SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində ümummilli lider Heydər Әliyevin 90 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kamaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, FHN-in müvafiq strukturlarının rəhbərləri və məktəblilər iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları müsabiqəyə təqdim olunmuş əl işlərinin sərgisi ilə tanış olmuşlar.
Məlumat verilmişdir ki, respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblilərinin iştirak etdikləri müsabiqəyə “Rəsm”, “Plakat”, “əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın qəza-xilasetmə texnikasının modeli”, “Şeir” nominasiyaları üzrə işlər təqdim olunmuşdur.
Müsabiqənin məqsədi uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hallar probleminə cəlb edilməsi, yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.
AzərTAc
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl