• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 29-da Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda sərgi keçirilmişdir.

Sərgidə ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən bəhs edən kitablar nümayiş olunmuş, sənədli filmə tamaşa edilmişdir.
Tədbirdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, şöbə müdirləri, və Mərkəzi Elmi Kitabxananın əməkdaşları iştirak etmişlər.
Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından belə tədbirlər mühüm əhəmiyyət kəsb edir. Sərgiyə olan maraq təhsil ictimaiyyətinin ümummilli liderə ehtiramının bariz nümunəsi kimi səciyyələndirilmiş, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlərin ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində təntənə ilə keçirildiyi nəzərə çatdırılmışdır.


10 il əvvəl