SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 14-də təhsil naziri Misir Mərdanov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib və qarşılıqlı münasibətlərdə təhsillə bağlı layihələrin mühüm yer tutduğunu bildirib. Nazir Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Tempus, Erasmus-Mundus, TAİEX proqramları və Tvininq layihəsi üzrə təhsil sahəsində görülmüş işlər barədə məlumat verib. Ölkəmizin Avropa təhsil məkanına–Bolonya prosesinə qoşulduğunu vurğulayan Misir Mərdanov Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası baxımından mühüm addımlar atıldığını söyləyib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Qonaq Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyasını qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi baxımından yüksək dəyərləndirib. Ölkələr arasındakı əməkdaşlığın genişlənməsində təhsil sahəsinin müstəsna rolunu önə çəkən F.Lefort həll olunmamış münaqişələrdən əziyyət çəkən Cənubi Qafqazda sülh və sabitliyin təşəkkül tapması üçün təhsil əlaqələrinə önəm verməyin mümkünlüyü məsələsinə toxunub. Daha sonra görüşdə Azərbaycanla Avropa İttifaqının birgə reallaşdırdığı təhsil layihələrinin uğurları və qarşıda duran vəzifələr müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 2011-2012-ci tədris ilində 421 nəfər azərbaycanlı gənc təhsil almaq hüququ qazanıb.
Bununla da Dövlət Proqramı üzrə təhsil alan tələbələrin sayı ümumilikdə 1204 nəfərə çatıb. Hazırda Dövlət Proqramı çərçivəsində 23 ölkənin 200-ə yaxın universitetində 825 nəfər azərbaycanlı tələbə təhsil almaqdadır. Bu tələbələrin böyük əksəriyyəti tibb, mühəndislik, iqtisadiyyat və idarəetmə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə oxuyurlar. Dövlət Proqramı çərçivəsində təhsil alan 322 nəfər soydaşımız isə artıq təhsilini başa vurub. Ümumilikdə isə Dövlət Proqramı və digər mənbələr hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslara yiyələnirlər. Onu da qeyd edək ki, hazırda Azərbaycanın universitetlərində 5590 nəfər əcnəbi tələbə bakalavriatura, magistratura və doktorantura səviyyələrində təhsil almaqdadır.
08/07/2015 16:52
Sentyabrın 17-də təhsil naziri Misir Mərdanov İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü Vladimir Kuskovski və "Xəzər" İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev ilə görüşüb.
Qonaqları salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədris aparılmasını təqdirəlayiq hal kimi dəyərləndirən nazir bu layihənin uğurla həyata keçiriləcəyinə inandığını bildirib. Misir Mərdanov Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisin 12 illik olacağını və proqramı uğurla başa vuran şagirdlərə dünyanın bütün qabaqcıl ali məktəbləri tərəfindən tanınan sertifikatın veriləcəyini nəzərə çatdırıb. Artıq Bakıdakı 6 nömrəli məktəb-liseyin bir ibtidai sinifində bu proqramın tətbiq olunduğunu söyləyən nazir ilk addımın maraqla qarşılandığını vurğulayıb. Daha sonra çıxış edən İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü Vladimir Kuskovski və "Xəzər" İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev Beynəlxalq Bakalavriat Proqramı haqqında ətraflı məlumat verib, layihənin icra mexanizmləri barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın orta məktəblərində tətbiq olunan kurikulumların Beynəlxalq Bakalavriat Proqramının tələblərinə uyğun olması layihənin reallaşdırılmasını daha da asanlaşdırır. Sonda Beynəlxalq Bakalavriat Proqramının tətbiqi ilə bağlı mətbuat nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
08/07/2015 16:52
Abşeron rayonunun Xırdalan şəhərində 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı Arif Alışanov iştirak etmişlər. Mərasim məktəblilərin ifasında Azərbaycanın Dövlət himninin oxunması ilə açılmışdır. Bayram tədbirində çıxış edənlər respublikanın sürətlə inkişafından, yeni məktəb binalarının tikintisindən, təhsildə qazanılan uğurlardan danışmışlar. Nəhayət, mühüm an gəlib çatmış, qırmızı lent kəsilmişdir. Məktəb zəngi çalınmış və şagirdlər, o cümlədən birinci sinifdə oxuyan uşaqlar yeni məktəb binasına astanasına qədəm qoymuşlar. Qonaqlar siniflər, fənn laboratoriyaları, idman və iclas zalları, tibb məntəqəsi və digər otaqlarla tanış olmuşlar. Dördmərtəbəli məktəb binası sökülmüş köhnə məktəb binasının yerində ucaldılmışdır. Doqquzillik məktəb ilk şagirdlərini 1997-ci ildə qəbul etmişdir. 2002-ci ildə tam orta məktəbə çevrilmişdir. Lakin şagirdlərin çoxluğu dərs prosesinə əlavə problemlər yaradırdı. Hazırda məktəbdə 967 şagird təhsil alır, 93 müəllim çalışır. AzərTAc
08/07/2015 16:52
Sentyabrın 17-də paytaxtın Nərimanov rayonunda Bakı Modern Məktəbinin açılmasına həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə təhsil naziri Misir Mərdanov, ABŞ-ın Harvard Universitetinin beynəlxalq layihələr üzrə prezidenti, professor Farhud Kaffi, Kaliforniya Universitetinin professoru, doktor Tamar Endryus və digər rəsmi şəxslər iştirak etmişlər. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev yeni təhsil ili ərəfəsində daha iki məktəbin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini bildirərək, rayon təhsil müəssisələrinin yüksək nəticələr əldə etdiyini vurğulamışdır. Təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafına dövlətin diqqət və qayğısının nəticəsi olaraq 160-dan çox yeni məktəbin inşa edildiyini, bir çox təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını qeyd etmişdir. Bakı Modern Məktəbinin də paytaxtın təhsil sistemində özünəməxsus yer tutacağına əminliyini bildirən nazir, müəssisənin şagird və müəllim kollektivinə yeni dərs ilində uğurlar arzulamışdır. Məktəbin direktoru Gülnarə Əfəndiyevanın verdiyi məlumata görə, məktəbdə 1-10-cu siniflərə 305 şagird qəbul edilmişdir. Azərbaycan və rus bölmələri ilə yanaşı, 1-ci siniflər üçün ingilis bölməsi də açılmışdır. Təhsil metodlarının ənənəvi deyil, fəal təlim metodlarına uyğun qurulacağı müəssisədə ingilis dilinin tədrisinə ayrılan saatların sayı həftə ərzində 5-ə çatacaqdır. Həmçinin informatika fənninin həftədə 3 saat tədrisi nəzərdə tutulur. Burada tədris Harvard Universitetinin proqramlarına əsasən təşkil olunacaqdır. Dərsdən sonra şagirdlərin rəsm, musiqi, rəqs, üzgüçülük dərnəklərində məşğul olması üçün hərtərəfli şərait vardır. Bakı Modern Məktəbində 8-ci sinifdən etibarən şagirdlərin sürücülük kurslarında iştirakı da planlaşdırılır ki, bu məqsədlə xüsusi otaq yaradılmışdır. Qiymətləndirmənin 50 ballıq cədvəllə aparılacağı məktəbdə hər bir şagirdin inkişaf kartı vasitəsilə fənlər üzrə əldə etdiyi nəticələri izləmək mümkün olacaqdır. AzərTAc
08/07/2015 16:52
Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində elmi-tədqiqatların müasir səviyyədə aparılması, məqsədli kompleks elmi proqramların həyata keçirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.
Məlumat üçün qeyd edək ki, universitetlərdə dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 92-elmi-tədqiqat laboratoriyası və 1 təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir. Respublika üzrə elmlər doktorlarının 59,5 faizi (1243 nəfər), fəlsəfə doktorlarının 62,9 faizi (5869 nəfər), AMEA-nın 62 nəfər həqiqi və müxbir üzvü ali təhsil sistemində çalışır. Nazirlər Kabineti ilə razılaşdırılmış siyahıya əsasən ali təhsil müəssisələri tərəfindən 118 elmi və elmi-praktik konfrans, o cümlədən 87 respublika və 31 beynəlxalq səviyyəli konfrans keçirilib. 2010-cu ildən başlayaraq elmin maliyyələşdirilməsinin yeni mexanizmi tətbiq olunur. Qrant üsuluna əsaslanan bu mexanizmi həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna son 2 ildə hər il dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılıb. 2010-cu və 2011-ci illərdə bu Fond tərəfindən elan olunmuş qrant müsabiqələrində Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələri tərəfindən təqdim edilmiş layihələrdən 22-sinə qrant verilib. Bundan əlavə, ali məktəblərdə çalışan alimlər 39 beynəlxalq qrant proqramında uğurla iştirak edirlər. Son illər ali məktəblərin istehsalat müəssisələri ilə əlaqələri daha da genişlənib, təsərrüfat hesablı müqavilələr əsasında aparılan işlərin sayı və maliyyələşmə həcmi artıb. Ötən il ali məktəblərdə 639 elmi problemi əhatə edən 2411 mövzu üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılıb, onlardan 1853-ü tamamlanıb. Ali məktəblərdə çalışan alimlərin müəllifliyi ilə 333 monoqrafiya, 309 dərslik, 620 dərs vəsaiti, 1307 adda proqram və metodik ədəbiyyat nəşr olunub. Xarici jurnallarda alimlərimizin 1850 məqaləsi, beynəlxalq konfransların materiallarında 1114 məruzə tezisi dərc edilib. Ötən il 45 ixtiraya patent, o cümlədən 2 Avrasiya patenti alınıb. Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali təhsil və elmi tədqiqat müəssisəsində “Təhsil haqqında” Qanuna uyğun olaraq yeni doktoranturalar yaradılıb və 2011-ci ildə həmin doktoranturalara ilk qəbul keçirilib. Yuxarı sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə 2012-ci il 23-24 fevral tarixlərində ölkəmizdə ilk dəfə olaraq İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsi çərçivəsində “Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri arasından seçilmiş 5 nəfər şagird 2012-ci il 13-18 may tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən İntel İSEF sərgisində iştirak edib.
08/07/2015 16:52
Sentyabrın 20-də Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi açılmışdır.
Müvafiq qurumların, ayrı-ayrı ölkələrin Azərbaycandakı diplomatik korpusu nümayəndələrinin, gənclərin iştirak etdikləri açılış mərasimində təhsil naziri Misir Mərdanov sərginin əhəmiyyətindən danışmış, onun iştirakçılarının sayının ilbəil artdığını vurğulamış, təşkilatçılara təşəkkürünü bildirmişdir. Qeyd olunmuşdur ki, sərgi Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılmışdır. Müasir dünyada təhsilin önəmli rolundan bəhs edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “İteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov Azərbaycanda bu sahəyə xüsusi əhəmiyyət verildiyini vurğulamışlar. Respublikamızın dinamik inkişaf etdiyini xatırladan natiqlər, eyni zamanda, azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində də uğurla təhsil aldıqlarını diqqətə çatdırmış, gənclərə tövsiyələrini vermişlər. Sonra sərgi barədə məlumatlar verilmiş, tədbir iştirakçıları, gənclər sərgi ilə tanış olmuşlar. Bu il sərgidə ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən 96 təhsil müəssisəsi iştirak edir. Sərgidə dünyanın 20 ölkəsinin, o cümlədən Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya Respublikası, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiyanın ayrı-ayrı ali təhsil müəssisələri barədə məlumatlar verilir. Burada Litva ölkənin 11 məşhur təhsil müəssisəsi ilə çıxış edir. Belarus Milli Qrupuna bu ölkənin ən böyük şəhərlərinin 8 ali təhsil müəssisəsi daxil olmuşdur. Ukrayna 6 qabaqcıl universitetini təqdim edir. Azərbaycanda təhsil isə paytaxt və regionların dövlət və özəl ali təhsil müəssisələri tərəfindən təqdim edilir. Sərgi iştirakçılarının tam siyahısı ilə www.education.iteca.az veb-saytında tanış olmaq mümkündür. “Təhsil və Karyera 2012” sərgisinə giriş yalnız 11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr, onların valideynləri, həmçinin bu sahənin peşəkarları üçün açıqdır. Ekspozisiyanın əsasını xaricdə bakalavr və MBA (biznes menecmenti üzrə magistr) təhsili proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemləri təşkil edir. Sərgidə aparıcı ali təhsil müəssisələri və biznes məktəblərinin nümayəndələri ilə şəxsən ünsiyyət qurmaq, təqdim edilən ölkələrdə ali məktəblərə qəbul və təhsil üzrə şərtlər, habelə təhsil qiymətləri, təqaüdlər, qrantlar və s. barədə ilk mənbədən məlumat əldə etmək olar. Builki sərgini fərqləndirən özəl məqamlardan biri də Avropanın məşhur “Springer International Publisher” (Almaniya) nəşriyyat evinin elmi ədəbiyyata həsr edilmiş geniş ekspozisiyası olmuşdur. İşgüzar proqram çərçivəsində sentyabrın 21-də “Ukraynada ali təhsil” mövzusuna həsr edilmiş 3 saatlıq seminar keçiriləcəkdir. Azərbaycan gənclərinin həmin ölkədə təhsilə artan marağını nəzərə alaraq, bu seminar Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə aparıcı mütəxəssislər tərəfindən keçiriləcəkdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sərgidə “Karyera” sektorunda gənclərin qeyri-hökumət təşkilatları və cəmiyyətlərinin iştirakını təşkil edir. Burada mütəxəssislər iş axtaran gənclərə məsləhətlər verir və kömək göstərirlər. Sərgi “Iteca Caspian LLC” və onun tərəfdaşı “ITE Group plc” şirkətləri tərəfindən təşkil edilmişdir. AzərTAc
08/07/2015 16:52
Sentyabrın 20-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin müavini Abdul Moiz Buxari ilə görüşüb.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən nazir, həmçinin İSESKO ilə səmərəli əməkdaşlığın təşəkkül tapdığını nəzərə çatdırıb. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşlərini xatırlayan təhsil naziri islam ölkələrinin münasibətlərinin daha da möhkəmlənməsində İƏT-in müstəsna rol oynadığını bildirib. İslam ölkələrinin mövcud əməkdaşlığının real potensiala cavab vermədiyini qeyd edən Misir Mərdanov birgə beynəlxalq konfrans və simpoziumların təşkilinin mümkünlüyü məsələsinə toxunub. Nazir bildirib ki, ali təhsil müəssisələri, elm adamları arasında əməkdaşlığın genişləndirilməsi sayəsində İƏT-ə üzv ölkələrdə elmi-texniki tərəqqini, universitetlərin nüfuzunun yüksəlməsini, elmi-intellektual potensialın inkişafını təmin etmək olar. Bu baxımdan İƏT-ə üzv ölkələrin ali məktəblərinin reytinq sıralamasının aparılması işinin təşkili məsələsinə toxunan təhsil naziri yalnız sağlam rəqabət mühitində dünya səviyyəli ali məktəblər yaratmağın mümkün olduğunu vurğulayıb. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən İslam Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Abdul Moiz Buxari İƏT-ə üzv ölkələr arasındakı əlaqələrdə elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub. İƏT-in fəaliyyət istiqamətləri və nəzərdə tutulmuş strateji proqramları barədə məlumat verən qonaq islam ölkələrində elm, təhsil sahəsinə ayrılan vəsaitlərin həcmini əks etdirən göstəriciləri nəzərə çatdırıb. İƏT-ə üzv olan zəif inkişaf etmiş ölkələrdən tələbələrin təqaüdlər hesabına daha inkişaf etmiş islam ölkələrində təhsil alması üçün atılan addımlardan söhbət açan Abdul Moiz Buxari bu baxımdan da Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Qonaq İƏT-in nəzərdə tutduğu layihələrin uğurla nəticələnməsində Azərbaycanın özünəməxsus rolunu xüsusi qeyd edib və gələcək əlaqələrin inkişafına əmin olduğunu bildirib. Ölkəmizin İƏT çərçivəsində əməkdaşlıqda hər zaman fəal olduğunu önə çəkən Misir Mərdanov perspektiv layihələrin Azərbaycanda rəğbətlə qarşılanacağına inamını ifadə edib. Həmçinin nazir Azərbaycanın elm və təhsil sahəsində əlaqələrin inkişafına xüsusi önəm verdiyini nəzərə çatdıraraq digər ölkələrlə qarşılıqlı təcrübə mübadiləsinə maraq göstərdiyini vurğulayıb. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyi sistemindəki dövlət uşaq müəssisələrinin fəaliyyətinin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tələblərinə uyğun qurulması üçün həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
2012-ci ilin ötən dövrü ərzində “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində daim müəssisədə yaşayan 10 nəfər qız üçün Təhsil Nazirliyi tərəfindən ailə əsaslı kiçik qrup evi tikilərək istifadəyə verilib. Dövlət uşaq müəssisələrində qiymətləndirmə aparılıb və himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilərək müəyyənləşdirilib. Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərin keçirilməsi üçün Xəzər rayonunda Ailə Təlim və Məsləhət Mərkəzi istifadəyə verilib və Ailə Təlim Proqramının tətbiqinə başlanılıb. Dövlət Proqramının Tədbirlər Planı və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə kar uşaqlar üçün iki xüsusi internat məktəb birləşdirilib, onların bazasında sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb. Beləliklə, Təhsil Nazirliyinin tabeliyindəki dövlət uşaq müəssisələrinin sayı 38-ə enib. Cari ilin əvvəlindən bu günədək 48 uşaq bioloji ailələrinin himayəsinə, 8 nəfər isə övladlığa verilib. Uşaqların ailələrə verilməsi ilə bağlı müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair 10 adda sənəd hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün (lal-kar) internat məktəblərdə təlim-tərbiyə alan şagirdlərə keyfiyyətli təhsil imkanlarının yaradılması və təhsil hüquqlarının təmin edilməsi məqsədi ilə yeni nəsil dərsliklər, əyani təlim vəsaitləri, müəllimlər üçün metodiki vəsaitlər hazırlanıb, nəşr edilib və müəssisələrə paylanılıb. Dövlət uşaq müəssisələri ilə Təhsil Nazirliyi arasında elektron idarəetmə sisteminin yaradılmasının birinci mərhələsi başa çatdırılıb. Bununla bağlı xüsusi proqram təminatı hazırlanıb. Elektron idarəetmə sisteminin yaradılmasının ikinci mərhələsində isə müvafiq məlumatlar proqrama daxil ediləcəkdir.
08/07/2015 16:52
Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut ilə görüşüb.
Görüşdə Qafqaz Universitetində Orta Doğu Texniki Universitetinin dəstəyi ilə texnoparkın yaradılması məsələsi müzakirə olunub. Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Misir Mərdanov Qafqaz Universitetində texnoparkın yaradılması təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib, bu təcrübəni Azərbaycanda ali təhsilin inkişafına yeni bir töhfə kimi dəyərləndirib. Qafqaz Universitetinin rektoru Əhməd Saniç Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə aparılan əməkdaşlıq çərçivəsində ilkin olaraq Sumqayıt texnoparkından istifadə olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bununla yanaşı, rektor Orta Doğu Texniki Universiteti texnoparkının yaradılması təcrübəsindən istifadə etməklə Qafqaz Universitetində müvafiq strukturun fəaliyyətinin təşkili məsələsinin müzakirə olunduğunu söyləyib. Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut Türkiyədə ötən əsrin ikinci yarısından vüsət alan sənayeləşmənin texniki ali məktəblərin fəaliyyətinin istehsalata uyğun qurulması ilə nəticələndiyini bildirib. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqatların nəticələrinin istehsalat sahələrinə tətbiqinin əhəmiyyətindən bəhs edən qonaq, həmçinin peşəkar mütəxəssislərin yetişməsində bu təcrübənin əvəzsiz rol oynadığını vurğulayıb. Azərbaycan üçün yeni olan bu təşəbbüsün uğurlu nəticələr verəcəyinə inamını ifadə edən Misir Mərdanov bu təcrübədən gələcəkdə digər ali məktəblərin də bəhrələnəcəyinə ümidvar olduğunu bildirib. Nazir, həmçinin ali məktəblərin texnoparklarının olmasını əlavə maliyyə təminatı, elmi-tədqiqatların səmərəliliyinin artırılması və stimullaşdırılması baxımından yüksək qiymətləndirib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı