SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 2-də Təhsil Nazirliyində müvafiq struktur dəyişiklikləri aparılmışdır.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Məktəbəqədər təhsil sektoru ilə Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi ilə Elm şöbəsi və Ümumi şöbə ilə İctimaiyyətlə əlaqə şöbəsi birləşdirilmiş, uyğun olaraq, Məktəbəqədər və ümumi təhsil şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi və İnformasiya şöbəsi yaradılmışdır.
08/07/2015 16:52
Sentyabrın 4-də təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni qəbul etmişdir.
Görüş zamanı Azərbaycanla Yaponiya arasında təhsil sahəsində birgə layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Təhsil naziri birgə layihələrin həyata keçirilməsində, xüsusilə də Şəki şəhəri 1 nömrəli Peşə Məktəbinin əsaslı təmiri, maddi-texniki bazasının yenilənməsi işində Yaponiyanın maliyyə yardımını və müvafiq mütəxəssislərinin dəstəyini yüksək qiymətləndirmişdir. Görüşdə, həmçinin ölkələrimiz arasında təhsil sahəsindəki əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
08/07/2015 16:52
Tanınmış təhsil mütəxəssisi Əlövsət Cəlal oğlu Osmanlı vəfat etmişdir.
Təhsil Nazirliyi Əlövsət Osmanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Dəmirli kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitinin müəllifidir. Əlövsət Osmanlının həyatının mühüm bir hissəsi təhsillə bağlı olmuş və bu sahədə mövcud olan problemlərlə əlaqədar geniş araşdırma işləri aparmışdır. Azərbaycanda milli təhsil quruculuğu yönündə həyata keçirilən islahatlara dair özünəməxsus baxışları olan Ə.Osmanlı hər zaman mütərəqqi yeniliklərin tərəfdarı kimi tanınmışdır. Allah rəhmət eləsin! Azərbaycan Respublikası Təhsil Nazirliyi
08/07/2015 16:52
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 79 namizəd barədə müsbət qərar qəbul olunmuşdur.
Təhsil Nazirliyi əsas məqsədi azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək olan Dövlət Proqramına qəbul olunmuş tələbələri təbrik edir. Əminik ki, xaricdə təhsil alan tələbələrin ölkəmizə qayıdaraq müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda uğurla çalışacaq, Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafının yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini şərəflə yerinə yetirəcəklər. Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 231 namizəd barədə müsbət qərar qəbul edilmişdir. Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi daha 79 namizədin siyahısı: 1. Abasova Leyla Əfrail qızı 2. Abbasov Emil Məcnun oğlu 3. Abdullayev Emil İmran oğlu 4. Abdullayeva Nuranə Nizami qızı 5. Abdurəhmanov Qerman Borisoviç 6. Ağazadə Sadıq Əyani oğlu 7. Cəfərli Hikmət Rahil oğlu 8. Əfəndi Vügar Altay oğlu oğlu 9. Əhmədov Namiq Nazim oğlu 10. Əhmədova Əsmər Ağaəskər qızı 11. Əliyev Bəhruz Mustafa oğlu 12. Əliyev Sabir İbrahim oğlu 13. Əliyeva Nümunə İlham qızı 14. Əsədullayeva Fəridə Alim qızı 15. Fətullayeva Vəfa Adil qızı 16. Feyzullayev Fərid Arif oğlu 17. Həsənli Ayşən Tahir qızı 18. Həsənli Murad Hüseyn oğlu 19. Həsənov Ülvi Tofiq oğlu 20. Həsənov Veysəl Elşən oğlu 21. Həziyev Təhməz Faiq oğlu 22. Hüseynov Fərid Vaqif oğlu 23. İbrahimova Sevinc Nürəddin qızı 24. İsayev Nurlan İsmayıl oğlu 25. İsgəndərov Elçin Tofiq oğlu 26. İsmayılzadə Fariz Akif oğlu 27. Kərəmov Anar Əbülfərz oğlu 28. Kərimli Fidan Faiq qızı 29. Kərimli Ramil Nazim oğlu 30. Məcidov Nicat Namiq oğlu 31. Məhərrəmova Aynur Zakir qızı 32. Məlikova Elina Alik qızı 33. Məmmədov Xəyal Ələddin oğlu 34. Mənsimli Nazilə İlqar qızı 35. Mənsumov Tural Əmir oğlu 36. Mövlamov Tural Yusif oğlu 37. Nəbiyev Cavid Rafiq oğlu 38. Qasımova Gövhər Mahir qızı 39. Quliyev Aqşin İlham oğlu 40. Rəfiyev Yalçın İlqar oğlu 41. Sədrzadə Məhəmməd Ələkbər oğlu 42. Səfərəlizadə Mahirə Mayis qızı 43. Sultanlı Vüsal Heydər oğlu 44. Tağızadə Elmar Mehman oğlu 45. Tarquluyev Elşən İlham oğlu 46. Vahabzadə Dilarə Azər qızı 47. Xələfov Cəmil Ceyhun oğlu 48. Xəlilov Tural Sədrəddin oğlu 49. Xudiyeva Aidə Faiq qızı 50. Yusubov Ruvin Omari oğlu 51. Zaidov Cavid Zaur oğlu 52. Əliyev Akif Vahid oğlu 53. İmamverdiyev Əli Anar oğlu 54. Nəzərov Cavid Rüstəm oğlu 55. Talıbzadə Cəmilə Maksim qızı 56. Abışov Eldar Allahverdi oğlu 57. Məmmədov Elnur Nazim oğlu 58. Musayev Emil Musa oğlu 59. Əliyev Ələkbər Abdulla oğlu 60. Həsənov Əliş Ramiz oğlu 61. Məmmədov Fariz Orucalı oğlu 62. Ağababayeva Farizə Əsgər qızı 63. İsmayılzadə Fərid Şahid oğlu 64. Əliyev Fərrux Eldar oğlu 65. Xankişiyev Fikrət Xanikişi oğlu 66. Teymurova Günay Binyamin qızı 67. Mənsimov Hacıbaba Ramazan oğlu 68. Tağıyev İlqar Adil oğlu 69. Yusifzadə Kənan Rafael oğlu 70. Biləndərli Lalə Aqşin qızı 71. Əliyev Paşa Nizami oğlu 72. Tarverdiyeva Ramilə Nurəddin qızı 73. Səmədova Rövşanə Ürfət qızı 74. Tahirov Rüstəm Şamil oğlu 75. Məmmədova Şəbnəm Yasin qızı 76. Tapdıqov Sənan Nizami oğlu 77. Məmmədov Suliddin Eldar oğlu 78. Səfərli Vəfa Ramiz qızı 79. Nağıyev Zaur Rəsul oğlu
08/07/2015 16:52
Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Konfransda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, paytaxtın ümumi təhsil məktəblərinin, məktəbdənkənar müəssisələrinin rəhbərləri və müəllimlər iştirak etmişlər. Təhsil naziri Mikayıl Cabbarov konfrans iştirakçılarını və qonaqları salamlamış, təhsil işçilərinə qarşıdan gələn yeni dərs ilində uğurlar arzulamışdır. Nazir müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşdığını bildirmiş və ulu öndərin hər zaman təhsil sahəsinə diqqətlə yanaşdığını nəzərə çatdırmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan danışan təhsil naziri respublikada əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü və təhsilin prioritet elan edildiyini nəzərə çatdırmışdır. Ümumi orta təhsilin əhəmiyyətinə toxunan nazir təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrdən bəhs etmişdir. Təhsil naziri müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat vermişdir. Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləmiş və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir. “Bilik günü” münasibəti ilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələlərlə bağlı fikirlərini bildirmiş, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırmışdır. Sonra məktəb direktorları və müəllimlər onları maraqlandıran məsələlərdən söz açmış, müvafiq təkliflərlə çıxış etmişlər. Təhsil naziri qeyd olunan məsələlər haqqında fikirlərini bildirmiş və təhsil işçiləri tərəfindən irəli sürülən bütün uyğun təkliflərin nəzərə alınacağını vurğulamışdır. Konfransda Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndələr seçilmiş və konfransın qətnaməsi qəbul olunmuşdur. Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
08/07/2015 16:52
Sentyabrın 11-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti bir qrup tələbə ilə görüşmüşdür.
Görüş zamanı nazir tələbələri təbrik edərək bildirmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan nazir hazırda bu ənənənin dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulamışdır. Nazir Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrin Azərbaycanı layiqincə təmsil edəcəklərinə və qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı prosesinə fayda verəcəklərinə ümidvar olduğunu bildirmişdir. Daha sonra Nazirliyin əməkdaşları tərəfindən görüşdə iştirak edən tələbələrə təhsil alacaqları ölkə və ali məktəblərlə bağlı zəruri məlumatlar verilmişdir. Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 231-i barəsində müsbət qərar qəbul olunmuşdur. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
08/07/2015 16:52
Sentyabrın 13-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında işgüzar görüş keçirilmişdir.
İkitərəfli görüş zamanı ingilis dilinin tədrisi üzrə “21-ci əsrin müəllimi” layihəsinin həyata keçirilməsi ilə bağlı rəsmi sənəd imzalanmıışdır. Sənədi təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının ölkə üzrə direktoru xanım Elizabet Vayt imzalamışdır. Layihə çərçivəsində Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri tədris prosesində daha yeni metod və vəsaitlərdən istifadə imkanlarını öyrənəcək, eyni zamanda maraqlı dərslərin təşkili üçün lazımi bilik və məlumatlarla təmin olunacaqlar. Qeyd edək ki, “21-ci əsrin müəllimi” layihəsi çərçivəsində ötən illərdə Bakı şəhərində müvafiq iş həyata keçirilmişdir. Bu il isə ilk dəfə olaraq müəllim-təlimçilər respublikanın digər rayonlarında da olacaqlar. İngilis dili biliklərinin yüksəldilməsi üçün cari ildə reallaşdırılacaq layihə əvvəlki illərdə həyata keçirilmiş layihələrdən miqyası və yayılma arealı ilə kəskin fərqlənəcəkdir. Belə ki, sentyabr ayında start veriləcək layihəyə 15 rayondan 50 pilot məktəb cəlb olunacaqdır. Təlimlər Qəbələ, Şəki, Quba, Şamaxı, Gəncə, Mingəçevir, İsmayıllı, Xaçmaz, Zaqatala, Yevlax, Göyçay, Şirvan, Lənkəran, Salyan və Qusarla yanaşı, Bakı və Sumqayıtda da keçiriləcəkdir. Ümumilikdə, 520 müəllim bu təlimlərdə iştirak edəcəkdir. Layihənin yekununda ingilis dili müəllimlərinin müasir təlim metodları sahəsində professional bilik və bacarıqlarının inkişaf edəcəyi və ingilis dilinin təlim keyfiyyətinin daha da yüksələcəyi gözlənilir. Layihədə Britaniya Şurasının 24 nəfər müəllim-təlimçisi iştirak edəcəkdir. Təlim kurslarının sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniya Şurası bu istiqamətdə analoji layihələrini bundan sonra da daha geniş miqyasda davam etdirəcəkdir.
08/07/2015 16:52
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 84 namizəd barədə müsbət qərar qəbul olunmuşdur.
Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 315 namizəd barədə müsbət qərar qəbul edilmişdir. Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan gəncləri təbrik edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir. Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün sənəd vermiş digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi daha 84 namizədin siyahısı: 1. Abasova Sevinc Əfrail qızı 2. Abbaslı Nicat Ələkbər oğlu 3. Abbasov Fərid Telman oğlu 4. Abdullayeva Nərgiz Samir qızı 5. Ağayev Eldar Emin oğlu 6. Allahverdiyev Rüstəm Allahyar oğlu 7. Allahverdiyev Ziya Bayram oğlu 8. Babayeva Aynurə Vidadi qızı 9. Bağırov Zakir Nəriman oğlu 10. Balayev Aqşin Aydın oğlu 11. Bayramlı Sərxan Zabil oğlu 12. Bayramov Azər Arif oğlu 13. Cabarov Elxan Elmar oğlu 14. Cabbarlı Natiq Fərman oğlu 15. Cahangirli Türkanə Cahangir qızı 16. Cahangirov Anar Nazim oğlu 17. Cəfərli Kamran Elşən oğlu 18. Əhmədova Cavahir Cavid qızı 19. Əhmədzadə Nicat Kərəm oğlu 20. Əlili Rəşad Natiq oğlu 21. Əliyev Hasil Natiq oğlu 22. Əliyev Hüseyn Firuz oğlu 23. Əliyeva Aygül Pirməmməd qızı 24. Əmrahlı Maral Elşad qızı 25. Ərəbxanova Pərvin İlqar qızı 26. Əsgərli İlkin Asif oğlu 27. Fətəliyev Orxan İlham oğlu 28. Hacıyeva Ülviyyə Nazim qızı 29. Hacızadə Orxan Talıb oğlu 30. Həsənli Qənirə Müstəqim qızı 31. Həsənov Xəlil Oruc oğlu 32. Həsənova Səkinə Sahib qızı 33. Həsənova Qərənfil Vaqif qızı 34. Həsənzadə Həsən Ruslan oğlu 35. Hüseyinsoy Rəhim Nail oğlu 36. Hüseynov Pünhan Fətulla oğlu 37. Hüseynov Əhməd Arif oğlu 38. İsayev Əlikram Tofiq oğlu 39. Kərimli Cavid İlham oğlu 40. Mehdiyev Orxan Allahverdi oğlu 41. Mehdiyev Coşqun Arif oğlu 42. Məmmədli Toğrul Mais oğlu 43. Məmmədli Süleyman Saleh oğlu 44. Məmmədli Ayxan Əbülfəz oğlu 45. Məmmədov Tahir Asəf oğlu 46. Məmmədov Cavid Gündüz oğlu 47. Məmmədov Qaya Məmməd oğlu 48. Məmmədova Nurlana Cuma qızı 49. Məmmədova Məhbubə Tofiq qızı 50. Məmmədova Zemfira Cahangir qızı 51. Məmmədzadə Cavid Feyruz oğlu 52. Mikayılov Qoşqar Ziyad oğlu 53. Mikayılov Elsevər Oktay oğlu 54. Mirhadi İsmayıl Surxay oğlu 55. Mirzəağayev Ramil Şirinbala oğlu 56. Mürvətov Nicat Cavid oğlu 57. Musayeva Tuğraxanım Azad qızı 58. Mustafalı Cavid İlham oğlu 59. Nəsibli Alı Mahmudalı oğlu 60. Novruzov Orxan Rafail oğlu 61. Orucov Faiq Rasim oğlu 62. Paşazadə Rəşad Şahin oğlu oğlu 63. Qasımlı Turanə Kərim qızı 64. Qazıyev Rəşid Mübariz oğlu 65. Qədirli Kamran Misir oğlu 66. Quliyev Emin Rahib oğlu 67. Quliyeva Şəhla Arif qızı 68. Qurbanlı Nigar Camal qızı 69. Qurbanov Yusif Aqil oğlu 70. Qurbanov Emin Elşən oğlu 71. Rzayev Aqşin Akim oğlu 72. Rzayeva Nigar Fərhad qızı 73. Sadıq Zadə Fərhad Rəhman oğlu 74. Sadıqzadə Rəşad Qurban oğlu 75. Şahbazov İlkin İlqar oğlu 76. Səidzadə Cavid Elmar oğlu 77. Süleymanov Mahir Nazir oğlu 78. Tağıyev Zaur Əskərəmi oğlu 79. Tağızadə Ramin Tofiq oğlu 80. Umudlu Əmrah Mikayıl oğlu 81. Xələfli Alı Xələf oğlu 82. Xəlilov İbrahim Fərhad oğlu 83. Xəlilov Asif Mehman oğlu 84. Zeynallı Orxan Fuad oğlu
08/07/2015 16:52
Sentyabrın 16-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Bilik Günü” münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri ilə görüşmüşdür.
Görüşü giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov öncə iştirakçıları salamlamış, ulu öndər Heydər Əliyevin müəllim əməyinə yüksək qiymət verdiyini, onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin hazırda uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Y.Məmmədov ilk dərs günündə təhsil nazirinin bu universitetə gəlişini müəllim hazırlığına olan diqqətin təzahürü kimi dəyərləndirmişdir. Təhsil naziri Mikayıl Cabbarov olduqca əlamətdar olan bu günün ölkəmizdə böyük bayram kimi qeyd olunduğunu bildirmişdir. Son illər ölkəmizdə müsbət demoqrafik dəyişikliklərin baş verdiyini, bunun nəticəsində hər il birinci sinfə gedən şagirdlərin sayının artdığını deyən nazir bu il 141 mindən çox şagirdin ilk dəfə məktəbə qədəm qoyduğunu vurğulamışdır. Nazir, həmçinin ölkə başçısının son günlər bir sıra yeni məktəb binalarının açılışında iştirak etdiyini bildirmiş, bu il təkcə Bakı şəhərində 164 məktəb binasının Təhsil Nazirliyi tərəfindən cari təmir olunduğunu diqqətə çatdırmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin qədim ənənələrindən söz açan təhsil naziri AMEA-nın keçmiş prezidentləri Yusif Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayevin məhz bu ali məktəbin məzunu olduqlarını qeyd etmişdir. Nazir bildirmişdir ki, təhsil sisteminin keyfiyyəti ilk növbədə müəllimlərin peşəkar səviyyələri ilə bağlıdır. Təhsil naziri çıxışında bir çox sahələrdə uğur əldə edən ölkələrin təbii ehtiyatlara malik olan ölkələr deyil, intellektual potensialı güclü olan ölkələr olduğunu qeyd etmişdir. Təhsil naziri müəllim peşəsinin müqəddəsliyini vurğulamış, müasir müəllimin biliyi necə əldə etməyin yollarını öyrədən peşə sahibi olduğunu bildirmişdir. Yaxşı müəllimin məhz bu keyfiyyəti ilə fərqləndiyini deyən nazir, tələbələrə müvafiq fənləri tədris etməklə bərabər, Vətəni sevməyi təlqin etməyin də vacibliyini qeyd etmişdir. Nazir bu gün ümumi təhsil məktəblərində ilk dərs saatının da məhz vətənpərvərlik mövzusuna həsr edildiyini bildirmişdir. Təhsil sahəsinin, o cümlədən ali təhsilin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran təhsil naziri bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsil işçilərinin əməkhaqqının və tələbələrin təqaüdlərinin artırıldığı söyləmiş, bunu göstərilən diqqət və qayğının daha bir təzahürü kimi dəyərləndirmişdir. Ali təhsildə adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin ali təhsil müəssisələrinin muxtariyyatının artırılmasında mühüm rol oynadığını diqqətə çatdıran nazir bir sıra ali məktəblərin bu mexanizmdən daha səmərəli bəhrələndiyini demişdir. Hazırda tətbiq edilən qəbul planlarının universitetlərin muxtariyyatlarını məhdudlaşdırdığını qeyd edən təhsil naziri ali məktəblərin müstəqilliyinin daha da artırılması istiqamətində mütəmadi addımlar atılmasının, mövcud qanunvericiliyin verdiyi imkanlardan maksimum istifadə olunmasının zəruriliyini bildirmiş, universitetlərin dayanıqlığının təmin edilməsində akademik azadlığın mühüm şərt olduğunu nəzərə çatdırmışdır. Təhsil naziri bildirmişdir ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş və neft kapitalının insan kapitalına çevrilməsi məqsədini daşıyan xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu il də xeyli azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı qazanmışdır. Bununla yanaşı nazir, azərbaycanlı gənclərin ölkəmizin ali məktəblərində təhsil alması barədə Azərbaycan Respublikası Prezidentinin bu günlərdə səsləndirdiyi fikirlərlə qarşıya böyük məqsəd qoyulduğunu vurğulamış, bu baxımdan uğurla fəaliyyət göstərən dünya universitetlərinin təcrübəsinin öyrənilərək tətbiq olunmasının zəruriliyini qeyd etmişdir. Dövlət tərəfindən təhsilin maddi-texniki bazasının gücləndirilməsi, bu sahəyə sərmayə yatırılması istiqamətində atılmış qətiyyətli addımlardan söz açan nazir yaradılmış şəraitdən səmərəli istifadə edilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. Nazir yeni yaradılmış İnformasiya Texnologiyaları Universitetinin Azərbaycan Diplomatik Akademiyasının zəngin bazasından istifadəsini və fəaliyyət göstərməsini buna misal olaraq qeyd etmiş, bu cür əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirmişdir. Boloniya prosesinə keçidin yalnız tələbə biliyinin qiymətləndirilməsi ilə məhdudlaşdırılmasının düzgün yanaşma olmadığını deyən nazir bu prosesin digər istiqamətləri üzrə də ardıcıl işlərin aparılmasını məqsədəuyğun saymışdır. Azərbaycan xalqının, dövlətinin elmə, biliyə və savada olan münasibətinin ölkəmizdə əlverişli təhsil sisteminin qurulmasına imkan verdiyini deyən nazir gələcəkdə də bu istiqamətdəki fəaliyyəti dəstəkləyəcəyini qeyd etmişdir. Çıxışının sonunda təhsil naziri ölkənin təhsil ictimaiyyətini və universitetin professor-müəllim heyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, tələbələri maraqlandıran sualları cavablandırmışdır.
08/07/2015 16:52
Sentyabrın 16-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Bilik Günü” münasibəti ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəbdə olmuşdur.
Təhsil naziri ilk öncə təhsil müəssisəsi ilə tanış olmuşdur. Məktəbdə təlim-tərbiyə alan uşaqlara göstərilən xidmətlərlə maraqlanan nazir uşaqlarla birlikdə nahar etmiş, onların arzu və istəklərini dinləmişdir. Nazirə məlumat verilmişdir ki, 1 nömrəli internat məktəb 1963-cü ildə fəaliyyətə başlamışdır. İnternat məktəbdə dövlət himayəsi altında yaşayan 159 şagirdin təlim-tərbiyəsi ilə 28 nəfər pedaqoji işçinin məşğul olduğu bildirilmişdir. Sonra nazir məktəbin VIII və IX siniflərində vətənpərvərlik mövzusuna həsr olunmuş dərsi tədris etmişdir. Şagirdlərlə səmimi ünsiyyət əsasında təşkil edilmiş dərsdə interaktiv təlim metodlarından geniş istifadə olunmuşdur. Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs saatı vətənpərvərlik mövzusuna həsr olunmuşdur. Dərsdə müəllimlə yanaşı, məktəbin elm, təhsil, mədəniyyət, ədəbiyyat, ictimai fəaliyyət, dövlət qulluğu, idman və digər sahələrdə uğur qazanmış nüfuzlu məzunlarından, valideynlərdən, şəhər, rayon, qəsəbə və kəndin nüfuzlu ziyalılarından və ya rəhbər şəxslərdən hər hansı birinin iştirakı nəzərdə tutulmuşdur. Əsas məqsədi ölkəmizin yeni cəmiyyət quruculuğunda gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşün formalaşdırılmasından ibarət olan dərs şagirdlər tərəfindən maraqla qarşılanmışdır.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı