SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 7-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq və Norveç nümayəndə heyəti ilə görüşüb.
Mayın 7-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq və Norveç nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq son illər Azərbaycanla Norveç arasında mövcud olan əlaqələrin, xüsusilə, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini qeyd edib. Nazir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq öncə səmimi qəbul üçün Misir Mərdanova təşəkkürünü bildirib. Ölkələrimiz arasındakı təhsil əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan səfir universitetlərin birgə əməkdaşlığı məsələsinə də toxunub. Səfir Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında həyata keçirilən layihənin əhəmiyyətindən söz açıb və bu layihəyə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Sonra səfir Norveç universitetlərində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı tələbələrin təhsili, Beynəlxalq İqtisadiyyat Məktəbi (İSET) proqramının Azərbaycanda reallaşdırılması, Norveç Humanitar Elmlər Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasındakı əlaqələrin inkişafı, eləcə də digər yeni layihələrin həyata keçirilməsi məsələlərindən söz açıb.
Təhsil naziri Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında reallaşdırılan layihəyə xüsusi önəm verdiyini vurğulayıb və müzakirə olunan digər məsələlərə öz münasibətini bildirərək lazımi dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Sonra Norveç Xarici İşlər Nazirliyi baş direktorunun müavini Bard Svendsen, Oslo Universitetinin professoru Vibeke Roggen həyata keçirilən layihələr və nəzərdə tutulan məsələlərlə bağlı fikirlərini bildiriblər.
Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov da iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl