• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 16-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Bilik Günü” münasibəti ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəbdə olmuşdur.

Təhsil naziri ilk öncə təhsil müəssisəsi ilə tanış olmuşdur. Məktəbdə təlim-tərbiyə alan uşaqlara göstərilən xidmətlərlə maraqlanan nazir uşaqlarla birlikdə nahar etmiş, onların arzu və istəklərini dinləmişdir.
Nazirə məlumat verilmişdir ki, 1 nömrəli internat məktəb 1963-cü ildə fəaliyyətə başlamışdır. İnternat məktəbdə dövlət himayəsi altında yaşayan 159 şagirdin təlim-tərbiyəsi ilə 28 nəfər pedaqoji işçinin məşğul olduğu bildirilmişdir.
Sonra nazir məktəbin VIII və IX siniflərində vətənpərvərlik mövzusuna həsr olunmuş dərsi tədris etmişdir. Şagirdlərlə səmimi ünsiyyət əsasında təşkil edilmiş dərsdə interaktiv təlim metodlarından geniş istifadə olunmuşdur.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs saatı vətənpərvərlik mövzusuna həsr olunmuşdur. Dərsdə müəllimlə yanaşı, məktəbin elm, təhsil, mədəniyyət, ədəbiyyat, ictimai fəaliyyət, dövlət qulluğu, idman və digər sahələrdə uğur qazanmış nüfuzlu məzunlarından, valideynlərdən, şəhər, rayon, qəsəbə və kəndin nüfuzlu ziyalılarından və ya rəhbər şəxslərdən hər hansı birinin iştirakı nəzərdə tutulmuşdur. Əsas məqsədi ölkəmizin yeni cəmiyyət quruculuğunda gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşün formalaşdırılmasından ibarət olan dərs şagirdlər tərəfindən maraqla qarşılanmışdır.


10 il əvvəl