SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Konfransda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, paytaxtın ümumi təhsil məktəblərinin, məktəbdənkənar müəssisələrinin rəhbərləri və müəllimlər iştirak etmişlər.
Təhsil naziri Mikayıl Cabbarov konfrans iştirakçılarını və qonaqları salamlamış, təhsil işçilərinə qarşıdan gələn yeni dərs ilində uğurlar arzulamışdır. Nazir müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşdığını bildirmiş və ulu öndərin hər zaman təhsil sahəsinə diqqətlə yanaşdığını nəzərə çatdırmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan danışan təhsil naziri respublikada əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü və təhsilin prioritet elan edildiyini nəzərə çatdırmışdır.
Ümumi orta təhsilin əhəmiyyətinə toxunan nazir təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrdən bəhs etmişdir. Təhsil naziri müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat vermişdir.
Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləmiş və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.
“Bilik günü” münasibəti ilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələlərlə bağlı fikirlərini bildirmiş, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırmışdır.
Sonra məktəb direktorları və müəllimlər onları maraqlandıran məsələlərdən söz açmış, müvafiq təkliflərlə çıxış etmişlər. Təhsil naziri qeyd olunan məsələlər haqqında fikirlərini bildirmiş və təhsil işçiləri tərəfindən irəli sürülən bütün uyğun təkliflərin nəzərə alınacağını vurğulamışdır.
Konfransda Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndələr seçilmiş və konfransın qətnaməsi qəbul olunmuşdur.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl