• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov Azərbaycanla Hindistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi perspektivlərindən söhbət açıb. Ölkələrimiz arasında mövcud olan dostluq ənənələrinə toxunan nazir elm və təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadə olunmasının zəruriliyin vurğulayıb. Azərbaycanda hələ sovetlər dövründən Hindistana böyük ictimai marağın olduğunu qeyd edən təhsil naziri birgə elmi konfrans və simpoziumların təşkilinin mümkünlüyü məsələsinə diqqət çəkib. Səfir Vinod Kumar səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib. Ölkəsinin ali təhsil ocaqları, elmi-tədqiqat müəssisələri haqqında ətraflı məlumat verən qonaq birgə elmi konfrans və simpoziumların keçirilməsi təklifini dəstəkləməyə hazır olduqlarını söyləyib. Hindistanın nüfuzlu ali təhsil müəssisələrinin məzunlarının hazırda dünyanın tanınmış şirkətlərində çalışdıqlarını nəzərə çatdıran səfir Azərbaycanla tələbə mübadiləsinin aparılmasında da maraqlı olduqlarını qeyd edib. Daha sonra görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, kadr hazırlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Oktyabrın 3-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsi çərçivəsində görülmüş işlərdən söhbət açıb. Nazir bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində İqtisadi İnkişaf Nazirliyi ilə birgə müvafiq müzakirələr aparılıb və hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu söyləyən təhsil naziri bunun üçün həyata keçiriləcək hazırlıq tədbirlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinin və müvafiq işçi qrupunun yaradılmasının zəruriliyinə toxunub. Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbula görə təşəkkürünü bildirib və təhsil sahəsindəki qarşılıqlı əlaqələrin əhəmiyyətindən bəhs edib. Peşə təhsili sisteminin yüksək səviyyədə inkişafının sosial-iqtisadi tərəqqi baxımından oynadığı rola toxunan qonaq ölkələrimiz arasındakı əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə peşə təhsili sahəsində ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanmasının zəruriliyini bildirib. O.Hauzer Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib, layihənin işçi qrupunun yaradılmasından sonra prosesin daha da sürətlənəcəyinə əmin olduğunu söyləyib. Daha sonra layihənin icrası ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin vaxtında fəaliyyətə başlaması üçün dərsliklərin, tədris proqramlarının hazırlanması, həmin təhsil ocağında çalışacaq müəllimlərin təkmilləşmə kurslarına cəlb olunması ilə bağlı təkliflər səsləndirilib.

Oktyabrın 8-də Təhsil Nazirliyində xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sisteminin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1997-ci ilin aprelindən “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub. Misir Mərdanov 2004-cü ildən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) istiqamətində Təhsil Nazirliyinin gördüyü işlərdən söz açıb, ayrı-ayrı illər üzrə statistik məlumatları nəzərə çatdırıb. 2004-cü ildən ötən dövrdə xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş 6982 müraciətdən 5637-nin müsbət həll edildiyini vurğulayan nazir yeni hazırlanan sistemin nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından üstün cəhətlərinə toxunub. Təhsil naziri “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası çərçivəsində hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sisteminin vətəndaşlar üçün geniş müraciət imkanları açdığını, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət etdiyini bildirib. Sonra xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi təqdim olunub, sistemin imkanları barədə ətraflı məlumat verilib. Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sisteminin işinin səmərəli təşkili üçün müvafiq təklif və tövsiyələr səsləndirilib, müraciətlərə baxılması üzrə elektron xidmətin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacağına əminlik ifadə olunub.

Oktyabrın 8-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edən Misir Mərdanov təhsil sahəsində Azərbaycanla Koreya arasında son illər genişlənməkdə olan əlaqələrdən söz açıb. Təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir iki ölkə arasında tələbə mübadiləsinin ilbəil artdığını, hazırda 70 nəfərdən artıq azərbaycanlı gəncin Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb. Misir Mərdanov təhsil sahəsində qabaqcıl ənənələri olan Koreya ilə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən bir sıra layihələrdə Koreya ilə əməkdaşlığın mövcudluğuna diqqət çəkən nazir ölkəmizin 5 ali məktəbində koreyaşünaslıq üzrə tədris aparıldığını bildirib. Çoi Suk-İn səmimi qəbula görə minnətdarlığını ifadə edib. Ölkəsinin Azərbaycanla elm və təhsil sahəsində sıx əlaqələr qurmağa xüsusi önəm verdiyini açıqlayan səfir tələbə mübadiləsinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan danışıb. Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin genişləndiyini, bir sıra birgə layihələrin həyata keçirildiyini söyləyən qonaq ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin sentyabr ayında 1441 müraciət daxil olub. Müraciətlərdən 1308-i telefonla, 133-ü isə elektron poçtla qəbul edilib.

Müraciətlərin əksəriyyəti yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterlidir. Sorğuların əksər hissəsi ümumi təhsil məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri ilə bağlıdır. Sorğular müəllimlərin dərs bölgüsü, şagirdlərin dərsliklərlə təminatı, məktəbli forması, ümumi təhsil məktəblərinə şagird qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, ümumi təhsil məktəb müəllimlərinin əmək haqqının, məzuniyyət pulunun he­sab­lan­ması və digər məsələlərlə əlaqədardır. Digər sorğular tələbələrin ali və orta ixtisas məktəblərinə köçürülməsi, bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması barədədir. Ötən ay daxil olmuş 69 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, onların əksəriyyəti yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 7 (Sumqayıtdan 3, Gəncədən 2, Mingəçevir və Şirvan şəhərlərinin hər birindən 1), Astara və Ağstafa rayonlarının hər birindən 3, Gədəbəy, Sabirabad, Samux, Qəbələ rayonlarının hər birindən 2, Abşeron, Lənkəran, Masallı, Şəki, Şəmkir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Kürdəmir, Balakən, Goranboy, Neftçala, Beyləqan, Laçın, Oğuz rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub. Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqından qanunsuz tutulmalar ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətin anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Ali təhsil müəssisələri ilə bağlı daxil olan 5 şikayət xarakterli müraciətin 3-ü dövlət, 2-si isə özəl tədris ocaqlarının fəaliyyəti barədədir. Bu müraciətlər dövlət və özəl ali təhsil müəssisələrində dövlət sifarişi üzrə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, yay semestri təşkil olunmuş ali təhsil müssisələrində imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinə baxılması qaydalarının pozulması ilə əlaqədar olub. Daxil olan bütün müraciətlər qeydə alınıb, araşdırılıb, “Qaynar xətt” xidmətinin əməkdaşları və Nazirliyin müvafiq struktur bölmələri tərəfindən cavab­lan­dı­rılıb.

Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri və Bakının 95 nömrəli orta məktəbinin şagirdləri Tətbiqi iqtasadiyyat və biznes üzrə 14-cü beynəlxalq olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Final görüşü avqustun 16-dan 20-dək Braziliyanın San-Paolo şəhərində keçiriləcək. Hər il təşkil olunan Tətbiqi iqtasadiyyat və biznes üzrə (HPGBC) olimpiada Ümumdünya Gənclərinin Nailiyyəti Təşkilatı tərəfindən keçirilir. Azərbaycanda isə HPGBC yarışının təşkilini öz üzərinə götürən Azərbaycan Gənclərinin Nailiyyəti Təşkilatı 10 ildir ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Gənclərin Nailiyyəti proqramının iştirakçısı olan Azərbaycan məktəbliləri HPGBC yarışında 2005-ci ildən bir sıra uğurlara imza atıblar. Dünya üzrə keçirilən bu yarışda Azərbaycan məktəbliləri 2005-ci ildə 8-ci, 2006-cı ildə 3-cü, 2007-ci ildə 1-ci və 2008-ci ildə 6-cı yeri tutublar. Dünyanın müxtəlif ölkələrini təmsil edən 300 komandanın qoşulduğu builki yarışda da Azərbaycanlı tələbə və şagirdlərin uğur qazanacağına, öz bilik və bacarıqlarını layiqincə nümayiş etdirə biləcəklərinə əminik.

Oktyabrın 12-də Təhsil Nazirliyində “Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Azərbaycanın ümumtəhsil məktəblərində artıq 5-ci ildir ki, tədrisin yeni fənn kurikulumları üzrə aparıldığını qeyd edən nazir bu sahədə əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən söz açıb. Təhsil naziri yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin önəmli rolunu nəzərə çatdıraraq bununla bağlı lazımi işlərin aparılmasının əhəmiyyətini vurğulayıb. Misir Mərdanov ölkəmizin hər bir rayonunda bu işin yüksək səviyyədə təşkilinin vacibliyi məsələsinə toxunub və müvafiq qurumların əməkdaşlarının həyata keçirilən tədbirlərə cəlb olunmasının önəminə diqqət çəkib. Nazir, həmçinin məktəbdaxili qiymətləndirmə üzrə müəllimlər üçün təlimlər keçirildiyini, yerlərdə monitorinqlər aparıldığını və görülən digər işləri nəzərə çatdırıb. Daha sonra məktəbdaxili qiymətləndirmənin tərkib hissələri barədə danışan nazir əlavə edib ki, kurikulum islahatının uğurla davam etdirilməsi bu qiymətləndirmənin müvafiq qaydalara uyğun olaraq aparılması ilə sıx bağlıdır. Respublikanın bütün bölgələrində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan təhsil naziri yeni məktəbdaxili qiymətləndirməni həyata keçirmək üçün işçi qrupunun yaradılmasının zəruriliyini bildirib. Misir Mərdanov işçi qrupunun bu sahə üzrə dünya təcrübəsini, eləcə də ölkəmizdə görülən işləri nəzərə alaraq müvafiq tövsiyələr hazırlamasının vacibliyini qeyd edib və bununla bağlı bir sıra tapşırıqlar verib. Sonra Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva “Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr” mövzusunda təqdimatla çıxış edib. Şöbə müdiri 2003-cü ildə beynəlxalq təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin yeni nəzəriyyəsi və icra mexanizminin hazırlanması, 2008-2009-cu dərs ilində ibtidai təhsil səviyyəsində yeni qiymətləndirmə sisteminin tətbiqinə başlanılması barədə məlumat verib. Yeni qiymətləndirmə sisteminin hüquqi əsaslarından söz açan Təranə Hacıyeva “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın hazırlandığını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edildiyini bildirib. Konsepsiyada məktəbdaxili qiymətləndirmənin prinsipləri, əsas xüsusiyyətləri və mexanizminin təsbit olunduğunu nəzərə çatdıran şöbə müdiri qiymətləndirmənin tərkib hissələri (diaqnostik, formativ və summativ qiymətləndirmələr), ənənəvi və yeni qiymətləndirmənin səciyyəvi cəhətləri, müxtəlif tədris illərində aparılmış monitorinqin nəticələri və digər məsələlər barədə geniş məlumat verib. Təranə Hacıyeva formativ qiymətləndirmə üzrə mövcud olan problemlərin aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlərdən, görüləcək işlərdən söz açıb və müvafiq təkliflərini nəzərə çatdırıb. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov bu müşavirənin mühüm əhəmiyyətini qeyd edərək yeni məktəbdaxili qiymətləndirmə sistemi haqqında təlimatın hazırlanmasının önəmli olduğunu vurğulayıb və bununla bağlı müəllimlərin üzərinə düşən vəzifələrə toxunublar. Sonda müzakirə olunan məsələ ilə əlaqədar rəy və təkliflər dinlənilib.

Oktyabrın 13-də Təhsil Nazirliyində ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində medal və fəxri ada layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir qrup təhsil işçisinin peşə bayramları ərəfəsində «Tərəqqi» medalı və «Əməkdar müəllim» fəxri adı ilə təltif edildiyini bildirib. Ulu öndər Heydər Əliyevin müəllim əməyini yüksək dəyərləndirdiyini, təhsil işçilərinə xüsusi hörmət və ehtiramla yanaşdığını söyləyən nazir dahi şəxsiyyətin müəllim haqqında söylədiyi qiymətli fikirləri mərasim iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov təhsil sahəsində əldə olunan uğurlara toxunaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, müəllimlərə göstərilən diqqət və qayğıdan söz açıb. Son illərdə fəxri ad və medallara layiq görülənlərlə bağlı statistik rəqəmləri nəzərə çatdıran təhsil naziri bütün bunlara görə təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirib. Nazir qeyd edib ki, ölkə başçısının sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 58 nəfər təhsil işçisi «Tərəqqi» medalı ilə təltif olunub, 65 nəfərə «Əməkdar müəllim» fəxri adı verilib. Çıxışının sonunda təltif olunan bütün təhsil işçilərini təbrik edən təhsil naziri onlara işlərində yeni-yeni uğurlar arzulayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin ilbəil artdığını söyləyərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin inkişafına, təhsil işçilərinə göstərilən qayğıdan söz açıb. Sonra təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib. Mərasimdə «Əməkdar müəllim» fəxri adına layiq görülmüş Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif Xalıqov çıxış edərək təltif olunan təhsil işçiləri adından onların əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Oktyabrın 13-də Təhsil Nazirliyində «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin yekun iclası keçirilib.

İclası təhsil naziri, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin sədri Misir Mərdanov açaraq son 5 ildə hər iki müsabiqənin uğurla keçirildiyini diqqətə çatdırıb. Nazir bu il də «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələri qaliblərinin seçilməsi prosesini obyektivlik və şəffaflıq şəraitində apardıqlarına görə Təşkilat Komitəsinin üzvlərinə təşəkkürünü bildirib. Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən keçirilən müsabiqələrin mərhələləri haqqında məlumat verib. Nazir  müsabiqə qaliblərinin topladıqları balların yekununa görə müəyyən olunduğunu qeyd edib, habelə hər iki müsabiqənin ölkə təhsilinin inkişafı prosesinin stimullaşdırılması baxımından əhəmiyyətinə toxunub. «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin yekunlarından bəhs edən təhsil naziri müsabiqədə iştirak üçün respublikanın əksər böləgələrini təmsil edən 151 məktəbin müraciət etdiyini söyləyib. Misir Mərdanov əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə iştirakçıları arasında Bakı məktəblərinin üstünlük təşkil etdiyini vurğulayıb və sənədlərin ekspertizasından sonra 111 məktəbin müsabiqənin II mərhələsinə buraxıldığını nəzərə çatdırıb. Müsabiqənin hər üç mərhələsinin yekununa görə 47 məktəbin qalib gəldiyini (3 məktəb Naxçıvan MR üzrə seçilir) söyləyən təhsil naziri ilk 10 yeri tutan məktəblərin adlarını sadalayıb. Nazir builki müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərindən, Lənkəran, Ağdam, Balakən, Qobustan, Qubadlı, Daşkəsən, Zəngilan, Yardımlı, Kəlbəcər, Goranboy, Laçın, Lerik, Tərtər, Saatlı, Xocalı, Xocavənd, Şuşa rayonundan məktəblərin qatılmamasından təəssüfləndiyini bildirib. Daha sonra Misir Mərdanov «Ən yaxşı müəllim» müsabiqəsi üzrə bir sıra məlumatları diqqətə çatdırıb, müsabiqədə iştirak etmək üçün 464 nəfər müəllimin sənəd təqdim etdiyini bildirib. Ekspertizanın nəticələrinə görə, daha çox bal topalayan 231 nəfərin növbəti mərhələdə iştirak etmək hüququ qazandığı haqda məlumat verən nazir müsabiqə iştirakçılarının fənlər üzə tərkibini də açıqlayıb. Təhsil naziri qeyd edib ki, müsabiqənin hər üç mərhələsinin balları əsasında müəllimlərin yekun balı müəyyən edilib və ən yüksək nəticə göstərən 95 nəfər müəllim (5 nəfər müəllim Naxçıvan MR üzrə seçilir)  qalib gəlib. Sonda «Ən yaxşı ümumtəhsil məktəbi», eləcə də «Ən yaxşı müəllim» müsabiqələrinin qalibləri təltif olunub, məktəb rəhbərlərinə, müəllimlərə sertifikat və vəsiqələr təqdim edilib.

Oktyabrın 16-da Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını bildirib. Abşeron-Ceyranbatan Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Şahrza Ağayev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. Ş.Ağayev Abşeron-Ceyranbatan Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər bu kimi məsələlərdən söz açıb. 15 nömrəli Bakı Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Şahin Bəylərov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. Ş.Bəylərov 15 nömrəli Bakı Peşə Liseyinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib. Daha sonra 1 nömrəli Bakı Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Tərminə Yusufova çıxış edib. T.Yusufova təqdimat-məruzəsində liseyin fəaliyyəti, maddi-texniki bazası, tədrisdə müasir texnologiyaların imkanlarından istifadə vəziyyəti, ümumilikdə akkreditasiyanın nəticələri barədə məlumat verib. Yevlax Peşə Məktəbində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Qəhrəman Hacıyev akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışıb. Sonra qeyd olunan peşə təhsili müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.  Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. İclasda Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı