• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 14-də təhsil naziri Misir Mərdanov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib və qarşılıqlı münasibətlərdə təhsillə bağlı layihələrin mühüm yer tutduğunu bildirib. Nazir Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Tempus, Erasmus-Mundus, TAİEX proqramları və Tvininq layihəsi üzrə təhsil sahəsində görülmüş işlər barədə məlumat verib. Ölkəmizin Avropa təhsil məkanına–Bolonya prosesinə qoşulduğunu vurğulayan Misir Mərdanov Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası baxımından mühüm addımlar atıldığını söyləyib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Qonaq Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyasını qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi baxımından yüksək dəyərləndirib. Ölkələr arasındakı əməkdaşlığın genişlənməsində təhsil sahəsinin müstəsna rolunu önə çəkən F.Lefort həll olunmamış münaqişələrdən əziyyət çəkən Cənubi Qafqazda sülh və sabitliyin təşəkkül tapması üçün təhsil əlaqələrinə önəm verməyin mümkünlüyü məsələsinə toxunub.
Daha sonra görüşdə Azərbaycanla Avropa İttifaqının birgə reallaşdırdığı təhsil layihələrinin uğurları və qarşıda duran vəzifələr müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl