• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 17-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 84 tələbə ilə görüşmüşdür.

Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulamışdır. Təhsil naziri bildirmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. Nazir Dövlət Proqramı üzrə təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdırmış və onların seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə ümidvar olduğunu söyləmişdir. Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 315 namizəd barəsində müsbət qərar qəbul olunmuşdur. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 167 namizəd barədə müsbət qərar verilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 167 namizəd barədə müsbət qərar verilmişdir. Təhsil Nazirliyi adları  qeyd olunan tələbələri təbrik edir, onların təhsillərini uğurla başa vuraraq ölkəmizin davamlı inkişafı prosesinə  layiqli töhfələr verəcəklərinə ümidvar olduğunu bildirir. Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində  xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 482 namizəd barədə müsbət qərar verilmişdir. Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi növbəti 167 namizədin siyahısı:   1. Abbasov Fərid Natiq oğlu 2. Abbasov Nizami İlham oğlu 3. Abdulla Nicat Pərviz oğlu 4. Abdullayev Nəriman Müşviq oğlu 5. Abdullayev Şəmi Sabir oğlu 6. Abdullayeva Qəmər Bünyami qızı 7. Abdullayeva Ləman Vaqif qızı 8. Abdusalimova Naila Zakir qızı 9. Abışova Leyla Həsənağa qızı 10. Ağakişiyeva Gülnar Bibiqulu qızı 11. Ağamuradov Sarvan Rəsul oğlu 12. Ağayev İlkin Sakin oğlu 13. Ağayev Cəbrayıl Şamil oğlu 14. Ağayeva Səbinə Şamil qızı 15. Ağayeva İlahə Rüstəm qızı 16. Ağazadə Elvin Əyani oğlu 17. Alxaslı Şəhriyar Babək oğlu 18. Babaşov Ceyhun Ramiz oğlu 19. Babayev Elnur Elxan oğlu 20. Babayev Ramiz Sahib oğlu 21. Babayev Rövşən Fizuli oğlu 22. Babayeva Lamiyə Rahim qızı 23. Babazadə Aygün Zeynal qızı 24. Bağır-zadə Bəyaz Adil qızı 25. Baxşəliyeva Nəzrin Adil qızı 26. Bayramov Kazım Qabil oğlu 27. Bəbirzadə Ceyhun İntiqam oğlu 28. Bəşirov Balaqardaş Cəbrayıl oğlu 29. Camalxanova Günel Qadir qızı 30. Cəbrayilov Cəbrayıl Rafael oğlu 31. Cəfərov Nəsib Qalib oğlu 32. Cəfərova Şəbnəm Mübariz qızı 33. Çıraqov Fuad Eldar oğlu 34. Cumayev Fərrux Bahəddin oğlu 35. Dadaşev Mir Mövsüm Anar oğlu 36. Əfəndiyev Ayaz Rahib oğlu 37. Əfəndiyev Fədai Ehtiram oğlu 38. Əhmədbəyli Aydan Sahib qızı 39. Əhmədli İlkin Bəhman oğlu 40. Əhmədov Cavid Ramiz oğlu 41. Əhmədov Elvin Aydın oğlu 42. Əhmədova Cəmilə Cahangir qızı 43. Ələkbərov Nicat Səttar oğlu 44. Ələkbərov Yusif Sərvər oğlu 45. Ələsgərova Zenfira İlqar qızı 46. Əliyev Murad Zamiq oğlu 47. Əliyev İzmir Yalçın oğlu 48. Əliyev Rüfət Bürhan oğlu 49. Əliyev Dostəli Əlibaba oğlu 50. Əliyev Tale Cahangir oğlu 51. Əliyev İslam Sahib oğlu 52. Əliyev Tural Natiq oğlu 53. Əliyeva Lalə Rasim qızı 54. Əliyeva Ədilə Azad qızı 55. Əliyeva Nəzifə Tahir qızı 56. Əliyeva Günel Bəylər qızı 57. Əlizadə Murad Nadir oğlu 58. Əlizadə Nərmin Hüseyn qızı 59. Eminbəyli Cavadxan Şakir oğlu 60. Eminbəyli Süleyman Şakir oğlu 61. Əmirquliyev Fuad Feyruz oğlu 62. Əsədova Səbinə Rafiq qızı 63. Əsgərova Şəhla Arif qızı 64. Əsgərzadə Xalid Əliniyaz oğlu 65. Fətullazadə Ülkər İntiqam qızı 66. Gözəlova Günay Məhəmməd qızı 67. Hacılı Hüseyn Əli oğlu 68. Hacıyev Elxan Niyazi oğlu 69. Hacıyev Ramil İbrahim oğlu 70. Hacıyev Pərviz Elçin oğlu 71. Hacıyeva Mədinə Yaşar qızı 72. Hacızadə Mehman Ağadadaş oğlu 73. Həmzəyev Elvin Oqtay oğlu 74. Həsənli Emin Saleh oğlu 75. Həsənli Həsən Mehman oğlu 76. Həsənov Ataxan Aftandil oğlu 77. Həsənov Orxan Asəf oğlu 78. Həsənov Kamran Emil oğlu 79. Həsənov Elşən Bayram oğlu 80. Həsənverdiyev Şəhriyar Ələkbər oğlu 81. Həsənzadə Süleyman Əflatun oğlu 82. Hümbətova Maya Əsgər qızı 83. Hümmətzadə Xəqan İlham oğlu 84. Hüseynli Səbinə Zahid qızı 85. Hüseynli Bahar Əli qızı 86. Hüseynli Rüstəm Vaqif oğlu 87. Hüseynov Tural Ramis oğlu 88. Hüseynov Tural İsa oğlu 89. Hüseynov İlkin Firqət oğlu 90. Hüseynov Maqsud Adil oğlu 91. Hüseynzadə İlkin İbrahim oğlu 92. İbrahimli Vüsal Qalib oğlu 93. İbrahimov Əkbər Mirzə oğlu 94. İbrahimxanlı Nihad Zeynal oğlu 95. İsalı İlahə Vahid qızı 96. İsmayılov Səməd Vaqif oğlu 97. Kələntərli Cavad Arif oğlu 98. Kərimov Fərhad Tahir oğlu 99. Kərimov Emil Baris oğlu 100. Laçınov Eldar Tələt oğlu 101. Lalayev Həmid Müzəffər oğlu 102. Məcidova Aysel Lütfi qızı 103. Məhərrəmova Fidan Mehdi qızı 104. Məlikov Bayazid Mahmud oğlu 105. Məmmədov Daşqın Nadir oğlu 106. Məmmədov Turac Niyazi oğlu 107. Məmmədov Zahid Mübariz oğlu 108. Məmmədov Qəzənfər Oqtay oğlu 109. Məmmədov Firuz Qazıbəy oğlu 110. Məmmədov Emin Taleh oğlu 111. Məmmədov Kənan Eldəniz oğlu 112. Məmmədova Nərmin Eldar qızı 113. Məmmədova Şəlalə Vüqar qızı 114. Məmmədova Pərvin Ümid qızı 115. Miriyeva Günay Mirsaleh qızı 116. Mirzəyev Mirzə Vahid oğlu 117. Möhtəbərli Ozal Xudaverdi oğlu 118. Mustafayeva Türkan Muxtar qızı 119. Mütəllimov Rəşad Məzmun oğlu 120. Mütəllimova Aygün Aydın qızı 121. Nəcəfzadə Məsmə Yusuf qızı 122. Novruzova Ayşən Rza qızı 123. Ömərov Tofiq Natiq oğlu 124. Oruczadə Kamil Şamil oğlu 125. Paşayev Samir Telman oğlu 126. Qafarlı Fəxri Ağalar oğlu 127. Qallacov Nurlan Məhəmməd oğlu 128. Qarayev Kənan Canbulat oğlu 129. Qarayeva Aygün Maarif qızı 130. Qasımov Qasım Mirbala oğlu 131. Qasımov Elçin Aydın oğlu 132. Qasımov Sahib Asif oğlu 133. Qasımova Nərmin Vaqif qızı 134. Qənbərli Niyazi Emin oğlu 135. Qiyaslı Şakir Şahin oğlu 136. Qocamanov Nicat Məqsəd oğlu 137. Quliyev Muraz Cavid oğlu 138. Qurbanov Ənvər Etibar oğlu 139. Qurbanova Fidan Sarı qızı 140. Ramazanlı İlqar Məhəmmədəli oğlu 141. Rəhimli Orxan Rəhim oğlu 142. Rəhimov Hüseyn Ehtibar oğlu 143. Rövşənov Sahib Vahid oğlu 144. Rzazadə Xəyalə Niyaz qızı 145. Sadıqov Əli Emil oğlu 146. Salmanov Elxan Salman oğlu 147. Şəfisoy Səməd Abuzər oğlu 148. Səlimova Cəmilə Arif qızı 149. Səmədov Pərviz Zöhrab oğlu 150. Səmədov Rəvan Tohid oğlu 151. Səmədova Gülnar Fazil qızı 152. Sərdarlı Kamil Hüseyn oğlu 153. Seyidəliyeva Aidə Bəhram qızı 154. Süleymanov Allahverdi Bəhruz oğlu 155. Süleymanova Səfurə Ağahüseyn qızı 156. Surxaylı Həsən Azay oğlu 157. Tağıyev Toğrul Həsən oğlu 158. Tanrıverdiyeva Aygül Oktay qızı 159. Tomuyev Ayaz Cabbar oğlu 160. Vahabov Cavanşir Vaqif oğlu 161. Xammədov Kamran Kərim oğlu 162. Xasayev Polad Cəmil oğlu 163. Xasiyev Fərid Arif oğlu 164. Yusifli Zəhra Ceyhun qızı 165. Yusifli Fuad Mirhəsən oğlu 166. Yusifov Yusif Israil oğlu 167. Zeynalov Rüstəm Samir oğlu

Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılmışdır.

 Nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün (əqli və fiziki qüsurlu uşaqlar, vərəm, revmatizm xəstəliyi) müvafiq dietik menyular hazırlanmışdır. Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilmişdir. Bundan əlavə, qeyd olunan bütün təlim-tədris ocaqlarında qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilmişdir. Qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsi beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir. Rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Düzgün qidalanma uşaqlarda beyinin, intellektin, mərkəzi sinir sisteminin inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişaf ahəngini təmin edir. Bundan əlavə, uşaq və yeniyetmələr arasında qidalanmanın düzgün təşkili, yeməkxanaların nəfis dizaynı, süfrə tərtibatı, xidmətin müvafiq qaydalar çərçivəsində aparılması, yemək çeşidlərinin müxtəlifliyi və seçim imkanının yaradılması uşaqların yüksək mədəni-estetik zövqünün formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin qidalanma qaydalarından düzgün istifadə iştahın artmasına, həzm prosesinin optimallaşmasına, qidalanma mədəniyyətinin və müvafiq gigiyenik vərdişlərin yaranmasına gətirib çıxarır.

Sentyabrın 20-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Sinqapur Respublikasının ticarət, sənaye və milli inkişaf üzrə baş dövlət naziri cənab Li Yi Şyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

 Görüş zamanı qonaqlara Azərbaycanın təhsil sistemində aparılan islahatlar barədə məlumat verilmiş və ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Sentyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris binasının əsaslı şəkildə yenidənqurmadan sonra açılışına həsr olunmuş mərasim keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin binanın foyesində qoyulmuş büstünü ziyarət etmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev tədbir iştirakçılarını salamlamış və yeni dərs ili münasibəti ilə təbrik etmişdir. Təhsil nazirinin universitetə gəlişini ADİU-nun fəaliyyətinə olan diqqətin təzahürü kimi dəyərləndirən rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin son illər ərzində qazandığı uğurlardan söhbət açmışdır. Təhsil naziri Mikayıl Cabbarov ADİU-da olmaqdan məmnunluğunu ifadə etmişdir. Son 20 ildə Azərbaycanın sürətli inkişaf yolu keçdiyini nəzərə çatdıran nazir təhsil sahəsində əldə olunmuş nailiyyətlərin bu gün də uğurla davam etdirildiyini vurğulamışdır. Müasir dövrdə qloballaşma prosesinin tələblərinə uyğun olaraq iqtisadi uğurun bilik iqtisadiyyatından keçdiyini söyləyən təhsil naziri Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən də təhsil sahəsində əsaslı islahatlar yolu tutduğunu qeyd etmişdir. Təhsil ocaqlarının maddi-texniki bazası ilə yanaşı, təhsilin, professor-müəllim heyətinin keyfiyyəti və təhsilalanların bilik səviyyələrinin mühüm roluna toxunan nazir ölkə universitetlərinin tədris imkanlarının genişləndirilməsinin zəruriliyini vurğulamışdır. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin azərbaycanlı gənclərin ölkəmizin ali məktəblərində təhsil almasının əhəmiyyəti barədə fikirlərinə istinad edərək bildirmişdir ki, bu baxımdan qarşıya qoyulmuş vəzifələrə nail olmaq üçün universitetlər müvafiq dünya təcrübəsindən uğurla istifadə etməlidirlər. Daha sonra nazir ali məktəblərdə tədrisin müasir tələblər səviyyəsində təşkili, xüsusi istedadlı tələbələrlə iş, ali məktəblərin xərclərinin strukturunda əmək haqqı və məvaciblərin artırılması, insan kapitalının inkişafı, aztəminatlı və akademik nailiyyətləri yüksək olan tələbələr üçün universitetlər tərəfindən təqaüdlərin verilməsi məsələlərinə toxunmuşdur. Ali məktəblərin rəqabət qabiliyyətinin artırılması, məzunların işlə təminatı, ali məktəblərin idarəedilməsi haqqında söhbət açan təhsil naziri, həmçinin dünyanın qabaqcıl ali təhsil ocaqları ilə ölkəmizdə birgə əməkdaşlıq, nəticəyönümlü maliyyələşmə prinsipləri və ali təhsilin inkişafının digər istiqamətləri barədə fikirlərini nəzərə çatdırmışdır. Sonda təhsil naziri tələbələri maraqlandıran sualları cavablandırmış, bir sıra təklif və tövsiyələrlə çıxış etmişdir.

Sentyabrın 24-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Salem Xalifə Əl Eqfeli və Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutora ilə ikitərəfli görüşlər keçirmişdir.

Hər iki görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşların nəzərinə!

30 sentyabr 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Sentyabrın 26-da Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə “Hyatt Regency” otelinin “Quba” zalında işgüzar görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev, ölkəmizdə fəaliyyət göstərən şirkət və biznes qurumlarının nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarını salamlamış, təhsil sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin perspektiv inkişafına dair fikirlərini bildirmişdir. Nazir qeyd etmişdir ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. İnsanların gələcək professional karyera qurması üçün əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin gələcək professional inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür. Nazir təhsil müəssisələrinin fəaliyyətinin əsasən, nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxunmuş, yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirmişdir. AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış etmişdir. Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq üçün kompleks tədbirlər həyata keçirdiyini bildirən nazir bu baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirildiyini söyləmişdir. Təhsil naziri demişdir ki, ilk peşə-ixtisas təhsil sahəsində qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə əməkdaşlığın nəticəsi olaraq peşə təhsili müəssisələrində mühüm yeniliklərin tətbiqinə başlanmışdır. Təhsil Nazirliyi biznes dünyasının da bu layihələrə qoşulmasının və texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır. Biznes qurumları ilə əməkdaşlığa cəlb olunmuş insanların, ilk növbədə, təhsilinə yardım edilməsi ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir onu da qeyd etmişdir ki, nazirlik biznes qurumlarından gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirir.

Sentyabrın 26-nda təhsil naziri Mikayıl Cabbarov Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin “Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti” mövzusunda “Dəyirmi masa”nın açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçılarını salamlayan təhsil naziri ölkəmizin sürətli inkişafının davamlılığının təmin edilməsində insan kapitalının rolundan danışmışdər. Təhsil naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan kapitalına çevrilməsi” fikrinin fəaliyyət proqramı kimi qəbul edildiyini vurğulamışdır. Təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanlarının ölkənin rəqabətliliyinə birbaşa təsir etdiyini bildirən nazir bunun milli təhlükəsizlik məsələsi kimi qəbul edilməli olduğunu söyləmişdir. Təhsil naziri qeyd etmişdir ki, təhsil sistemi mütəxəssisləri mövcud imkanlar səviyyəsində deyil, tələb olunan səviyyədə hazırlamalıdır. Daha sonra nazir təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, bütün təhsil pillələri üzrə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, təhsil sahəsində müasir qiymətləndirmə sisteminin yaradılması məsələlərindən söhbət açmışdır. Peşə təhsilinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsinin zəruriliyinə toxunan təhsil naziri müəllim hazırlığının keyfiyyətinin artırılmasının, nəticəyə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sisteminin tətbiqinin nəzərdə tutulduğunu bildirmişdir. Azərbaycanda həyata keçirilən təhsil islahatlarının gedişi barədə qonaqlara məlumat verən nazir dünyanın istənilən ölkəsində təhsilin ən həssas və əhəmiyyətli sahələrdən biri olduğunu nəzərə çatdırmışdır. Təhsil naziri bütün dünyada təhsil sahəsi üzrə qarşıya çıxan problemlərin əksər hallarda oxşarlığını nəzərə alaraq, “Dəyirmi masa” iştirakçılarını yalnız problemləri deyil, həmçinin, onların mümkün həlli yollarını da müzakirə etməyə, müvafiq təklif və tösiyələrini bir-biri ilə paylaşmağa çağırmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 119 namizəd barədə müsbət qərar qəbul olunmuşdur.

Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan gəncləri təbrik edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir. Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində  xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 601 namizəd barədə müsbət qərar qəbul edilmişdir. Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün sənəd vermiş digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi növbəti 119 namizədin siyahısı:   Abdullayev Alim Tərlan oğlu Abdullayev Rəşid Rasim oğlu Abdullayeva Cəmilə Şahin qızı Abdulxalıkov Əziz Nazil oğlu Ağakişiyeva Elnarə Elburus qızı Ağayeva Ayan Hüseyn qızı Ağazadə Ağamir Samir oğlu Alışova Şəfa Naim qızı Aslanlı Bəxtiyar Adil oğlu Aslanov Seyidağa Ilham oğlu Atakişiyeva Rəşadə Rasim qızı Babanlı Nəsrin Vüqar qızı Bağırov Fəxri Nəsir oğlu Balayev Əli Tahir oğlu Bode İrina Iqorevna Butayeva Cəmilə Nail qızı Cabbarlı Zahid Ələddin oğlu Cabbarov Rüstəm İqbal oğlu Calalzadə Nazlı Elçin qızı Cəfərov Fərid Baloğlan oğlu Cəfərov Vəli Əli oğlu Cəfərova Nigar Eldar qızı Ədilov Cavid Sahib oğlu Əhmədov Tofiq Teymur oğlu Eldarov Emin Eldar oğlu Eldarova Nərgiz Elçin qızı Əlirzayeva Amaliya Mutaqirovna qızı Əliyev Cavid Murad oğlu Əliyev Cavid Rəşad oğlu Əliyev Dəniz Ülvi oğlu Əliyev Əbdül Nəcəf oğlu Əliyev Həsən Şəmsəddin oğlu Əliyeva Nərgiz Yusif qızı Əliyeva Nərmin Elşad qızı Əliyeva Səbinə Fizuli qızı Əlizadə Rüfət Fuad oğlu Əmrahova Aytən Arif qızı Əsədli Azərxan Asif oğlu Eynullazadə Xaqani Elman oğlu Eyvazova Nigar Təyyar qızı Əzimov Rəşid İlqar oğlu Əzizli Elgiz İmran oğlu Gülməmmədli Füzuli Rüfət oğlu Gülverdiyeva Mədinə Cabir qızı Hacıyev Elşən Əkbər oğlu Hacıyev Elvin Əliman oğlu Hacıyev Hikmət Fikrət oğlu Hacızadə Şahsuvar Elbrus oğlu Hacızadə Vəfa Qabil qızı Həmidov Murad Hüseyn oğlu Həsənli Əli Qənbər oğlu Həsənxani Emil Yavər oğlu Həsənzadə İdrak Həsən oğlu Həsənzadə Mərdan Namiq oğlu Həsənzadə Rəvan Fariz oğlu Hüseynli Gülnarə Vaqif qızı Hüseynov Ceyhun Rahim oğlu Hüseynova Xəyalə Zahid qızı Hüseynzadə Orxan Natiq oğlu İbrahim Emil Rüstəm oğlu İbrahimov Elmar Rəşad oğlu İsgəndərov Elmin Fikrət oğlu İskəndərov Fərid Sabir oğlu Kərimli Kamilə Emil qızı Kərimli Ləzifə Emil qızı Kərimli Tural Məzahir oğlu Kərimov İsmayıl Həsən oğlu Kərimov Xancan Malik oğlu Məcidova Nərgiz Namiq qızı Məmmədli Nərmin Zəfər qızı Məmmədli Osman Aftandil oğlu Məmmədov Anar Mehman oğlu Məmmədov Toğrul Mehman oğlu Məmmədova Leyla Fuad qızı Mənsimzadə Sain Rəfail qızı Mirzəyev Məmməd Oruc oğlu Mirzəyev Xəyal Mübariz oğlu Möhbalı Mövlud Xaliq oğlu Mövsümlü Məcid Mehman oğlu Mustafayev Behbud Vaqif oğlu Mustafayev Elçin Saqif oğlu Namazova Könül Asəf qızı Nəcəfov Fərid Faiq oğlu Nəsirov Orxan Meyran oğlu Nəzərov Kamil Şadil oğlu Nurəliyev Rəşad Cəmaləddin oğlu Nurullayev Namiq Nazim oğlu Osmanbəyli Anar Xaliddin oğlu Paşazadə Elgün Ramiz oğlu Qarayeva Şərmin Elmuraz qızı Qasımov Cahandar Zahid oğlu Qasımzadə Türkay Nizami qızı Qocayeva Nəzrin Vaqif qızı Quliyev Hakim Rizvan oğlu Quliyeva Surə Süleyman qızı Quluzadə Sona Adəm qızı Rəcəbov İlham Nizami oğlu Rəsulova Günel Ağaismayıl qızı Rzazadə Murad Elçin oğlu Sadıqzadə İlahə Saleh qızı Sadıxova Tutu Məmməd qızı Salmanova Fəridə Tahir qızı Səmədov Orxan Eldar oğlu Səməd-zadə Fəridə Emin qızı Sərdarlı Nərmin İsmayıl qızı Sərkarlı Ülvi Ədalət oğlu Siraczadə Elvira Vaqif qızı Şirinov Sabir Nəriman oğlu Süleymanov Fərid Ələmdar oğlu Süleymanov Orxan İlham oğlu Süleymanova Şəbnəm Seyidbala qızı Sultanlı Sərxan Elxan oğlu Talıblı Pərviz Talıb oğlu Talıbov Bəhman Əhməd oğlu Yolçuyev Şəfa Əşrəfoviç oğlu Yusubov Orxan Nəsrullah oğlu Zakirov Orxan Tahir oğlu Zeyniyev Lətif Obrik oğlu Zülfüqarlı Adil Elmar oğlu

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı