SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 13-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında işgüzar görüş keçirilmişdir.
İkitərəfli görüş zamanı ingilis dilinin tədrisi üzrə “21-ci əsrin müəllimi” layihəsinin həyata keçirilməsi ilə bağlı rəsmi sənəd imzalanmıışdır. Sənədi təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının ölkə üzrə direktoru xanım Elizabet Vayt imzalamışdır.
Layihə çərçivəsində Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri tədris prosesində daha yeni metod və vəsaitlərdən istifadə imkanlarını öyrənəcək, eyni zamanda maraqlı dərslərin təşkili üçün lazımi bilik və məlumatlarla təmin olunacaqlar.
Qeyd edək ki, “21-ci əsrin müəllimi” layihəsi çərçivəsində ötən illərdə Bakı şəhərində müvafiq iş həyata keçirilmişdir. Bu il isə ilk dəfə olaraq müəllim-təlimçilər respublikanın digər rayonlarında da olacaqlar.
İngilis dili biliklərinin yüksəldilməsi üçün cari ildə reallaşdırılacaq layihə əvvəlki illərdə həyata keçirilmiş layihələrdən miqyası və yayılma arealı ilə kəskin fərqlənəcəkdir. Belə ki, sentyabr ayında start veriləcək layihəyə 15 rayondan 50 pilot məktəb cəlb olunacaqdır. Təlimlər Qəbələ, Şəki, Quba, Şamaxı, Gəncə, Mingəçevir, İsmayıllı, Xaçmaz, Zaqatala, Yevlax, Göyçay, Şirvan, Lənkəran, Salyan və Qusarla yanaşı, Bakı və Sumqayıtda da keçiriləcəkdir. Ümumilikdə, 520 müəllim bu təlimlərdə iştirak edəcəkdir. Layihənin yekununda ingilis dili müəllimlərinin müasir təlim metodları sahəsində professional bilik və bacarıqlarının inkişaf edəcəyi və ingilis dilinin təlim keyfiyyətinin daha da yüksələcəyi gözlənilir. Layihədə Britaniya Şurasının 24 nəfər müəllim-təlimçisi iştirak edəcəkdir.
Təlim kurslarının sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniya Şurası bu istiqamətdə analoji layihələrini bundan sonra da daha geniş miqyasda davam etdirəcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl