SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avqustun 23-də 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatmışdır.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilmişdir. Onlardan 2999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrə olmuşdur. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənlərini, rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisasını əhatə etmişdir. Vakant yerlərə 18782 nəfər elektron ərizə versə də, imtahanlarda 15030 nəfər iştirak etmişdir. Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə 16195 olmuşdur. Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olmuşdur. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınmışdır. İmtahanların nəticəsinə görə 1543 nəfər Azərbaycan bölməsi, 54 nəfər isə rus bölməsi üzrə olmaqla, ümumilikdə 1597 nəfər müsahibə mərhələsinə buraxılmışdır. Müsahibənin nəticələrinə əsasən 1245 müəllim işə qəbul edilmişdir. Müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə aparılmış əlavə yerləşdirmədə iştirak etmiş 2443 nəfərdən 400-ü müsahibəyə buraxılmış və onların 229 nəfəri işə qəbul edilmişdir. Beləliklə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1474 nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmamışdır. İşə qəbul olunacaq müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas meyarı kimi qəbul olunmuşdur. Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs yükünün digər müvafiq fənn müəllimləri arasında bölünməsi və ya əvəzçilik qaydasında uyğun ixtisas müəllimlərinə verilməsi nəzərdə tutulmuşdur.
08/07/2015 16:52
Avqustun 24-də təhsil naziri Mikayıl Cabbarov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər, əsasən yaşadıqları rayonların ümumtəhsil məktəblərində işlə təmin olunma, bir məktəbdən digər təhsil müəssisəsinə müəllimlərin iş yerinin dəyişdirilməsi, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, məktəb binalarının təmiri, xaricdə təhsil və digər məsələlərlə əlaqədar olmuşdur. Qəbulda 56 nəfər vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerində həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilmişdir.
08/07/2015 16:52
Böyük Britaniyanın nüfuzlu “The Pıe News” beynəlxalq təhsil sahəsi üzrə peşəkarlar üçün xəbərlər və biznesin təhlili portalında ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilmiş tədbirlər haqqında məqalə dərc edilmişdir http://thepienews.com/news/azerbaijan-scholarships-abroad-to-fill-skills-gaps-at-home/.
Yazıda Dövlət Proqramının məqsədi, məzunların işlə təmin olunması mexanizmi, ölkənin ehtiyacına uyğun prioritet ixtisasların müəyyənləşdirlməsi, əhatə olunan ölkələrin coğrafiyası, indiyə qədər xaricə göndərilmiş tələbələr və digər məsələlərdən söhbət açılır. Müəllif Azərbaycan hökuməti tərəfindən dəstəklənən Dövlət Proqramı çərçivəsində tələbələrin Avropa, Şimali Amerika, eləcə təhsil sistemi inkişaf etmiş digər ölkələrdə təhsil almaq üçün təqaüdə layiq görüldüyünü vurğulayır. Qeyd olunur ki, Dövlət Neft Fondu tərəfindən maliyyələşən proqram çərçivəsində ölkənin mühəndislik, informatika, hüquq və ictimai səhiyyə sahəsində mutəxəssislərə olan ehtiyacını təmin etmək üçün tələbələr dünyanın ən yaxşı universitetlərində bu sahələr üzrə təhsilə cəlb edilir. Proqrama marağın yüksək olmasını önə çəkən müəllif ölkə Prezidentinin təşəbbüsü ilə 2007-ci ildən fəaliyyətə başlamış xaricdə təhsil üzrə Dövlət Proqramının əsas məqsədinin azərbaycanlı tələbələrin ölkənin davamlı inkişafına töhfə verəcək yüksək ixtisaslı milli kadrlar kimi yetişdirilməsindən ibarət olduğunu bildirir. Məqalədə, həmçinin məzunlar qayıtdıqdan sonra onları işlə təmin etmək məqsədilə Təhsil Nazirliyinin planlaşdırdığı tədbirlər işıqlandırılır, işəgötürənlərlə məzunların arasında erkən və intensiv əlaqələrin yaradılmasına yardım etmək üçün atılacaq addımlardan söhbət açılır. Bildirilir ki, ilk növbədə, məzunların işəgötürənlər üçün vacib bilik və bacarıqlara yiyələndiklərinə əmin olmaq lazımdır. Bu da, öz növbəsində, tərəflərin maraqlarının problemsiz üst-üstə düşməsinə səbəb olacaqdır. Dövlət Proqramı üzrə müəyyənləşdirilmiş prioritet ixtisaslara gəlincə, qeyd olunur ki, xarici dil bilən, əsasən də İKT, beynəlxalq diplomatiya, hüquq, biznesin idarəedilməsi, sosial və siyasi elmlər sahələrində bacarıqlara yiyələnmiş yüksək ixtisaslı kadrlara ehtiyac duyulur. Proqram çərçivəsində xarici ölkə universitetlərinə göndərilmiş tələbələrin statistikasını nəzərə çatdıran müəllif indiyə qədər Dövlət Proqramı üzrə ümumilikdə 1825 təqaüd verildiyini və 533 nəfərin məzun olduğunu bildirir.
08/07/2015 16:52
Təhsil Nazirliyi 2012-2013-cü dərs ilinin və təhsilalanların yekun dövlət attestasiyasının nəticələrinin təhlilini davam etdirir.
Məlum olduğu kimi, ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınmışdır. Bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunmuşdur. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də vardır. Bu bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş müvafiq qərar hər bir məzun üçün ali məktəblərə qəbul prosesində bərabər imkanlarının yaradılması baxımından düzgün qərar olmuşdur. Ali məktəblərlə yanaşı, həmin şəxslərin orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq şanslarının olduğunu da nəzərə alsaq, bununla da həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanları xeyli artmış olur. Təhsil Nazirliyi, həmçinin ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparmışdır. Belə ki, 248 medalçıdan 3 nəfəri (1%) 700 bal 145 nəfəri (58%) 600-699 bal 49 nəfəri (20%) 500-599 bal 22 nəfəri (9%) 400-499 bal 12 nəfəri (5%) 200-399 bal 1 nəfəri 140 bal toplamışdır. 16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülmüşdür. Beləliklə, bu il medallara layiq görülmüş məzunların mütləq əksəriyyəti öz bilik səviyyəsini təsdiqləmişlər. Növbəti illərdə məktəb proqramı ilə qəbul imtahanlarının məzmun və metodologiyalarının uyğunlaşdırılması istiqamətində aparılan işlərin yekunlaşması ilə təhsilalanların biliklərinin qiymətləndirilməsi prosesində keyfiyyətin yüksək səviyyəyə çatdırılmasının şahidi olacağıq. Təhsil Nazirliyi bu sahədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdırır və təhsilin keyfiyyətinin artırılmasına nail olacağına əminliyini ifadə edir. Aktuallığına görə qızıl və gümüş medalçılarla bağlı məsələlərin kütləvi informasiya vasitələrinin diqqətində saxlanılması Təhsil Nazirliyi tərəfindən təbii qarşılanır. Eyni zamanda, bu mövzunu işıqlandırarkən yüksək nəticə göstərmiş abituriyentlərin uğurlarına da diqqət yetirilməsinin zəruriliyini yaddan çıxarmamağı tövsiyə edirik.
08/07/2015 16:52
Avqustun 27-də Şəki 1 nömrəli Peşə Məktəbinin açılış mərasimi keçirilmişdir.
Təhsil Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Yaponiya Hökumətinin birgə maliyyə dəstəyi ilə “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Proqramı” çərçivəsində təhsil müəssisəsində əsaslı təmir işləri aparılmış, tədris ocağının maddi-texniki bazası yenilənmişdir. Belə ki, peşə məktəbində turizm, xidmət, kompüter, tikiş sahələri üzrə yeni kabinetlər istifadəyə verilmiş və müvafiq avadanlıqlarla təchiz edilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Şusuke Vatanabe, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 1966-cı ildə yaradılmış və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən Peşə Məktəbində bu günə qədər əsaslı təmir işləri aparılmamışdır. Müasir avadanlıqlarla təchiz edilən Peşə Məktəbində növbəti tədris ilindən başlayaraq bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılması planlaşdırılır. Belə ki, Şəki rayonunun turizm potensialı nəzərə alınaraq, təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində son illər bir sıra mühüm qərarlar qəbul edilmişdir. Ölkə iqtisadiyyatının sürətli inkişafı ixtisaslı kadrlara olan tələbatı artırmışdır. Odur ki, peşə təhsili sahəsində islahatların sistemli şəkildə davam etdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlamışdır. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur. Sentyabr ayında 14 nömrəli Bakı Peşə Məktəbində KNAUF şirkətinin dəstəyi ilə “Quru inşaat ustası”, 18 nömrəli Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə “Dülgər, xarrat-parket ustası” və “Eldar studio” şirkətinin dəstəyi ilə “Bərbər” ixtisası üzrə siniflər, 4 nömrəli Bakı Peşə Liseyində isə Belarus hökumətinin dəstəyi ilə “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi açılacaqdır. İlin sonuna kimi 14 nömrəli Bakı Peşə Məktəbində tikinti sahəsində ixtisaslaşmış və dünyanın ən böyük şirkətləri sırasında olan CCC (Konsolidayted Konstraktors Kompani) şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs Mərkəzinin açılması nəzərdə tutulmuşdur. Resurs Mərkəzində elektrik qaz qaynaqçısı, boru kəmərlərinin quraşdırılması, çilingər-santexnik ixtisasları üzrə kadrlar hazırlanacaq və ölkəmizin peşə təhsili sistemində ilk dəfə onlara beynəlxalq ixtisas dərəcəsi veriləcəkdir. Qeyd olunan mərkəzdə təhsil prosesinin təşkilində beynəlxalq ekspertlər də iştirak edəcəklər. Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatların əsas məqsədi peşə məktəblərinin fəaliyyətini canlandırmaqdan ibarətdir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulmuşdur.
08/07/2015 16:52
Avqustun 27-də Təhsil Nazirliyində Rusiya Federasiyası və Çin Xalq Respublikasının ali məktəblərində müvafiq ikitərəfli sənədlər əsasında təhsil almaq hüququ qazanmış tələbələrlə görüş keçirilmişdir.
2013-2014-cü tədris ilində Rusiyanın ali məktəblərində 27, Çinin ali məktəblərində isə 18 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil almaq hüququ əldə etmişdir. Görüşdə tələbələr təbrik olunmuş və onlara təhsildə uğurlar arzu edilmişdir. Həmin tələbələrin təhsil alacaqları ölkələrdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə və vətənə qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı prosesinə töhfə verəcəklərinə əminlik ifadə olunmuşdur. Daha sonra görüşdə iştirak edən tələbələrə təhsil alacaqları ölkə və ali məktəblərlə bağlı zəruri məlumatlar verilmişdir.
08/07/2015 16:52
Avqustun 27-də təhsil naziri Mikayıl Cabbarov Şəki şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər, əsasən müəllimlərin işə qəbulu, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, bir təhsil müəssisəsindən digərinə köçürülmə, təhsil haqqından azad olunma, təhsil sənədlərinin tanınması, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və digər məsələlərlə əlaqədar olmuşdur. Qəbulda 61 nəfər vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerində həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilmişdir.
08/07/2015 16:52
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 58 namizəd barədə müsbət qərar verilmişdir.
Həmin tələbələr təhsilini Türkiyə (36 nəfər), Böyük Britaniya (11 nəfər), Avstraliya (3 nəfər), İtaliya (2 nəfər), Kanada (2 nəfər), Malayziya (1 nəfər), ABŞ (1 nəfər), Rusiya (1 nəfər) və Macarıstanda (1 nəfər) rezidentura (23 nəfər), bakalavriat (20 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində tibb, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, mühəndislik, nanotexnologiya, kompüter elmləri və turizm ixtisasları üzrə davam etdirəcəklər. Təhsil Nazirliyi adları qeyd olunan tələbələri təbrik edir, onların təhsillərini uğurla başa vuraraq ölkəmizin davamlı inkişafı prosesinə layiqli töhfələr verəcəklərinə ümidvar olduğunu bildirir. Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barədə müsbət qərar verilmişdir. Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi daha 58 namizədin siyahısı: 1. Abdullayeva Yeganə Abduləhəd qızı 2. Ağayeva Könül İmran qızı 3. Almuradova Elvina Ağamoğlan qızı 4. Aslanlı Ülvi Ramiz oğlu 5. Axundov Zaur Mehman oğlu 6. Baba-zadə Xanım Ağababa qızı 7. Baxşalıyeva Türkan Vahid qızı 8. Baxşəliyev Şiraslan Aslan oğlu 9. Bədəlzadə Mehman Mikayıl oğlu 10. Bəkirzadə Məhəd İlham oğlu 11. Bəxtiyarzadə Aygül Mayil qızı 12. Camalova Hilalə Fariz qızı 13. Cəbrayılov Faiq Nizam oğlu 14. Cəfərov Ruslan Yaqub oğlu 15. Əbdülrəhimova Cəmilə Fəxri qızı 16. Əfəndiyev Musa Süleyman oğlu 17. Əhmədov Bayram Əliyar oğlu 18. Əhmədova Aygül Maarif qızı 19. Əliyev Bayram Umut oğlu 20. Əli-zadə İslam Qafar oğlu 21. Əmirov Razin Temirxan oğlu 22. Əşrəfov Asif Məhərrəm oğlu 23. Əvəzzadə Elməddin Niyaz oğlu 24. Əzizli Orxan İltifat oğlu 25. Fətullayev Tural Bəxtiyar oğlu 26. Hacıyev Rüfət Anar oğlu 27. Hacıyeva Nigar Bünyad qızı 28. Haqverdiyev Emin Salman oğlu 29. Həsənova Günel Ramiz qızı 30. Həsənova Aysel Yusif qızı 31. Həsənzadə Fidan Qalib qızı 32. Hüseynova Sevil Baxşəli qızı 33. İmanova Nərimanə Rafil qızı 34. İmranov Cavid Elman oğlu 35. İsmayılbəyli Nərgiz Malik qızı 36. İzzət Kənan Azər oğlu 37. Kərimli Əli İdrak oğlu 38. Kərimova Zərifə Məhəmməd qızı 39. Mahmudova Aytac Əbilfəz qızı 40. Mehdiyev Sərxan İlqar oğlu 41. Mehdiyeva Nəzrin Akif qızı 42. Məhəmmədəliyeva Aytəkin İbrahim qızı 43. Məmmədəliyev Sərxan Oqtay oğlu 44. Məmmədov Urfan Elxan oğlu 45. Məmmədova Nuran Zahir qızı 46. Məmmədxanlı Orxan Oktay oğlu 47. Məmməd-zadə Gültən Nəcməddin qızı 48. Mirzəyev Yalçın Məhəmməd oğlu 49. Nağıyeva Təranə Mirzə qızı 50. Nəcəfaliyeva Aytən Səfəralı qızı 51. Orucov Elvin Arzuman oğlu 52. Qənbərov Mehdi Nizami oğlu 53. Qocayev Afiq Nəriman oğlu 54. Quliyev Hüseyn Rafiq oğlu 55. Quliyeva Günel Səyavuş qızı 56. Salmanov Elşad Elxan oğlu 57. Şərifzadə Mehriban Şahin qızı 58. Xankişiyev Röyal Xanlar oğlu
08/07/2015 16:52
Avqustun 31-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 58 tələbə ilə görüşmüşdür.
Görüş zamanı nazir tələbələri təbrik edərək onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləmişdir. Təhsil naziri qeyd etmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan nazir hazırda bu ənənənin dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirmişdir. Nazir gənclərə ölkəmizlə daim sıx əlaqə saxlamağı tövsiyə etmiş, bu baxımdan Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) fəaliyyətinin əhəmiyyətli olduğunu söyləmişdir. Dövlət Proqramı üzrə təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdıran təhsil naziri onların seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərin ümidvar olduğunu vurğulamışdır. Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barəsində müsbət qərar qəbul olunmuşdur. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili ilə bağlı sosial xarakterli geniş təbliğat kampaniyasına başlanmışdır.
Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili ilə bağlı sosial xarakterli geniş təbliğat kampaniyasına başlanmışdır. Kampaniyanın əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılmasını və gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının artırılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində son illər bir sıra mühüm qərarlar qəbul edilmişdir. Ölkə iqtisadiyyatının inkişafı prosesinin uğurla davam etdirilməsi ixtisaslı kadrlara olan tələbatı daha da artırmışdır. Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlamışdır. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur. 14 nömrəli Bakı Peşə Məktəbində KNAUF şirkətinin dəstəyi ilə “Quru inşaat ustası”, 18 nömrəli Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə “Dülgər, xarrat-parket ustası” və “Eldar studio” şirkətinin dəstəyi ilə “Bərbər” ixtisası üzrə siniflər, 4 nömrəli Bakı Peşə Liseyində isə Belarus hökumətinin dəstəyi ilə “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi açılacaqdır. İlin sonuna kimi 14 nömrəli Bakı Peşə Məktəbində tikinti sahəsində ixtisaslaşmış və dünyanın ən böyük şirkətləri sırasında olan CCC (Konsolidayted Konstraktors Kompani) şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs Mərkəzinin açılması nəzərdə tutulmuşdur. Resurs Mərkəzində elektrik qaz qaynaqçısı, boru kəmərlərinin quraşdırılması, çilingər-santexnik ixtisasları üzrə kadrlar hazırlanacaq və ölkəmizin peşə təhsili sistemində ilk dəfə onlara beynəlxalq ixtisas dərəcəsi veriləcəkdir. Qeyd olunan mərkəzdə təhsil prosesinin təşkilində beynəlxalq ekspertlər də iştirak edəcəklər. Azərbaycanda fəaliyyət göstərən 107 ilk peşə-ixtisas təhsili müəssisəsinin müasir tələblərə cavab verən səviyyədə inkişafı üçün peşəkar kompetensiyalara malik müəllim kollektivinin və yeni texnologiyalara əsaslanan maddi-texniki bazanın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulmuşdur. Müasir Azərbaycan Peşəkarları Layhiəsi video('/upload/media/video/14.flv','/upload/media/video/14.gif',1)
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı