını diqqətlə izləyir, qazanılan uğurlara sevincini gizlətmir, dərin təcrübədən doğan məsləhətlərini əsirgəmir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasını mühüm hadisə kimi dəyərləndirən İmamverdi müəllim bu sənəddə nəzərdə tutulmuş məsələlərin reallaşdırılması ilə təhsilin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əmindir.

Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılğı ilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri (oğlanlar və qızlar) arasında kütləvi idman yarışlarına start verilib.

Belə ki, martın 11-də Bakı şəhərindəki 242 nömrəli tam orta məktəbdə basketbol üzrə respublika birinciliyi başlayıb. Martın 12-də start verilmiş voleybol üzrə respublika birinciliyi oğlanlar arasında Bakı şəhərindəki 44 nömrəli, qızlar arasında 18 nömrəli tam orta məktəbdə keçirilir. Mini futbol üzrə respublika birinciliyi də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər futbol məktəbində martın 12-də başlayıb. Martın 13-də Bakı şəhərindəki 129 nömrəli tam orta məktəbdə stolüstü tennis, “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı şahmat-dama məktəbində dama yarışlarına start verilib. Yarışlarda paytaxt komandaları ilə yanaşı, respublikanın digər şəhər və rayon ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin komandaları da iştirak edəcəkdir.

Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakı şəhərindəki ümumtəhsil, ilk peşə-ixtisas və internat məktəbləri şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur.

Davamlı xarakter daşıyan ekskursiyaların əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir. Hər gün təşkil edilən ekskursiyalarda şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verilir və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olurlar. Daha sonra Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, habelə Qoşa Qala Qapıları və qala divarları ilə tanış olan şagirdlərə bu abilədərin ilkin təyinatı, memarlıq üslubu izah olunur. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də məktəblilərin xüsusi marağına səbəb olur. Uğurla davam edən ekskursiyalarda ümumtəhsil məktəblərində tədris olunan fənlərin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət yetirilir. Məktəblilər tərəfindən böyük maraqla qarşılanan ekskursiyalar zamanı şagirdlər xüsusi fəallıq göstərir, daha çevik və yaradıcı təfəkkür nümayiş etdirirlər. Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması, məktəblilərin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ekskursiyalarda, həmçinin maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılır.

Martın 14-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı şəhər 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin 200 nəfərdən ibarət dərnək üzvü məharətlərini nümayiş etdiriblər. "Yurdumuza bahar gəlir" mövzusunda təşkil olunan tədbirdə kiçik yaşlı uşaqlar və məktəblilər rəqs, mahnı-xor, vokal, kukla teatrı, dram, bədii qiraət sahəsində bacarıqlarını göstəriblər. Tədbirin keçirilməsində məqsəd milli adət-ənənələrin gənclər, uşaqlar arasında təbliğ edilməsi, tədris müəssisələrində valideynlərin uşaqların yaradıcılığı ilə daha yaxından maraqlanmasına nail olmaqdır.

Martın 15-də “Hyatt Regency” otelinin “Quba” zalında təhsil uğurları ilə seçilən tələbələrlə görüş keçirilib.

 Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov təhsilin həyatımızdakı xüsusi rolu və əhəmiyyəti barədə fikirlərini bildirib. Təhsil naziri qeyd edib ki, təhsil uğurları ilə seçilən tələbələrlə görüş, həm SABAH qruplarının yaradılması, həm tələbələrin uğur formulları, problem və qayğıları ilə tanış olmaq baxımından  mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda ali təhsil sahəsində dövlətimizin həyata keçirdiyi islahatların əsas hədəflərindən söhbət açan nazir, müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığı məsələsinin aktual olduğunu nəzərə çatdırıb. O, qeyd edib ki, tələbələrin tədris müddətində qazandıqları bilik, bacarıq və vərdişlər onların həyatında vacib amildir. Bu prosses təhsilalanın əmək bazarına ciddi resurslarla daxil olmağa imkan verir ki, bu da insanın rəqabətə qabil peşəkar biliklərini daima artırmağa zəmin yaratmalıdır. Bir sözlə, ömürboyu öyrənməyə hər bir tələbə akademik tədris ilindən başlayaraq alışmalıdır. Təhsil naziri onu da vurğulayıb ki, ali təhsil qlobal fenomendir və dünyada indiki qədər heç vaxt ali təhsilli insanların sayı çox olmayıb. Belə olan halda isə diplomun deyil, daima yenilənən bilik və bacarıqların çəkisi artır. Buna görə də, universitetlər səlahiyyət və hesabatlılıq amillərini ciddi ölçüb-biçməli, maliyyə muxtariyyatının verdiyi imkanları optimallaşdırmalı və hər şey təhsilin keyfiyyətinə yönəldilməlidir. Tədbirdə tələbələrin yüksək marağını nəzərə alaraq ali təhsilimizin brendinə çevrilən SABAH qruplarının təqdimatı nümayiş olunub. Görüşdə Azərbaycanın 22 universitetinin təhsil uğurları ilə seçilən 120 tələbəsi iştirak edib. Paneldə əyləşən ekspertlər tərəfindən tələbələrin çoxsaylı sual və təklifləri dinlənilib, ali təhsilin bu və ya digər problemləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Ali məktəblərdə qeyri-ixtisas fənləri üzrə dərs yükünün yaratdığı problemlər, təcrübi biliklərə yiyələnmək imkanlarının artırılması, tələbə-müəllim əməkdaşlığı, universitetlərin elm-təhsil-innovasiya üçbucağı kimi dərk olunması, tələbə elmi cəmiyyətlərinin rolunun artırılması və digər bu kimi məsələlər müzakirə olunub. SABAH qruplarına III və ya IV kurslardan daxil olmaq imkanları, vahid elektron kitabxananın yaradılması, universitetlərin maddi texniki təminat və digər məsələlərlə bağlı tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. 

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Asif Hacıyev Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunub.

Məlumat üçün qeyd edək ki, Asif Abbas oğlu Hacıyev Azərbaycan Dövlət Univerisitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə C.Naxçıvanski adına hərbi təmayüllü internat-məktəbdə tərbiyəçi-taqım komandiri işləyib. 1986-cı ildən keçmiş M.F.Axundov adına indiki BSU-da (keçmiş Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) işləyir. Bu ali məktəbin Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2011-ci ilin noyabrından Bakı Slavyan Universiteti nəzdindəki Dissertasiya Şurasının sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Universitetin ədəbiyyat nəzəriyyəsi kafedrasının professorudur. 2000-ci ilin mayından 17 mart 2014-cü il tarixinə qədər BSU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı