SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb.
Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində yenidən görməyinə məmnun olduğunu bildirib. Nazir Fransa ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açıb, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra məsələlərə toxunub, ölkəmizin orta məktəblərində fransız dilinin tədrisi vəziyyəti barədə danışıb. Misir Mərdanov mövcud olan əməkdaşlıq çərçivəsində digər əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində lazımi dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Səfir ölkələrarası əlaqələrin son illər daha da inkişaf etdirilməsindən və bu əlaqələrdə təhsil sahəsinin xüsusi yeri olduğundan söz açıb. Azərbaycan – Fransız məktəbinin yaradılması ilə bağlı bir sıra məsələlərə diqqət çəkən qonaq belə bir məktəbin Gürcüstanda da açıldığını və “Qafqazın fransız məktəbi” adı altında fəaliyyət göstərdiyini vurğulayıb. Qabriel Keller, həmçinin, bu məktəbin Qafqazda yeganə olmaması arzusunu dilə gətirib və bununla əlaqədar nəzərdə tutulan məsələləri qeyd edib.
Nazir qonağın bu fikri ilə razılaşaraq onu dəstəklədiyini, hazırda ölkəmizdə belə bir məktəbə ehtiyac duyulduğunu bildirib. Misir Mərdanov bununla bağlı müvafiq sənədin imzalanması məsələsinə toxunub, təhsil sahəsində qarşılıqlı əlaqələrimizin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Görüşdə, həmçinin, Fransa universitetlərində təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdıqları bir sıra problemlərin aradan qaldırılması məqsədilə təkliflər səsləndirilib və bununla bağlı birgə işçi qrupunun yaradılması qərara alınıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl