• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılğı ilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri (oğlanlar və qızlar) arasında keçirilmiş kütləvi idman yarışları başa çatıb.

Yarışlar bir neçə idman növü üzrə keçirilib. Qızlar arasında keçirilən basketbol yarışlarında I yerə Yasamal, II yerə Xətai, III yerə Nərimanov rayon komandası çıxıb. Oğlanlar arasında təşkil olunan basketbol yarışlarında isə I yeri Nəsimi, II yeri Səbail, III yeri Xətai rayon komandası tutub. Voleybolçu qızlar arasında keçirilən oyunlarda da Xətai rayonunun komandaları I və II yerlərə layiq görülüblər. III yeri isə Şəki şəhər komandası əldə edib. Şəkinin voleybolçu oğlanları daha uğurlu nəticə göstərərək, I yeri tutublar. Oğlanların voleybol qarşılaşmasında II yerə Salyan, III yerə Balakən rayon komandası çıxıb.
Dama yarışlarında Suraxanı məktəbliləri fərqlənib. Sonrakı yerləri 13 saylı Bakı Peşə Liseyi və Nizami rayon komandaları tutub.
Stolüstü tennis üzrə keçirilən yarışlarda I yerə Xətai, II yerə Quba rayon, III yerə 13 saylı Baki Peşə Liseyinin komandası çıxıb.
Qeyd edək ki, Təhsil Nazirliyi idman yarışlarında məktəblilərin fəallığını yüksək qiymətləndirir və bu tədbirlərin reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirir. 


10 il əvvəl