• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 2011-2012-ci tədris ilində 421 nəfər azərbaycanlı gənc təhsil almaq hüququ qazanıb.

Bununla da Dövlət Proqramı üzrə təhsil alan tələbələrin sayı ümumilikdə 1204 nəfərə çatıb.
Hazırda Dövlət Proqramı çərçivəsində 23 ölkənin 200-ə yaxın universitetində 825 nəfər azərbaycanlı tələbə təhsil almaqdadır. Bu tələbələrin böyük əksəriyyəti tibb, mühəndislik, iqtisadiyyat və idarəetmə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə oxuyurlar. Dövlət Proqramı çərçivəsində təhsil alan 322 nəfər soydaşımız isə artıq təhsilini başa vurub.
Ümumilikdə isə Dövlət Proqramı və digər mənbələr hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslara yiyələnirlər.
Onu da qeyd edək ki, hazırda Azərbaycanın universitetlərində 5590 nəfər əcnəbi tələbə bakalavriatura, magistratura və doktorantura səviyyələrində təhsil almaqdadır.


10 il əvvəl