SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
2011-2012-ci tədris ilində 10 ali, 16 orta ixtisas, 8 ilk peşə-ixtisas təhsili müəssisəsi akkreditasiyadan keçirilib.
Həmçinin, 26 özəl məktəbəqədər, 5 özəl ümumi təhsil, 1 dövlət (Bakı Ali Neft Məktəbi) və 1 özəl (Azərbaycan Kooperasiya Universiteti) ali təhsil müəssisəsinə lisenziya verilib.
08/07/2015 16:52
Sentyabrın 8-də İsmayıllı rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə rayon təhsil işçilərinin 2012-2013-cü tədris ilinə həsr olunmuş sentyabr konfransı keçirilib.
Konfransda təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və digər şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rasim Orucov konfrans iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. Rayon təhsili haqqında statistik məlumatları nəzərə çatdıran R.Orucov son illər rayonda tikilən yeni məktəblər, 2011-2012-ci dərs ilində əldə olunanan uğurlar, kadrlara olan ehtiyac, şagirdlərin fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə iştirakı, qəbul imtahanlarındakı göstəricilər və sair məsələlər barədə ətraflı məlumat verib. Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxış edərək respublikamızda həyata keçirilən təhsil islahatlarından, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açıb. N.Ələkbərov son illər rayonda aparılan quruculuq işlərindən danışıb, respublikamızın digər bölgələrində olduğu kimi İsmayıllıda da infrastrukturun yenilənməsinin, yeni yolların çəkilməsinin və müasir tələblərə cavab verən sosial obyektlərin inşa olunmasının əhəmiyyətini qeyd edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. Misir Mərdanov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarından söz açıb, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər imzalanmış Dövlət Proqramlarının əhəmiyyətinə toxunub. Dövlət tərəfindən təhsilə ayrılan maliyyə vəsaitlərinin ilbəil artırılmasını yüksək dəyərləndirən nazir Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətlə inteqrasiya olunduğunu bildirib. Misir Mərdanov respublika üzrə təhsil sahəsindəki bir sıra statistik məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırıb. Son illər İsmayıllı təhsilində əldə olunanan uğurları yüksək qiymətləndirən nazir rayonun təhsil sahəsindəki nəticələrinin digər rayonlarla müqayisədə daha yaxşı olduğunu qeyd edib. “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrində rayon pedaqoji ictimaiyyətinin fəal iştirakını təqdirəlayiq hal kimi səciyyələndirən Misir Mərdanov qazanılan uğurların davam etdiriləcəyinə əmin olduğunu bildirib. Təhsil naziri əldə olunan nailiyyətlərlə yanaşı, mövcud olan problemlərə də toxunub, qarşıda duran vəzifələrlə bağlı bir sıra tapşırıq və tövsiyələrini verib. Daha sonra tədbirdə digər şəxslərin çıxışları dinlənilib.
08/07/2015 16:52
Azərbaycanda 107 ilk peşə-ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir.
Həmin müəssisələrdə 28587 şagird təhsil alır, 4062 nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1453 istehsalat təlimi ustası fəaliyyət göstərir. “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” və “Bakı şəhər kənd və qəsəbələrinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 12 ilk peşə-ixtisas təhsili müəssisəsi əsaslı təmir edilib, 2 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib. Son 3 ildə 30 nəfər mühəndis-pedaqoji işçi Türkiyədə təcrübə keçib. Avropa Komissiyası ilə birlikdə, Almaniya hökumətinin əsas tərəfdaş ölkə kimi seçildiyi “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə başlanılıb. Qeyd edək ki, 2 illik layihənin büdcəsi 1,2 milyon avro təşkil edir.
08/07/2015 16:52
Sentyabrın 10-da «Hyatt Regency» otelinin «Quba» zalında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirilib.
Öncə konfrans nümayəndələri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Konfransda Bakı şəhərinin rayon icra hakimiyyətlərinin nümayəndələri, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tanınmış alimlər, paytaxtın ümumi təhsil məktəblərinin, məktəbdənkənar müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva «2011-2012-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda məruzə-təqdimatla çıxış edib. Qarşıdan gələn yeni dərs ili münasibətilə konfrans iştirakçılarını təbrik edən BŞTİ-nin müdiri rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə konfrans iştirakçılarına geniş məlumat verib. N.Rzaquliyeva qeyd edib ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi fəaliyyət göstərir. O, həmin məktəblərdə 311695 şagirdin təlim-tərbiyəsi ilə 29870 müəllimin məşğul olduğunu nəzərə çatdırıb. N.Rzaquliyeva bildirib ki, yeni tədris ilində Bakı şəhərində 5 məktəb binası tikilib, 32 məktəb üçün əlavə korpus inşa olunub, 68 məktəbdə əsaslı təmir işləri aparılıb, 3 məktəbin istilik sistemi təmir edilib, 2 məktəbə qaz xətti çəkilib. Təhsil müəssisələrinə 221 adda 477830 ədəd dərslik, 32 adda 2893 ədəd dərs vəsaiti verildiyini önə çəkən BŞTİ-nin müdiri qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq keçirilən «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrində paytaxtdan 20 məktəb «Ən yaxşı ümumtəhsil məktəbi», 51 müəllim «Ən yaxşı müəllim» adına layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, həmçinin şagirdlərin fənn olimpiadalarının respublika turunda əldə etdikləri nailiyyətlərdən, beynəlxalq səviyyəli idman yarışlarında qazandıqları uğurlardan, ali məktəblərə qəbul göstəricilərindən söz açıb. Sonra «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi, Bakıdakı 141 nömrəli tam orta məktəbin direktoru Fərəh Hüseynova, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq–Gənclər Şahmat–Dama İdman Məktəbinin məşqçi–müəllimi Fərid Abbasov, 20 nömrəli məktəb-liseyin Valideyn Müəllim Assosiasiyasının prezidenti Gülnarə Aslanova, «Ən yaxşı müəllim» müsabiqəsinin qalibi, 144 nömrəli tam orta məktəbin müəllimi Aksana Səfərova, qəbul imtahanlarında 700 bal toplamış Xeyransa Məmmədova, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək BŞTİ-nin təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, ümumilikdə ölkə təhsilində qazanılan uğurlardan söz açıblar. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov təhsil işçilərini qarşıdan gələn «Bilik günü» münasibətilə təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Nazir ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, eyni zamanda təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışaraq respublikada əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü bildirib. Təhsilə ayrılan büdcə vəsaitlərinin ilbəil artdığını söyləyən Misir Mərdanov bununla bağlı statistik rəqəmləri diqqətə çatdırıb. Təhsil naziri ölkəmizdə məktəb infrastrukturunun möhkəmləndirilməsi, maddi–texniki təchizatın gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, respublika üzrə ümumilikdə 50000 şagird yerlik 167 yeni orta məktəb tikilib və 2012-2013-cü dərs ilindən şagirdlərin istifadəsinə veriləcək. 103 məktəbin əsaslı təmir edildiyini vurğulayan Misir Mərdanov, həmçinin 21 məktəb üçün əlavə korpusların inşa edildiyini bildirib. Çıxışında bir sıra digər həlli vacib məsələlərə toxunan Misir Mərdanov bununla bağlı fikirlərini bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib. Konfransın sonunda ölkəmizdə təhsil sahəsində görülən işlərdən, qazanılan uğurlardan bəhs edən film nümayiş olunub.
08/07/2015 16:52
Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika birincilik və çempionatlarında 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar.
İdman məktəblərinin yetirmələri milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal əldə ediblər. Onu da qeyd edək ki, ölkə üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar təhsil müəssisəsində maraq və qabiliyyətlərinə uyğun olaraq 226537 şagird müxtəlif dərnəklərə cəlb olunub. 2012-ci ilin yanvarından hər şəhər və rayonda bir ümumi təhsil məktəbində şahmat fənninin tədrisinə başlanılıb. 2012-2013-cü dərs ilində 379 məktəbin II sinfində, 75 məktəbin III sinfində şahmat fənni tədris ediləcək. Bununla əlaqədar müvafiq proqram, dərs vəsaiti, o cümlədən elektron tədris resursları hazırlanıb məktəblərə çatdırılıb.
08/07/2015 16:52
Sentyabrın 11-də Bakı Slavyan Universitetində Şuşa rayon təhsil işçilərinin konfransı keçirilib.
Konfransda Təhsil Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. Öncə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Konfransı giriş sözü ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq iştirakçıları salamlayıb, təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik edib. Şuşa rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev rayon məktəblərinin fəaliyyətindən danışıb və ali məktəblərə qəbul imtahanlarında ayrı-ayrı məktəblər üzrə abituriyentlərin göstərdiyi nəticələri diqqətə çatdırıb. T.Əliyev qeyd edib ki, ötən dərs ilində rayon üzrə orta məktəbi bitirən məzunların 45 faizi ali məktəblərə qəbul olunub. Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Şuşa rayon təhsil müəssisələri ilə əlaqələrindən söz açıb və BSU-da oxuyan tələbələrin gələcəkdə bu məktəblərdə pedaqoji təcrübə keçmələrinin nəzərdə tutulduğunu qeyd edib. Baş nazirin müavini, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın rayonlarına, o cümlədən Şuşa rayon təhsil işçilərinə göstərilən dövlət qayğısından danışıb. Təhsil naziri Misir Mərdanov Şuşa rayon təhsil işçilərini qarşıdan gələn «Bilik günü» münasibəti ilə təbrik edib və yeni dərs ilində onlara daha böyük uğurlar arzulayıb. Misir Mərdanov Şuşa rayon məktəblərində təhsil islahatlarının həyata keçirilməsi baxımından mühüm işlər görüldüyünü, tədris prosesində müasir təlim metodlarının tətbiq edildiyini nəzərə çatdırıb. Təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasını ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının təzahürü kimi səciyyələndirən nazir ölkəmizin sürətli inkişafı sayəsində daha böyük uğurların qazanılacağına inamını ifadə edib. Sonra Şuşa rayon təhsil müəssisələrində çalışan bir qrup müəllimə Təhsil Nazirliyinin Fəxri fərmanı və «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı təqdim olunub, yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunlara Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar verilib.
08/07/2015 16:52
2012-ci ilin ötən dövründə Təhsil Nazirliyinə diplomların tanınması və nostrifikasiyası ilə əlaqədar 1854 müraciət daxil olub.
Həmin müraciətlərdən 1403-ü müsbət həll edilib. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı 225 müraciət üzrə qeyri-qanuni fakt aşkarlanıb və həmin sənədlərin tanınmaması barədə qərar qəbul olunub. 226 müraciət isə baxılma mərhələsindədir.
08/07/2015 16:52
Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə boş qalan və imtina olunan yerlərə sentyabrın 7-də aparılmış əlavə yerləşdirmənin və sentyabr 10-da keçirilmiş müsahibənin nəticələri məlum olub.
Boş qalan və imtina olunan yerlərə əlavə yerləşdirmənin və müsahibənin nəticələrinə görə, müxtəlif fənlər üzrə daha 167 nəfər müəllim işə qəbul edilib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin iyul ayında 2385, avqust ayında isə 1196 müraciət daxil olub.
İyul və avqust aylarında sorğu xarakterli müraciətlər çoxluq təşkil edir. Sorğuların əksəriyyətində ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, vaxtından əvvəl I sinifə şagird qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi ilə əlaqədar məsələlər öz əksini tapıb. Digər sorğularda xaricdə təhsil, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, orta məktəb müəllimlərinin əmək haqqının, məzuniyyət pulunun hesablanması ilə əlaqədar olub. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən qeydiyyata alınaraq müvafiq qaydada cavablandırılıb. İyul ayında daxil olan müraciətlərin 2278-i telefonla, 107-si elektron poçt vasitəsilə qəbul edilib. Belə ki, ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu üzrə 1579, vaxtından əvvəl I sinifə qəbul üzrə 231, xaricdə təhsil üzrə 218, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması üzrə 57, müəllimlərin əmək haqqının hesablanması ilə bağlı 43, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar 17 sorğu cavablandırılıb. Müxtəlif mövzular üzrə sorğu xarakterli digər müraciətlərə də müvafiq cavablar verilib. Bir sıra müraciətlərdə ümumi təhsil, ali və orta ixtisas təhsil müəssisələrindəki problemlərdən bəhs olunub. Bu qəbildən olan 17 müraciət əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. İyul ayında “Qaynar xətt” xidmətinə daxil olan şikayət xarakterli müraciətlərin 2-si Bakı, hər birindən 1 müraciət olmaqla Gəncə və Sumqayıt şəhərləri, hər birindən 1 müraciət olmaqla Abşeron, Hacıqabul, Kəlbəcər, Şamaxı, Şəki, Quba, Göyçay, İmişli, Bərdə, Neftçala və Masallı rayon ümumi təhsil məktəbləri ilə əlaqədar olmuşdur. Müraciətlərdə ümumi təhsil məktəb məzunlarının buraxılış imtahanlarının nəticələrinə görə şəhadətnamə və attestatların verilməsi, təhsil sənədlərinin verilməsi, müəllimlərin işə qəbulu, müəllimlərin əmək haqqının, məzuniyyət pulunun verilməsi və digər məsələlər öz əksini tapıb. Ali və orta ixtisas təhsili müəssisələrindəki nöqsanlara dair daxil olan müraciətlərdə imtahan nəticələrindən narazılıq, diplomların məzunlara verilməsinin gecikdirilməsi, tələbələrin təqaüdlərinin gecikdirilməsi və digər məsələlər əks olunub. Avqust ayında daxil olan müraciətlərin 1122-si telefonla, 74-ü elektron poçt vasitəsilə qəbul edilib. Həmin müraciətlərin əksər hissəsi sorğu xarakterli olub. Belə ki, müraciətlərin 163-ü ümumi təhsil məktəblərinin fəaliyyəti (bir məktəbdən digərinə yerdəyişmə, məktəbli forması, ümumi təhsil məktəblərində dərs ilinin başlanmasına dair və s.), 668-i müəllimlərin işə qəbulu, 177-si I sinifə vaxtından əvvəl şagird qəbulu, 59-u xaricdə təhsil, 43-ü ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, 24-ü subbakalavr, bakalavr və magistr təhsili və 45-i isə müxtəlif digər məsələlərlə əlaqədardır. Ötən ay baxılmış 17 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, ümumi təhsil məktəbləri ilə əlaqədar Bakıdan 5, Sumqayıtdan 3, Abşeron rayonundan 2, Saatlı rayonundan 1 şikayət məzmunlu müraciət daxil olub. Ali və orta ixtisas təhsili müəssisələrindən 6 müraciət qəbul edilib. Onlardan 3-ü dövlət, 2-si özəl, 1-i isə orta ixtisas təhsili müəssisəsi ilə əlaqədardır. Daxil olan bütün müraciətlər müvafiq struktur bölmələr tərəfindən araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb. Bu aylar ərzində qəbul edilmiş şikayət xarakterli müraciətlərin əksəriyyətinin araşdırılması zamanı onların anonim olduğu müəyyən edilib.
08/07/2015 16:52
Kurikulum İslahatı alt-kompanenti üzrə yeni icra planına uyğun olaraq 2009-2010-cu dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilib.
Cari ilin aprelindən etibarən kurikulumun tətbiqi üzrə 30 saatlıq proqram üzrə müəllim hazırlığına başlanılıb, rayon təhsil şöbələrinin müdirləri və məktəb rəhbərləri üçün xüsusi proqram üzrə ayrıca treninqlərin təşkili nəzərdə tutulub. Bundan əlavə, müasir kurikulumlar üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və treninq-məşğələlərin aparılmasının təmin edilməsi məqsədilə Kurikulum Mərkəzi, Azərbaycan Müəllimlər İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir qrup əməkdaşından ibarət təlimçi-məşqçilər hazırlanıb. Standartların reallaşdırılması istiqamətində yaradıcı müəllimlərin peşəkarlığını stimullaşdırmaq məqsədilə “Standartlardan real təlim nəticələrinə doğru” layihə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Əhalinin kurikulumların tətbiqi sahəsində maarifləndirilməsinə kömək etmək üçün 2009-2010-cu dərs ilini əhatə edən “Kurikulum” adlı təqvim hazırlanıb. İnternet şəbəkəsində yaradılmış www.kurikulum.az saytı əhalinin bütün təbəqələrinin maarifləndirilməsinə xidmət etməklə yanaşı, həm də istifadəçilər üçün resurs rolunu oynayır. Bundan əlavə, kurikulumların tətbiqi məsələləri ilə əlaqədar metodik vəsaitlərin çap edilərək hər bir ibtidai sinif müəlliminə çatdırılması təmin olunub. Geniş ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması, kurikulum islahatlarının səmərəliliyinin daha da artırılması məqsədilə 2008-ci iln yanvarından nəşrinə başlanmış “Kurikulum” jurnalı öz fəaliyyətini uğurla davam etdirir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı