• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 17-də təhsil naziri Misir Mərdanov İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü Vladimir Kuskovski və "Xəzər" İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev ilə görüşüb.

Qonaqları salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədris aparılmasını təqdirəlayiq hal kimi dəyərləndirən nazir bu layihənin uğurla həyata keçiriləcəyinə inandığını bildirib.
Misir Mərdanov Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisin 12 illik olacağını və proqramı uğurla başa vuran şagirdlərə dünyanın bütün qabaqcıl ali məktəbləri tərəfindən tanınan sertifikatın veriləcəyini nəzərə çatdırıb. Artıq Bakıdakı 6 nömrəli məktəb-liseyin bir ibtidai sinifində bu proqramın tətbiq olunduğunu söyləyən nazir ilk addımın maraqla qarşılandığını vurğulayıb.
Daha sonra çıxış edən İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü Vladimir Kuskovski və "Xəzər" İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev Beynəlxalq Bakalavriat Proqramı haqqında ətraflı məlumat verib, layihənin icra mexanizmləri barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın orta məktəblərində tətbiq olunan kurikulumların Beynəlxalq Bakalavriat Proqramının tələblərinə uyğun olması layihənin reallaşdırılmasını daha da asanlaşdırır.
Sonda Beynəlxalq Bakalavriat Proqramının tətbiqi ilə bağlı mətbuat nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.


10 il əvvəl