SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 7-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının «Uşaq dünyası» rəsm qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri Fəttah Heydərov, Qənirə Paşayeva, Fuad Muradov iştirak ediblər.
Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb. Keçirilmiş müsabiqə barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan rəsm müsabiqəsi 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) keçirilib.
Elmar Qasımov ümumtəhsil məktəblərinin on minlərlə şagirdinin qatıldığı müsabiqənin respublika mərhələsinə təqdim olunmuş 300-ə yaxın rəsmdən 18-nin qalib hesab edildiyini, yaradıcılıq işlərində gənc rəssamların ulu öndərə sonsuz məhəbbətlərinin duyulduğunu nəzərə çatdırıb. Nazir müavini çıxışının sonunda müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib, qalibləri təbrik edib.
Çıxış üçün söz alan millət vəkili Fəttah Heydərov dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından, Azərbaycan xalqının ulu öndərə tükənməz sevgisindən söz açıb.
Təhsil naziri Misir Mərdanov bu günlər ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün təntənə ilə qeyd edildiyini bildirib. Nazir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı söhbət açıb. Keçirilən rəsm müsabiqəsinin əhəmiyyətinə toxunan təhsil naziri qaliblərə yeni-yeni uğurlar arzulayıb.
Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və hədiyyələr təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra iştirakçılar uşaqların yaradıcılıq işləri ilə tanış olublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl