• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 1-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib.

Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş festivala paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, eləcə də digər şəhər və rayonları təmsil edən məktəblilərdən ibarət komandalar qatılıb. 5 gün davam edəcək yarışda iştirak üçün 66 şəhər və rayondan 396 nəfər məktəbli qeydiyyatdan keçib. Onlardan 198 nəfəri qızdır. Yarış İsveçrə sistemi üzrə keçirilir. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir. Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyi tərəfindən hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş bir çox tədbirlərin, o cümlədən, ənənəvi olaraq, məktəblilər arasında respublika şahmat yarışının keçirildiyini bildirib. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” ölkəmizdə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələri şəbəkəsinin genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssis korpusunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artırılması baxımından böyük imkanlar açıb. Məlumat üçün qeyd edək ki, hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbində on minlərlə məktəbli bu intellektual oyunun sirlərini öyrənir. 2013-cü ildə uşaq-gənclər şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 41, Avropa, dünya və beynəlxalq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş, 5 bürünc olmaqla, ümumilikdə, 23 medal qazanıblar. Ölkə üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 14 nəfər beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə təhsil sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələri qazanırlar. Şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rolu nəzərə alınaraq, 2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb. Hazırda 500-dən çox ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində şahmat fənni tədris olunur.

Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunub.

Belə ki, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiya) onlayn yoxlanılmasına (http://www.nostrifikasiya.edu.az/frontend/az/form) başlanılıb. Qeyd edək ki, hazırda Təhsil Nazirliyi tərəfindən 5 interaktiv və 20-dən artıq informativ elektron xidmət (http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411) göstərilir. Həmçinin, Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron xidmətlərinin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Aprelin 4-də “ADA” Universitetinin, Fransanın Azərbaycandakı səfirliyinin və “Kampüs Frans” agentliyinin birgə təşkilatçılığı ilə ikinci Azərbaycan-Fransa universitetlərarası forumu işə başlayıb.

Forumda Azərbaycanın və Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. Tədbirdə çıxış edən “ADA”-nın rektoru Hafiz Paşayev bildirib ki, forumun məqsədi Fransanın ali təhsil ocaqları haqqında daha dolğun məlumat əldə etməkdir. Forumun əhəmiyyətindən danışan “ADA”-nın rektoru həm Fransa, həm də Azərbaycan tələbələrinin bu forumdan yararlanacağına ümidvar olduğunu qeyd edib. H.Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən rektor “ADA” ilə bir çox ölkələrin universitetləri arasında əməkdaşlığın genişləndiyini nəzərə çatdırıb. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından və bu sahədə görülmüş işlərdən söhbət açıb. Nazir müavini bildirib ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün prioritet məsələlərdən biridir. Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir və uzunmüddətli dövlət proqramları hazırlanır. Təhsil nazirinin müavini qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla həyata keçirilir. İstedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasını nəzərdə tutan Dövlət Proqramı çərçivəsində bu günədək 2612 azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilib. Ümumilikdə, təhsil sahəsində həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, güclü kadr potensialının formalaşmasında da mühüm rol oynayır. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməyin əhəmiyyətinə toxunub, bu münasibətlərin gələcək inkişafı baxımından belə tədbirlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıb. Fransanın Azərbaycan ilə əməkdaşlığı daha da möhkəmləndirmək əzmində olduğunu diqqətə çatdıran səfir, birgə əməkdaşlıq üçün böyük imkanların olduğunu söyləyib. Tədbirdə “ADA” Universiteti və Fransanın İESEG Menecment İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Forumun aprelin 5-də təhsil sərgisi ilə davam etdirilməsi nəzərdə tutulub. Sərgidə tələbələr Fransada təhsil imkanları, mövcud təqaüdlər barədə məlumat əldə edəcəklər. Eyni zamanda, forum çərçivəsində Fransanın ali məktəblərini bitirmiş azərbaycanlı məzunlarla görüş keçiriləcəkdir.

Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) yeni seçilmiş üzvləri ilə görüş keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsilin məzmununun qabaqcıl beynəlxalq təcrübəyə və ölkənin inkişaf konsepsiyasına uyğun yenidən qurulması, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması nəzərdə tutulur. Bu işin tərkib hissəsi kimi, ümumtəhsil məktəbləri üçün kurikulum əsasında yaradılan yeni dərsliklərin qiymətləndirilməsi prosesinin daha səmərəli təşkilinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin 27 fevral 2014-cü il tarixli, 252 nömrəli əmri ilə “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə” təsdiq olunub. Əsasnaməyə uyğun olaraq, DQŞ-nin tərkibinin seçilməsi ilə bağlı elan edilmiş müsabiqə martın 18-də başa çatıb. DQŞ üzvlərinin seçilməsi məqsədilə təhsil nazirinin müavini Ceyhun Bayramovun sədrliyi ilə yaradılmış işçi qrup tərəfindən müsabiqədə iştirak üçün müraciət etmiş iddiaçıların sənədləri araşdırılıb, yeni tərkib müəyyənləşdirilib və təhsil nazirinin 3 mart 2014-cü il tarixli, 385 nömrəli əmri ilə təsdiq edilib. Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov əsas diqqəti təhsil strategiyasında təhsilin məzmunu sahəsində aparılacaq islahatlara yönəldərək bu istiqamətdə hazırlanan yeni ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və qiymətləndirilməsi prosesində şəffaflığın və obyektivliyin təmin edilməsinin təhsil sistemi üçün həyati əhəmiyyət daşıdığını söyləyib. Nazir bu işdə DQŞ-nin üzərinə daha böyük məsuliyyət düşdüyünü, yeni tərkibdə təmsil olunan tanınmış mütəxəssislərin bu taleyüklü məsələnin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib. Sonra təhsil naziri dərslik islahatı sahəsində son vaxtlar atılan və gələcəkdə atılacaq addımlar barədə görüş iştirakçılarını məlumatlandırıb, tövsiyələrini nəzərə çatdırıb, bu məsul işdə DQŞ üzvlərinə uğurlar arzulayıb. Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında DQŞ-nin qarşısında duran vəzifələrə diqqət çəkərək, dərslik yaradıcılığının son dərəcə ciddi bir iş olduğunu söyləyib. Bu istiqamətdə gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan layihələrdən danışan nazir müavini DQŞ üzvləri üçün səmərəli fəaliyyət şəraitinin yaradılacağını, onların əməyinin stimullaşdırılacağını, bütün bunların sayəsində dərsliklərin keyfiyyətinin yüksələcəyinə əmin olduğunu bildirib. Görüşdə DQŞ üzvlərinin sualları cavablandırılıb və müvafiq təklifləri dinlənilib.

Aprelin 5-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş məktəblərarası şahmat festivalına yekun vurulub.

Xatırladaq ki,  Təhsil Nazirliyinin təşkil etdiyi festivalda paytaxt rayonları da daxil olmaqla, 66 şəhər və rayondan 396 nəfər məktəbli iştirak edib. Yarış İsveçrə sistemi üzrə keçirilib. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olub. Festivalın qalibləri şahmat üzrə Azərbaycan milli komandasının üzvləri – Qədir Hüseynov, Eltac Səfərli, Rauf Məmmədov və Azər Mirzəyevlə blits  oyun keçiriblər. Mükafatlandırma mərasimində hər kateqoriya üzrə 3 nəfər oğlan və 3 nəfər qız olmaqla, 7-8 yaşlı, 9-10 yaşlı, 11-12 yaşlı və 13-14 yaşlı şahmatçılar arasında ilk 3 yeri tutan qaliblərə Təhsil Nazirliyinin diplom və qiymətli hədiyyələri təqdim olunub. Komanda hesabında birinci, ikinci və üçüncü yeri tutan Binəqədi, Mingəçevir və Ucar komandaları kuboklarla mükafatlandırılıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasındakı şahmat festivalının uğur qazanan oyunçuları aşağıdakılardır:    Qaliblər 8 yaşadək qızlar arasında 8 yaşadək oğlanlar arasında I yer Qasımova Səmra 5 xal, Füzuli rayonu I yer Aslanov Ümid 6,5 xal, Abşeron rayonu, Xırdalan şəhəri   II yer Allahverdiyeva Gülşən 4,5 xal, İsmayıllı rayonu II yer Qarayev Məhərrəm 6 xal, Bakı şəhəri, Binəqədi rayonu III yer Muradova Zərifə 4 xal, Zaqatala rayonu III yer Süleymanlı Süleyman 6 xal, Şəki şəhəri 10 yaşadək qızlar arasında 10 yaşadək oğlanlar arasında I yer Allahverdiyeva Ayan 6,5 xal, Bakı şəhəri, Nəsimi rayonu I yer Əhmədzadə Əhməd 8 xal, Bakı şəhəri, Səbail rayonu II yer Məmmədzadə Gülsüm 5,5 xal, Gəncə şəhəri II yer Babazadə Xəzər 7,5 xal, Biləsuvar rayonu III yer İbrahimzadə Əsmər 5 xal, Astara rayonu III yer Mütafayev Fərid 7,5 xal, Bakı şəhəri, Binəqədi rayonu 12 yaşadək qızlar arasında 12 yaşadək oğlanlar arasında I yer Əhmədova Minayə 6 xal, Mingəçevir şəhəri I yer Muradlı Məhəmməd 7,5 xal Bakı şəhəri, Qaradağ rayonu II yer Tağıyeva Zəhra 6 xal, Bakı şəhəri, Binəqədi rayonu II yer Axundov Teymuraz 7 xal, Bakı şəhəri, Nəsimi rayonu III yer Əhmədli Aytac 6 xal, Zərdab rayonu III yer Məmmədov Yusif 7 xal, Ağdam rayonu 14 yaşadək qızlar arasında 14 yaşadək oğlanlar arasında I yer Əhmədova İradə 6,5 xal, Ucar rayonu I yer İsgəndərov Şəhriyar 8 xal, Quba rayonu II yer Tağıyeva Sevinc 6 xal, Bakı şəhəri, Binəqədi rayonu II yer Cəfərli Babək 7,5 xal, Gəncə şəhəri III yer Mirzəzadə Nəzrin 6 xal, Lənkəran şəhəri III yer Əliyev Aqşin 7,5 xal, Bakı şəhəri, Xətai rayonu    Komanda hesabında I yer Bakı şəhəri, Binəqədi rayonu komandası II yer Mingəçevir şəhəri komandası III yer Ucar rayonu komandası    Fərqlənənlər Xudiyeva Səriyyə Gəncə şəhəri Kazımov Azad Bakı şəhəri, Sabunçu rayonu Dadaşov Natiq Bakı şəhəri, Səbail rayonu Məmmədzadə Rəsul Bakı şəhəri, Yasamal rayonu Quliyeva Təhminə Gəncə şəhəri Hacıyeva Fidan Şəmkir rayonu Abdullayev Süleyman Samux rayonu Feyziyev Mirmusa Bakı şəhəri, Nəsimi rayonu  

Aprelin 8-də Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.

30-a yaxın media nümayəndəsinin qatıldığı mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev iştirak ediblər. Təhsil Nazirliyinin nümayəndələri ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ali təhsil sahəsi üzrə elan olunmuş prioritet islahatlarda abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılmasının, təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsinin mühüm amil kimi diqqət mərkəzində saxlanıldığını bildiriblər. Təhsil Nazirliyi bu prinsipi əsas tutaraq, abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə ali təhsil müəssisələri tərəfindən “İxtisas seçimi” adlı maarifləndirici kampaniyasına başlanılmasını məqsədəuyğun hesab edir. Abituriyentlərin ixtisas seçimi həlledici əhəmiyyət daşımaqla bərabər, onların gələcək əmək fəaliyyətini və karyera uğurunu müəyyənləşdirir. Qeyd olunub ki, ölkə üzrə yaşı 100-dən artıq olan məktəblərin tanıdılması layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində KİV nümayəndələrinin qocaman məktəblərlə tanışlığı, həmin məktəblərin fotoşəkli və tarixi olan təqvimlərin hazırlanması planlaşdırılır. Tədris ilinin müddətinin uzadılması məsələsindən söhbət açılıb, bu baxımdan dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübəsi nəzərə çatdırılıb. Bildirilib ki, Azərbaycanda istirahət və bayram, eləcə də tətil günlərini çıxdıqda, 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164 (birinci siniflərdə 159 gün), 6 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə 197 gün dərs keçirilir. Deməli, uyğun olaraq, şagirdlər ildə 201 (birinci siniflərdə 206 gün) və ya 168 gün istirahət edirlər. Bu isə, tədris proqramlarının həcmi müqabilində şagirdlərin gündəlik dərs yükünün artmasına səbəb olur. İqtisadi Əməkdaşlıq və  İnkişaf  Təşkilatına üzv olan ölkələrdə illik tədris həftəsinin orta göstəricisi, təxminən 38, Azərbaycanda isə 32 həftədir. Sonra orta məktəb dərsliklərinin hazırlanması istiqamətində həyata keçirilən islahatlardan söhbət açılıb. Bildirilib ki, dərsliklərin tərtibatı həmin dərslikləri hazırlayan nəşriyyat-poliqrafiya müəssisələri və onların bu işə cəlb etdikləri müəllif heyəti tərəfindən həyata keçirilir. Növbəti tədris ilinə VII və VIII sinif dərsliklərinin hazırlanması üçün tender elan olunub. VIII siniflər üçün hazırlanacaq dərsliklər sınaq üçün pilot məktəblərə veriləcək, istifadəsinə isə 2015-2016-cı tədris ilindən başlanılacaqdır. II və III sinif dərslikləri TQDK-nın monitorinqi və digər rəylər nəzərə alınmaqla, yenidən işlənilərək çap olunacaqdır. I, V, IX, X və XI sinif dərsliklərinin də yeni redaktədə və müəyyən faizlə çap olunaraq məktəblərə çatdırılacağı gözlənilir. Həmçinin, “Məktəbli kitabçası”ndakı yanlışlığa, müxtəlif şəhər və rayon təhsil şöbələrindəki neqativ hallar və qanun pozuntuları ilə bağlı KİV-in məlumatlarına münasibət bildirilib. Mətbuat konfransında Təhsil Nazirliyinin əməkdaşları jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

Aprelin 8-də “Bayıl Arena”da "Təhsil kuboku" uğrunda futbol yarışının açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) nümayəndələri iştirak edib. Qeyd edək ki, Azərbaycanın ali məktəb tələbələri arasında keçirilən yarışa 29 ali məktəbin komandası qoşulub. Təhsil Nazirliyi, AFFA və ATFF-in birgə təşkilatçılığı ilə keçirilən “Təhsil kuboku” çərçivəsində oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda keçirilir. Açılış mərasimindən sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Azərbaycan Tibb Universitetinin komandaları arasında oyun keçirilib.

Noyabrın 9-da Təhsil Nazirliyində Dünya Bankının “İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi” mövzusunda Monteneqro Respublikasının Budva şəhərində keçirilən V təhsil konfransında iştirak etmiş nümayəndə heyətinin təqdimatı olub.

Təhsil naziri Misir Mərdanov konfransla bağlı çıxış etmək üçün sözü nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevə verib. Ş.Əliyev bildirib ki, 27-29 oktyabr tarixlərində keçirilən bu konfransda dünyanın 31 ölkəsindən 112 iştirakçı təmsil olunub. Ş.Əliyev konfransda müxtəlif ölkələrin təhsil nazirlərinin, təhsil nazirlikləri əməkdaşlarının, universitet rektorlarının və Dünya Bankı mütəxəssislərinin iştirak etdiyini qeyd edib. Konfransın əhatə etdiyi məsələlərdən söz açan şöbə müdiri tədbirin giriş, plenar və qrup sessiyalarından ibarət olmaqla iki gün davam etdiyini, ali təhsilin maliyyələşdirilməsi, ali təhsil müəssisələrinin xərcləri, iqtisadi böhranın ali təhsilə təsiri və digər bu kimi mövzular üzrə müzakirələr aparıldığını vurğulayıb. Ş.Əliyev konfransda dünyanın müxtəlif ölkələri nümayəndələrinin “Ali təhsilin maliyyələşdirilməsində ədalət, keyfiyyət və effektivlik necə təmin edilməlidir?”,“Çilidə ali təhsilin maliyyələşdirilməsi”, “Xərclərin bölüşdürülməsi”, “Litvada ali təhsil islahatları-2009” və digər mövzularda təqdimat-məruzələrin dinlənildiyini, elədə də ali təhsilin maliyyələşdirilməsi ilə bağlı müqayisəli məsələləri diqqətə çatdırıb. Sonda bu konfransdan əldə edilən nəticələrin ali təhsilin maliyyələşdirilməsi istiqamətində mühüm əhəmiyyəti olacağı qeyd edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

8-9 aprel 2014-cü il tarixlərində 18 nömrəli Bakı Peşə Liseyində xeyriyyəçilik aksiyası keçirilib.

Liseyin "Bərbər" ixtisası üzrə tədris qrupunda təhsil alan şagird və məzunları tərəfindən Valideyn himayəsindən məhrum olmuş uşaqlar ücün 2 nömrəli ümumi orta internat məktəbin 100 nəfər şagirdinə bərbər xidmətləri göstərilib. Qeyd edək ki, Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində "Bərbər" ixtisası tədris olunur. Kadr hazırlığı "Eldar-studio" şirkətinin peşəkar mütəxəssislərinin iştirakı ilə aparılır. Şagirdlər ən müasir avadanlıqlarla təchiz olunmuş tədris emalatxanasında təcrübi bilik və bacarıqlara yiyələnirlər.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə internat məktəblərində videokameralar quraşdırılıb.

Videokameraların quraşdırılması, həmçinin, uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsədlərinə xidmət edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı