SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Abşeron rayonunun Xırdalan şəhərində 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı Arif Alışanov iştirak etmişlər.
Mərasim məktəblilərin ifasında Azərbaycanın Dövlət himninin oxunması ilə açılmışdır. Bayram tədbirində çıxış edənlər respublikanın sürətlə inkişafından, yeni məktəb binalarının tikintisindən, təhsildə qazanılan uğurlardan danışmışlar.
Nəhayət, mühüm an gəlib çatmış, qırmızı lent kəsilmişdir. Məktəb zəngi çalınmış və şagirdlər, o cümlədən birinci sinifdə oxuyan uşaqlar yeni məktəb binasına astanasına qədəm qoymuşlar. Qonaqlar siniflər, fənn laboratoriyaları, idman və iclas zalları, tibb məntəqəsi və digər otaqlarla tanış olmuşlar.
Dördmərtəbəli məktəb binası sökülmüş köhnə məktəb binasının yerində ucaldılmışdır. Doqquzillik məktəb ilk şagirdlərini 1997-ci ildə qəbul etmişdir. 2002-ci ildə tam orta məktəbə çevrilmişdir. Lakin şagirdlərin çoxluğu dərs prosesinə əlavə problemlər yaradırdı. Hazırda məktəbdə 967 şagird təhsil alır, 93 müəllim çalışır.
AzərTAc
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl