SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Tanınmış təhsil mütəxəssisi Əlövsət Cəlal oğlu Osmanlı vəfat etmişdir.
Təhsil Nazirliyi Əlövsət Osmanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Dəmirli kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitinin müəllifidir.
Əlövsət Osmanlının həyatının mühüm bir hissəsi təhsillə bağlı olmuş və bu sahədə mövcud olan problemlərlə əlaqədar geniş araşdırma işləri aparmışdır. Azərbaycanda milli təhsil quruculuğu yönündə həyata keçirilən islahatlara dair özünəməxsus baxışları olan Ə.Osmanlı hər zaman mütərəqqi yeniliklərin tərəfdarı kimi tanınmışdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikası Təhsil Nazirliyi
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl