• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azərbaycanla Türkiyənin qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir. Türkiyə ilə ali təhsil sahəsindəki münasibətlərin inkişafının əhəmiyyətinə toxunan nazir bütün bunların Azərbaycan ali təhsil sisteminin inkişafına müsbət təsir göstərəcəyini qeyd etmişdir. Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbər ilk öncə Mikayıl Cabbarovu təhsil naziri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etmiş, nazirə yeni işində uğurlar arzulamışdır. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaq səmimi qəbula görə təhsil nazirinə minnətdarlığını bildirmişdir. Qazi Universitetinin rektoru ölkəmizə səfər proqramı çərçivəsində bir sıra ali təhsil müəssisələrində görüşlərin keçirildiyini, mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq sənədlərin imzalandığını söyləmişdir. Rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verən S.Böyükbərbər Türkiyənin ən nüfuzlu ali məktəblərindən biri olan Qazi Universitetinin Azərbaycan universitetləri ilə əlaqələrə xüsusi önəm verdiyini nəzərə çatdırmışdır. Hazırda 80 min tələbənin təhsil aldığı ali məktəbdə 1500 əcnəbinin oxuduğunu bildirən rektor Qazi Universitetində daha çox azərbaycanlı gəncin müxtəlif ixtisaslar üzrə təhsil almasında maraqlı olduqlarını vurğulamışdır. S.Böyükbərbər Qazi Universitetində ikili diplomların verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söhbət açmış, bu baxımdan əldə olunmuş təcrübənin Azərbaycanla bölüşməyin mümkünlüyünü qeyd etmişdir. Təhsil naziri Mikayıl Cabbarov ətraflı məlumata və Azərbaycanla əlaqələrin inkişafına verdiyi dəyərə görə S.Böyükbərbərə minnətdarlığını bildirmişdir. Qazi Universitetində idarəçilik, maliyyələşmə və digər məsələlərin tənzimlənməsi qaydalarının maraq doğurduğunu vurğulayan nazir Azərbaycan ali məktəblərinin belə bir nüfuzlu təhsil müəssisəsi ilə əməkdaşlığının səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu söyləmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin bir sıra prioritet ixtisaslar üzrə dünyanın nüfuzlu ali məktəblərinə göndərildiyinə diqqət çəkən təhsil naziri proqramın əsas məqsədləri barədə fikirlərini bildirmişdir. Mikayıl Cabbarov Azərbaycanın müasir tələblərə cavab verən kadrlara olan ehtiyacının ödənilməsinə xidmət edən müvafiq siyasətin əsasının ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsinin dövlət siyasətinin prioritetlərindən biri olduğunu söyləyən təhsil naziri bu baxımdan azərbaycanlı tələbələrin Türkiyənin nüfuzlu universitetlərində ölkəmiz üçün prioritet olan ixtisaslar üzrə oxumasının səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etmişdir. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, əlaqələrinin inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.

Təhsil Nazirliyi Mətbuat xidmətinin məlumatı

Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə dünən baş vermiş insidentlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanı, adıçəkilən təhsil müəssisəsinin direktoru Firəngiz Həsənovanı və həmin məktəbin XIb sinif şagirdi Aygül Məmmədovanı görüşmək məqsədi ilə dəvət etmişdir. Müzakirə zamanı məsələnin hicab zəminində deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məktəbdə keçirilən fizika fənni üzrə monitorinq imtahanına nəzarət prosesinə rəhbərlik edən şəxslə şagird arasında  iddia olunan nizam-intizam məsələsi ətrafında yaranmış mübahisədən qaynaqlandığı müəyyən edilmişdir. Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyət göstərən hər bir dövlət orqanının nümayəndəsinin və tədris prosesinin iştirakçılarının səylərinin tədris prosesinin qanunun aliliyi, qarşılıqlı hörmət və tədrisin keyfiyyəti kimi amillərin əsasında qurulmasının vacibliyi nazir tərəfindən vurğulanmışdır. 

Aprelin 29-da Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda sərgi keçirilmişdir.

Sərgidə ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən bəhs edən kitablar nümayiş olunmuş, sənədli filmə tamaşa edilmişdir. Tədbirdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, şöbə müdirləri, və Mərkəzi Elmi Kitabxananın əməkdaşları iştirak etmişlər. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından belə tədbirlər mühüm əhəmiyyət kəsb edir. Sərgiyə olan maraq təhsil ictimaiyyətinin ümummilli liderə ehtiramının bariz nümunəsi kimi səciyyələndirilmiş, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlərin ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində təntənə ilə keçirildiyi nəzərə çatdırılmışdır.

Mayın 3-də təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşmüşdür.

Mayın 3-də təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşmüşdür. Cənab Füle Azərbaycanla təhsil sahəsində əməkdaşlıq sferasında Avropa İttifaqı tərəfindən yeni vasitələrin tətbiqinin nəzərdə tutulduğunu, Azərbaycanda dayanıqlı təhsil islahatına ehtiyac olmasını nəzərə alaraq bu istiqamətdə artıq Avropa təhsil sisteminə keçmiş Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsinin əhəmiyyətli olacağını və bunun üçün dəstək göstərməyə hazır olduqlarını bildirmişdir. Təhsil naziri Mikayıl Cabbarov öz növbəsində Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin əhəmiyyətini nəzərə çatdırmış və qarşılıqlı münasibətlərdə təhsillə bağlı layihələrin mühüm yer tutduğunu bildirmişdir. M.Cabbarov eyni zamanda Avropa İttifaqının Azərbaycana təhsil sferasında dəstəyinin yüksək qiymətləndirildiyini, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf  Konsepsiyası ilə müəyyən edilmiş təhsil sahəsində olan məqsədlərə nail olmaq üçün Avropa İttifaqı tərəfindən təqdim edilə bilən alətlərin istifadəsinin faydalı olacağını bildirdi.

Mayın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində ümummilli lider Heydər Әliyevin 90 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kamaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, FHN-in müvafiq strukturlarının rəhbərləri və məktəblilər iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları müsabiqəyə təqdim olunmuş əl işlərinin sərgisi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblilərinin iştirak etdikləri müsabiqəyə “Rəsm”, “Plakat”, “əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın qəza-xilasetmə texnikasının modeli”, “Şeir” nominasiyaları üzrə işlər təqdim olunmuşdur. Müsabiqənin məqsədi uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hallar probleminə cəlb edilməsi, yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.   AzərTAc

Təhsil Nazirliyi Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri aparılmışdır Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəaliyyətinin səmərəliliyinin artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədiylə Nazirliyin aparatında struktur dəyişiklikləri aparılmışdır. Belə ki, Təhsil Nazirliyinin aparatının struktur bölgüsünün səmərəlilik və funksionallıq prinsipləri əsasında müəyyənləşdirilməsi, bölmələrin fəaliyyətində paralelliyin aradan qaldırılması və bununla bağlı idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə  Nazirliyin aparatının Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək, əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın müddəalarının icrası ilə əlaqədar, Nazirlikdə daxili nəzarət sisteminin yaradılması, təhsil sahəsində korrupsiya halları ilə mübarizənin gücləndirilməsi, Nazirliyin "Qaynar xətt"inə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, habelə struktur bölmələrin tabeçiliyinin düzgün müəyyənləşdirilməsi və funksional ixtisaslaşmanın təmin edilməsi məqsədi ilə Daxili nəzarət şöbəsi yaradılmış və "Qaynar xətt" xidməti həmin şöbənin tabeliyinə verilmişdir. Ölkəmizin müasir tələblərə cavab verən kadrlara olan ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi, xarici ölkələrlə tələbə mübadiləsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılması, habelə təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata keçirilməsini təmin etmək məqsədi ilə Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi yaradılmış, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru Beynəlxalq əlaqələr şöbəsinin tərkibindən çıxarılaraq, adıçəkilən şöbənin tərkibinə verilmişdir.

Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı

Mayın 13-də saat 09:00 radələrində Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun ölməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Prokurorluğunun, Təhsil Nazirliyinin Sumqayıt Şəhər Şöbəsinin və Şəhər Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gəlmişlər. Şəhər hüquq muhafizə orqanlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. Müəyyən edilmişdir ki, A.İlyasov da daxil olmaqla digər siniflərdən olan daha 20 şagird həmin gün dərsə gecikdiklərinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev tərəfindən qanunsuz olaraq cəza tədbiri kimi onlara məktəbin stadionunda qaçmaq göstərişi verilmişdir. Şəhər 3 saylı uşaq poliklinikasında “hipotrofik-kordimiopatiya” diaqnozu ilə qeydiyyatda olan A.İlyasov həmin göstərişi yerinə yetirərək stadionda bir neçə dövrə vurduqdan sonra yıxılmış və görülən ilkin tibbi tədbirlərə baxmayaraq vəfat etmişdir. Hadisə ilə bağlı aparılmış ilkin araşdırmaların nəticələri göstərir ki, adıçəkilən təhsil müəssisəsində tədris prosesi təhsil və inkişafın sağlam prinsipləri əsasında qurulmamışdır. Bununla əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən inzibati tədbirlər görülmuş, məktəb direktoru Nargilə Səfərova və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev Təhsil nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunmuşlar. Bir sıra təhsil müəssisələrində mövcud olan neqativ hallar, o cümlədən qarşılıqlı hörmətsizlik, qeyri-sağlam atmosfer və bu qəbildən olan problemlərin ardan qaldırılması istiqamətində qətiyyətli mövqe göstəriləcək və zəruri hallarda müxtəlif dövlət strukturları bu prosesə cəlb ediləcəkdir. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, A.İlyasovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Təhsil Nazirliyi Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri ilə bağlı olaraq yaradılan və funksiyalarına Nazirliyə daxil olmuş müraciətlər əsasında araşdırmaların aparılması həvalə edilmiş Daxili nəzarət şöbəsi tərəfindən hazırda bir sıra şikayətlər nəzərdən keçirilir. Aparılmış daxili araşdırmalar nəticəsində aşağıdakı faktlar aşkarlanmış və  müvafiq tədbirlər görülmüşdür: Vətəndaş M.Kazımovun müraciəti əsasında aparılan araşdırma zamanı şagirdlərin 1-ci sinifə qəbulu ilə bağlı prosedur qaydalarının kobud pozuntusuna görə Suraxanı rayonunda yerləşən 270 nömrəli məktəbin direktoru Talıb Rəhimov vəzifəsindən azad olunmuşdur. Vətəndaş N.Eyvazlının müraciəti əsasında daxili işlər orqanlarına arayışın təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmuş Təhsil Nazirliyinin mühafizə polisinin əməkdaşı və  Xaricdə Şagird, Tələbə, Aspirant və Staj keçənlərin iş üzrə Şura Katibliyinin bir əməkdaşı tutduqları vəzifədən azad olunmuşlar. Vətəndaş A.Ağabəyovun müraciəti əsasında aparılmış araşdırma zamanı qulluq mövqeyindən sui-istfadə edərək tədrisdə yaranmış müvəffəqiyyətsizliklərin aradan qaldırılması üçün tələbələrə qeyri-qanuni yolla kömək göstərməyə çalışmış Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin Qiyabi şöbəsinin müdiri A.Quliyeva tutduğu vəzifədən azad olunmuş, həmin kollecin direktoru və direktor müavini aşağı vəzifəyə keçirilmişlər. Təhsil sistemi ölkənin sosial və iqtisadi inkişafının mühüm elementlərindən biridir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyəti ölkə vətəndaşlarının təhsil alma hüquqlarının təmin edilməsinə yönəlmişdir. Təhsli Nazirliyinin əsas funksiyalarından biri təhsilin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi və vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarının qorunması məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaqdır. Bu baxımdan Təhsil Nazirliyi öz üzərinə düşən vəzifələrin həyata keçirilməsində sistemli yanaşmanı təmin edəcəkdir.

Bu gün Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olmuşdur.

İlk öncə təhsil naziri Naxçıvan şəhərinin mərkəzi meydanında yerləşən  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, buradan  Heydər Əliyev muzeyinə yola düşmüşdür. Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyəti ilə bağli unikal eksponatlarla tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirilmişdir. Görüşdən sonra Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun, Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun,  Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin akt zalında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 may 2013-cü il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Saleh Məhərrəmovun ali məktəbin kollektivinə rəsmi təqdimatı keçirilmişdir. Çıxışında Azərbaycan Respublikasının təhsil naziri Naxçıvan Dövlət Universitetinin yaradılması tarixinə toxunmuş, Saleh Məhərrəmova yeni fəaliyyətində uğurlar arzu etmişdir. Naxçıvan Dövlət Universitetinin nailiyyətlərini qeyd edən nazir, yeni rektorun qarşısında duran məqsəd və vəzifələrdən danışmışdır. Naxçıvan Dövlət Universitetinin kollektivi ilə aparılan fikir mübadiləsi zamanı  müəllim nüfuzunun bərpa olunması, müəllimlərin layiq olduqları səviyyədə yaşamaları ücün ali təhsil müəssisələrinin iqtisadi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi ilə bağlı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikasının təhsil naziri Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası, burada təhsil alan yerli və xarici tələbələrin tədris və yataqxana şəraiti ilə taniş edilmiş, universitetin mövcud qabaqcıl təcrübəsi barədə nazirə məlumat verilmişdir. Səfər zamanı Mikayıl Cabbarovu Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşları müşayət etmişlər.

Şirvan şəhərində, Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Kürdəmir rayonlarında yaşayan vətəndaşların nəzərinə!

25 may 2013-cü il tarixində saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhərində və Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya qaynar-xett@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı