• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 3-də təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşmüşdür.

Mayın 3-də təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşmüşdür.
Cənab Füle Azərbaycanla təhsil sahəsində əməkdaşlıq sferasında Avropa İttifaqı tərəfindən yeni vasitələrin tətbiqinin nəzərdə tutulduğunu, Azərbaycanda dayanıqlı təhsil islahatına ehtiyac olmasını nəzərə alaraq bu istiqamətdə artıq Avropa təhsil sisteminə keçmiş Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsinin əhəmiyyətli olacağını və bunun üçün dəstək göstərməyə hazır olduqlarını bildirmişdir.
Təhsil naziri Mikayıl Cabbarov öz növbəsində Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin əhəmiyyətini nəzərə çatdırmış və qarşılıqlı münasibətlərdə təhsillə bağlı layihələrin mühüm yer tutduğunu bildirmişdir. M.Cabbarov eyni zamanda Avropa İttifaqının Azərbaycana təhsil sferasında dəstəyinin yüksək qiymətləndirildiyini, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf  Konsepsiyası ilə müəyyən edilmiş təhsil sahəsində olan məqsədlərə nail olmaq üçün Avropa İttifaqı tərəfindən təqdim edilə bilən alətlərin istifadəsinin faydalı olacağını bildirdi.


10 il əvvəl