SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 1-də Təhsil Nazirliyində «Məktəb şəbəkəsinin rasionallaşdırılması» mövzusunda kollegiya iclası keçirilib.
Kollegiya iclasında ölkəmizdə məktəb şəbəkəsinin təşəkkülü tarixindən söz açan təhsil naziri Misir Mərdanov bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycanda ümumtəhsil məktəblərin sayı barmaqla sayılacaq qədər az olduğu halda, 1920-1930-cu illərdən təhsil müəssisələrinin sayı xeyli artıb. Nazir qeyd edib ki, əvvəlcə ümumi icbari ibtidai təhsilə keçid sayəsində bu proses sürətlənib, sonralar isə hər bir vətəndaşa ümumi icbari təhsil vermək məqsədinə nail olmaq üçün ən xırda yaşayış məntəqələrində belə məktəblər açılıb.
Misir Mərdanov məktəbi təhsil alanın yanına aparmaqdansa, təhsil alanı məktəbə gətirməyi daha düzgün hesab etdiyini, dünyada bu cür təcrübənin artıq mövcud olduğunu, bir sıra ölkələrdə nəinki kiçik yaşayış məntəqələrində, hətta iri şəhərlərdə belə şagirdlərin məktəblərə aparılıb-gətirildiyini, bu məqsədlə xüsusi avtobuslar ayrıldığını diqqətə çatdırıb. Təhsil naziri Misir Mərdanov məruzə təqdimatında şagirdlərin sayı az olan ümumtəhsil məktəblərinin rayonlar üzrə yerləşməsi, bir yaşayış məntəqəsində fəaliyyət göstərən məktəblər və bir neçə yerdə işləyən müəllimlərin sayı haqqında statistik məlumatları əks etdirən cədvəlləri kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra təhsil naziri Ucar rayonunda məktəb şəbəkəsinin rasionallaşdırılması üzrə hazırlanmış təkliflərlə iştirakçıları tanış edib.
Kollegiya iclasında ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılması üzrə nazirliyin müvafiq şöbələrinə, rayon və şəhər təhsil şöbələrinə tapşırıqlar verilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl