• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bu gün Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olmuşdur.

İlk öncə təhsil naziri Naxçıvan şəhərinin mərkəzi meydanında yerləşən  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, buradan  Heydər Əliyev muzeyinə yola düşmüşdür.
Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyəti ilə bağli unikal eksponatlarla tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirilmişdir.
Görüşdən sonra Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun, Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun,  Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin akt zalında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 may 2013-cü il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Saleh Məhərrəmovun ali məktəbin kollektivinə rəsmi təqdimatı keçirilmişdir.
Çıxışında Azərbaycan Respublikasının təhsil naziri Naxçıvan Dövlət Universitetinin yaradılması tarixinə toxunmuş, Saleh Məhərrəmova yeni fəaliyyətində uğurlar arzu etmişdir. Naxçıvan Dövlət Universitetinin nailiyyətlərini qeyd edən nazir, yeni rektorun qarşısında duran məqsəd və vəzifələrdən danışmışdır.
Naxçıvan Dövlət Universitetinin kollektivi ilə aparılan fikir mübadiləsi zamanı  müəllim nüfuzunun bərpa olunması, müəllimlərin layiq olduqları səviyyədə yaşamaları ücün ali təhsil müəssisələrinin iqtisadi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi ilə bağlı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.
Azərbaycan Respublikasının təhsil naziri Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası, burada təhsil alan yerli və xarici tələbələrin tədris və yataqxana şəraiti ilə taniş edilmiş, universitetin mövcud qabaqcıl təcrübəsi barədə nazirə məlumat verilmişdir.
Səfər zamanı Mikayıl Cabbarovu Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşları müşayət etmişlər.


10 il əvvəl