• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2011-2012-ci illər üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbuluna başlanılıb.

Bununla bağlı sənədlərin qəbulu sentyabrın 1-dək davam edəcək. Şagirdlərin seçim prosesi isə sentyabrın 1-dən 10-dək həyata keçiriləcək. Cari ildə iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə ümumilikdə 99 peşə üzrə 16570 nəfərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul ediləcəyi planlaşdırılıb. Onlardan 14190 nəfərin dövlət vəsaiti hesabına, 2380 nəfərin isə ödənişli əsaslarla təhsil alacağı nəzərdə tutulur. Qəbul planı müəyyənləşdirilərkən Azərbaycan Respublikasında bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı kadrların hazırlanması ilə bağlı sifarişləri və ictimaiyyətin ilk peşə-ixtisas təhsilinə dair arzuları nəzərə alınıb. Onu da qeyd edək ki, xidmət, ticarət və ictimai iaşə, bədii və zərgərlik məmulatları istehsalı, mühasib-fərdi kompüter operatoru, əməliyyatçı mühasib,    aşbaz-qənnadçı, şirniyyatçı və digər sahələr iqtisadiyyatın daha çox tələbat olan istiqamət və peşələrindəndir. Kənd təsərrüfatı sahəsi üzrə geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, meliorasiya işlərinin traktorçusu, avtomobil,  kənd təsərrüfatı maşın və avadanlığının təmiri üzrə çilingər peşələrinə də böyük ehtiyac duyulur. İqtisadiyyatın bütün sahələri üçün ümumi olan elektrik-qaz qaynaqçısı, elektrik avadanlığının təmiri və xidməti üzrə montyor, habelə digər peşələri də bu sıraya aid etmək olar.

Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu davam edir.

Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçiriləcək və sentyabrın 10-dək başa çatacaq. İyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəriciləri müvafiq meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilib. Nəticədə, 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar. Hazırda namizədlər müsabiqənin II mərhələsi üzrə test imtahanında iştirak edirlər. İyulun 26-dan namizədlər Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində xüsusi qrafik əsasında ayrı-ayrı ixtisaslar üzrə elektron imtahan verirlər. Qeyd edək ki, ibtidai sinif müəllimi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olub. Bu ixtisas üzrə 110 vakant yerə qarşı (23-ü Bakı, digərləri respublikanın rayonları) 1722 nəfər ərizə verib. Eyni zamanda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili, kimya, biologiya ixtisasları üzrə də ərizə verənlərin sayı çox olub. İbtidai sinif müəllimi ixtisası üzrə iyulun 26-dan iyulun 30-dək davam edən imtahanlarda 1244 iddiaçı iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 77 nəfər işə qəbul olunub. Vakant qalmış 33 yer keçid balı toplamış, lakin qəbul olunmamış müəllimlərə təklif edilib. Hazırda ibtidai sinif müəllimi ixtisası üzrə vakant qalmış 33 yerə ərizə qəbulu davam edir. Avqustun 1-dən isə ingilis dili ixtisası üzrə imtahanlara başlanılıb. Qeyd edək ki, bu ixtisas üzrə 241 vakant yerə qarşı (onlardan 68-i Bakı şəhərindəndir) 1529 nəfər imtahana buraxılıb. Avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmək istəyən 1389 nəfər imtahan verib. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandırıb və imtahan başa çatan kimi topladığı balı öyrənib. Nəticələr avqustun 12-də məlum olacaq. Növbəti imtahan avqustun 12-də kimya müəllimi işləmək istəyənlər üçün nəzərdə tutulub. Daha sonra isə tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.

Avqustun 12-də «Neftqazelmitədqiqatlayihə» İnstitutunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alan gənclər və «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində cari ildə təhsilə başlayacaq tələbələrlə görüş keçirilib.

Tədbiri ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev açaraq iştirakçıları salamlayıb və belə görüşlərinin ənənəyə çevrildiyini bildirib. Ölkəmizdə gənclərə, onların inkişafına xüsusi diqqət və qayğı göstərildiyini söyləyən şirkət rəhbəri dövlət siyasətində gənclərlə işin prioritet istiqamətlərdən biri olduğunu, gənclərlə bağlı qəbul edilmiş dövlət proqramlarının əhəmiyyətini nəzərə çatdırıb. R.Abdullayev ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən gənclər arasında bu il də çox ciddi seçim aparıldığını vurğulayıb. Qalibləri təbrik edən ARDNŞ-nin prezidenti onlara uğurlar arzulayıb. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin uğurlarından danışan R.Abdullayev qazanılmış nailiyyətlərdə Dövlət Neft Şirkətinin böyük rolu olduğunu vurğulayıb. Şirkət rəhbəri qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında yüksək səviyyəli kadrların hazırlanması istiqamətində ARDNŞ bir sıra layihələr həyata keçirir. Bu istiqamətdə aparılan işlərin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkən Rövnəq Abdullayev ötən əsrin 70-ci illərindən etibarən Azərbaycandan istedadlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərildiyini bildirib. ARDNŞ-nin respublikamızda və xarici ölkələrdə həyata keçirdiyi iri layihələrdən söz açan R.Abdullayev günbəgün yüksək ixtisaslı mütəxəssislərə daha çox ehtiyac duyulduğunu qeyd edib. Şirkət rəhbəri son illər reallaşdırdıqları Təqaüd Proqramları barədə məlumat verib, ARDNŞ-nin orta məktəblərlə sıx əlaqə saxladığını, keçirilən bir sıra tədbirlərə, fənn olimpiadalarına maliyyə dəstəyi göstərdiyini, 2007-ci ildən bəri ölkəmizdə təşkil edilən İNEPO Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının sponsoru olduğunu nəzərə çatdırıb. ARDNŞ-nin nəzdində Peşə Texniki Təlim Mərkəzinin yaradılması, ölkəmizin ali məktəblərinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulan Daxili Təqaüd Proqramı, Xaricdə Təhsil üzrə Təqaüd Proqramı haqda fikirlərini bildirən Rövnəq Abdullayev hazırda şirkətin gənc kadrları sırasında ABŞ, Fransa, Böyük Britaniya, Türkiyə, Almaniya, Norveç, Rusiya və digər ölkələrin nüfuzlu ali məktəblərinin məzunlarının uğurla çalışdıqlarını söyləyib. Tələbələrin təhsil aldıqları müddətdə istehsalatla yaxından tanış olmaları, əmək vərdişlərinə yiyələnmələri üçün 2010-cu ildən etibarən ARDNŞ-də ödənişli Yay Təcrübəsi Proqramının təşkil olunduğuna diqqət çəkən R.Abdullayev bu tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Sonra təhsil naziri Misir Mərdanov çıxış edərək ARDNŞ-nin təqaüdçüsü olmuş gəncləri və bu il «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində xaricdə təhsil almağa göndərilən tələbələri təbrik edib. Tədbiri yüksək qiymətləndirən nazir yaşlı, orta və gənc nəslin nümayəndələrinin bir araya gəlməsinin faydalı olduğunu qeyd edib, təşkilatçılara, xüsusilə ARDNŞ prezidenti Rövnəq Abdullayevə təşəkkürünü bildirib. Nazir respublikamızda gənclərin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu söyləyib, bu istiqamətdə ölkə Prezidentinin və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin uğurlarından söz açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük vüsətlə həyata keçirilən quruculuq işlərinin 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi»nin nəticəsi olduğunu, həyatımızın bütün sahələrində gedən güclü inkişafda neft amilinin böyük rol oynadığını vurğulayan təhsil naziri son illər Azərbaycanda neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasətin həyata keçirildiyini bildirib. Azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsinin tarixinə qısa nəzər salan nazir ilk dəfə 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə 100 nəfərin xarici ölkələrin ali məktəblərinə göndərildiyini diqqətə çatdırıb. Bu işin ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə xüsusilə geniş vüsət aldığını xatırladan Misir Mərdanov respublikamızdan kənarda ali təhsil almağa göndərilən gənclərin sayının ildə 45 nəfərdən 1500 nəfərə çatdırıldığını söyləyib. Nazir bildirib ki, ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın reallaşdırılması sayəsində bu işin səmərəliliyi artırılıb, proqram çərçivəsində 800-dən artıq gənc xarici ölkələrin ən nüfuzlu universitetlərinə göndərilib. Onların bir qisminin artıq təhsillərini uğurla başa vuraraq vətənə döndüyünü söyləyən təhsil naziri deyib ki, bu il 250 gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulub. Misir Mərdanov çıxışının sonunda gənclərə öz tövsiyələrini verərək onları xaricdə ölkəmizi ləyaqətlə təmsil etməyə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəallıq göstərməyə, yaşadıqları yerlərdə, oxuduqları təhsil müəssisələrində Azərbaycanın səfiri missiyasını yerinə yetirməyə səsləyib. Tədbirdə söz alan tələbələr onlara göstərilən qayğıya, potensiallarını üzə çıxarmaq üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib və göstərilən etimadı doğrultmağa çalışacaqlarına söz veriblər. Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və onların irəli sürdükləri təkliflər müzakirə olunub.

Avqustun 22-də təhsil naziri Misir Mərdanov Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Jarkko Lehikoynenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Jarkko Lehikoynen təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib və bu vəzifəyə təyin olunduqdan sonra ilk səfərini məhz Azərbaycana etdiyini vurğulayıb. Rəhbərlik etdiyi qurum haqqında məlumat verən J.Lehikoynen qeyd edib ki, 1985-ci ildən iki ölkədə − Fransa və Şotlandiyada gənclərə müxtəlif istiqamətlərdə güzəştlər təklif edən vahid Gənclər Kartı tətbiq olunmağa başlanıb. 1986-cı ildə Gənclər Kartı prosesinə 6 dövlətin (Belçika, Fransa, Niderland, Portuqaliya, Şotlandiya, İspaniya) qoşulduğunu diqqətə çatdıran qonaq onu da bildirib ki, 1990-cı ildə qarşılıqlı güzəştləri müəyyən edən Lissabon Protokolu imzalanıb. J.Lehikoynen məhz bu sənəddən sonra hazırda əsas ofisi Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Avropa Gənclər Kartı Assosiasiyasının fəaliyyətə başladığını vurğulayıb. Qonaq əlavə edib ki, həmin vaxtdan etibarən Avropa Gənclər Kartı Assosiasiyasına üzv olan təşkilatların, kart istifadəçilərinin sayı sürətlə artmağa başlayıb, gənclərə təhsil, nəqliyyat, yataqxana, istirahət, eləcə də digər sahələrdə edilən güzəşt və imtiyazlar genişləndirilib. Avropa Gənclər Kartı Assosiasiyası prezidentinin verdiyi məlumata görə, 1991-ci ildə bu təşkilat gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalayıb, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlayıb. Eyni zamanda qonaq hazırda Avropanın 40-a yaxın ölkəsinin Gənclər Kartı prosesinə qoşulduğunu, bütövlükdə isə bu ölkələrdən 30 yaşınadək 4 milyondan çox gəncin qeyd olunan kartların daşıyıcısı olduğunu nəzərə çatdırıb.         J.Lehikoynen daha sonra bildirib ki, Gənclər Kartı gənclərə maddi dəstək vasitəsidir və bu vəsiqələrdən istifadə edənlər müxtəlif sahələri əhatə edən 80 minə qədər endirimdən bəhrələnə bilərlər. Kartların üzərindəki çip-kartların vəsiqənin sahibi haqqında müəyyən informasiya daşıdığından bəhs edən qurum rəhbəri bu prosesin iqtisadi tədbir olduğunu vurğulayıb və əlavə edib ki, onun əsas məqsədi gənclərin bir araya gətirilməsidir. Jarkko Lehikoynen onu da qeyd edib ki, Gənclər Kartının Azərbaycanda tətbiqi ilə bağlı Gənclər və İdman Nazirliyində ciddi müzakirələr aparılıb. Assosiasiya rəhbəri bu kartların Azərbaycanın ali məktəblərində tətbiq olunması üçün təhsil naziri Misir Mərdanovdan dəstək göstərməyi xahiş edib.  Təhsil naziri Misir Mərdanov qonağa bu vəzifədə ilk səfərini Azərbaycana etdiyi üçün təşəkkürünü bildirib. Nazir Avropa Gənclər Kartının Azərbaycanda da tətbiq olunmasını dəstəklədiyini, xüsusilə ali məktəb tələbələrinə qeyd olunan vahid formada kartların verilməsinə lazımi köməklik göstərməyə hazır olduğunu vurğulayıb. Misir Mərdanov Avropa Gənclər Kartının tətbiqi üçün konkret addımlar atmaq məqsədilə Təhsil Nazirliyində görüləcək işlərlə bağlı növbəti müzakirənin aparılmasının məqsədəuyğunluğunu qeyd edib. Azərbaycanın Avropa təhsil məkanına inteqrasiya olunduğunu diqqətə çatdıran nazir Avropa Şurası və Avropa Komissiyasının dəstəklədiyi bu prosesə qoşulmağın zəruriliyini bildirib.  Daha sonra Avropa Gənclər Kartının Azərbaycan ali məktəblərində tətbiqi, bu istiqamətdə görüləcək işlər barədə rəy və təkliflər nəzərə çatdırılıb.

Avqustun 26-da “Kempinski Badamdar” otel kompleksində IX ASAİF beynəlxalq yay forumu işə başlayıb.

Qeyd edək ki, 26-27 avqust tarixlərində keçiriləcək forumda 4 fərqli mövzunu əhatə edən işçi qruplar üzrə müzakirələrin aparılması nəzərdə tutulub. Müzakirələrdə “Qarabağı tanı və tanıt – təbliğatın yeni metodları”, “Eurovision-2012 paytaxtını kəşf et”, “Azərbaycan sosial mediada”, “Azərbaycanın akademik təbliğatı” mövzuları əsas yer tutacaq. İşçi qruplarda olan təkliflər təşkilatın illik fəaliyyət planına daxil ediləcək. Forum zamanı təşkilatın strukturu təsdiqlənəcək, ölkələr üzrə nümayəndələr təyin ediləcək. Forumun ikinci günü iştirakçıların Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonuna səfəri nəzərdə tutulub. Forumda təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ASAİF-in xarici ölkələr üzrə nümayəndələri və  təxminən 35 ölkədə təhsil alan 250 nəfərə yaxın azərbaycanlı gənc iştirak edib. Tədbiri giriş sözü ilə açan ASAİF-in sədri Orxan Əkbərov qeyd edib ki, “Azərbaycan sənin ağlından interaktiv faydalansın” devizi altında keçirilən forumda əsas məqsəd dünyanın bir çox ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə kömək etməkdən ibarətdir.  Təhsil naziri Misir Mərdanov forum iştirakçılarını salamlayaraq Azərbaycanda təhsilə, gənclərə göstərilən dövlət qayğısından danışıb. Bu sahədə ASAİF-in gördüyü işləri yüksək qiymətləndirən nazir bildirib ki, hazırda minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır. Təhsil naziri ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-1980-ci illərdə başlanmış xaricdə təhsillə bağlı prosesin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini nəzərə çatdırıb. Azərbaycanlı gənclərin xaricdə təhsilinin dövlət tərəfindən maliyyələşdirildiyini bildirən Misir Mərdanov qeyd edib ki, bu il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq 275 nəfərin sənədləri təsdiqini tapıb. Həmin tələbələrin ali məktəblərə qəbul imtahanlarında yüksək bal topladığını və prioritet ixtisaslara daxil olduğunu vurğulayan nazir bele tədbirlərin keçirilməsini tədqirəlayiq hal kimi dəyərləndirib, son illərdə Azərbaycan gənclərinin xaricdə ölkəmizin təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətindən söhbət açıb. Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və başqaları xarıicdə təhsil alan azərbaycanlı gənclərin vahid ideya ətrafında birləşməsində belə tədbirlərin mühüm rol oynadığını söyləyiblər. Tədbirdə ASAİF-in müxtəlif ölkələrdən olan kordinatorlarının gördükləri işlər barədə hesabatlar da dinlənilib.

2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çap olunaraq müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub.

Bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün yeniləşdirilmiş proqramlar əsasında işlənmiş 38, II və VII-XI siniflər üçün mövcud proqramlar əsasında hazırlanmış 24 adda dərslik daxildir. Bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib. Onu da qeyd edək ki, IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün “Zoologiya”, “İnformatika”, “Fizika”, “Rus dili”, VIII siniflər üçün “Azərbaycan Respublikasının fiziki coğrafiyası”, “Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası”, “Zoologiya”, “Rus dili”, “Fransız dili”, IX siniflər üçün “Yeni tarix”, “Rəsmxət”, “İnsan (Biologiya)”, “Rus dili”, “Fransız dili”, X siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı”, XI siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı” və “Rus dili” dərslikləri yenidən nəşr olunub. Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses uğurla davam etdirilir. Eyni zamanda dərsliklərin yerlərə çatdırılması işinə başlanılıb.

2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib. Məlumat üçün bildiririk ki, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Sentyabrın 3-də “Gülüstan” sarayında rəhbər təhsil işçilərinin respublika konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi düzülmüşdür. Sonra təhsil işçiləri Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər. Baş nazirin müavini Elçin Əfəndiyevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Milli Məclis deputatlarının, müvafiq nazirliklərin nümayəndələrinin, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərinin, təhsil ictimaiyyətinin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərini vurğulamışdır. Dahi rəhbər Heydər Əliyev siyasətinin uğurlu nəticələrini xatırladan nazir, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini söyləmişdir. O, Azərbaycanın dinamik inkişaf etdiyini vurğulamış, ölkəmizdə qazanılan nailiyyətlərdən danışmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu islahatlardan bəhs edən Misir Mərdanov bildirmişdir ki, son illərdə təhsilin müasir infrastrukturunun yaradılması və möhkəmləndirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atılmışdır. Bu iş bu gün də davam etdirilir. Təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyəti barədə məlumat verən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord bu qurumun ölkəmizin Təhsil Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu əməkdaşlıq bir çox irimiqyaslı islahatların həyata keçirilməsinə öz töhfəsini vermişdir. M.Hervord eyni zamanda, Azərbaycanın müvafiq təhsil müəssisələrində reallaşdırılan layihələrdən bəhs etmişdir. Konfransda ali və orta ixtisas təhsili müəssisələrinin, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil ocaqlarının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri çıxış edərək təhsildə qazanılan uğurlardan, bu sahədəki mövcud problemlərdən danışmışlar. Məktəblərin infrastrukturunun yeniləşdirilməsində və təhsilin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə ölkəmizdə müasir tələblərə cavab verən çoxlu sayda yeni məktəb binaları tikilib istifadəyə verilmiş və lazımi avadanlıqla təchiz olunmuşdur. Ölkəmizdə ali təhsilin inkişafı ilə bağlı həyata keçirilən proqram və layihələr barədə məlumat verilərək diqqətə çatdırılmışdır ki, 2005-ci ildə Azərbaycan Avropa təhsil məkanına – Bolonya prosesinə qoşulmuş və hazırda bu prosesin tələblərinə uyğun olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 800-dək azərbaycanlı gənc Türkiyə, Almaniya, ABŞ, Fransa, Kanada, Rusiya, Böyük Britaniya və digər ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir. Onların bir qismi təhsilini uğurla başa vuraraq doğma Vətənə qayıtmışdır. Ali məktəblərdə aparılan elmi-tədqiqatlar barədə məlumat verilərək bildirilmişdir ki, 2010-cu ildən başlayaraq elmin maliyyələşməsinin yeni mexanizmi tətbiq olunmuşdur. Elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün son 2 ildə hər il üçün dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılmışdır. 2010-cu və 2011-ci illərdə bu fond tərəfindən elan olunmuş müsabiqələrdə ali məktəb alimləri 22 qrant layihələrinin qalibi olmuşlar. 2010-cu ildə təhsil sistemində çalışan alimlərimiz 37 beynəlxalq layihədə iştirak etmişlər. Yalnız Bakı Dövlət Universiteti ayrı-ayrı fondların maliyyə dəstəyi ilə 5 milyon manat dəyərində 35 beynəlxalq layihə həyata keçirir. Alimlər tərəfindən 436 monoqrafiya, 338 dərslik, 620 dərs vəsaiti, 1421 adda proqram və metodik ədəbiyyat nəşr etdirilmişdir. Tomson Röyter agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olan jurnallarda Təhsil Nazirliyi sistemində çalışan alimlər tərəfindən son 3 ildə nəşr etdirilmiş elmi məqalələrin sayı 3 dəfə artmışdır. İl ərzində nəşr olunmuş 260 məqalədən 136-sı Bakı Dövlət Universitetinin, 53-ü Azərbaycan Dövlət Neft Akademiyasının, 37-si Azərbaycan Texniki Universitetinin payına düşür. Müvafiq qərara əsasən, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 19 dövlət, 5 özəl ali təhsil müəssisəsində, Təhsil Problemləri İnstitutunda doktorantura yaradılmışdır. Yeni doktoranturalara ilk qəbul bu ilin payız aylarında keçiriləcəkdir. Təhsil sistemində aparılan islahatların əhəmiyyəti diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, ölkəmizin ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris yeni fənn proqramları (kurikulumları) və dərslik dəstləri əsasında aparılır. Bu müddətdə 40 min nəfərə yaxın müəllim xüsusi proqramlar üzrə öyrədici təlim kurslarından keçirilmiş, bölgələrdə müəllim və valideynlər üçün maarifləndirmə mərkəzləri təşkil olunmuşdur. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumlarının tətbiqinə başlandıqdan sonra V-XI siniflər üçün də eyni məzmunlu sənədlərin hazırlanması istiqamətində iş aparılmışdır. V-XI siniflərin fənn proqramları (kurikulumları) ictimai müzakirədən keçirilərək bu ilin iyununda təsdiq edilmişdir. 2010-2011-ci dərs ilində qızıl və gümüş medala layiq görülmüş 53 məzun və 49 nəfər respublika fənn olimpiadası qalibindən 47-si növbəti tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuşdur. Məktəbəqədər təhsildən bəhs edilərək bildirilmişdir ki, təhsilin bu sahəsi də daim diqqət mərkəzində olmuşdur. Respublikamızda 112 min 892 uşağın cəlb olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ayrı-ayrı uşaq bağçalarında əsaslı təmir işləri aparılmış, məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı artmışdır. Özəl bağçaların sayı 24-ə çatmışdır. Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 2009-cu ildə 15,8 faiz olduğu halda, hazırda bu rəqəm 17,6 faiz təşkil edir. Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş uşaqların sayı 2009-cu ildəki 31.102 nəfərdən bu il 34.369 nəfərə çatmış, əhatə səviyyəsi 26 faizi ötmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, 53 uşaq bağçasında əsaslı təmir işləri aparılır və bu işin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Məktəblilərin beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan danışılaraq bu sahədə nailiyyətlərin artırılmasının, xüsusi istedada malik uşaqların yaradıcı potensialının inkişafı istiqamətində görülən işlərin əhəmiyyəti nəzərə çarpdırılmışdır. Məruzələrdə təhsil sisteminin informasiyalaşdırılmasından, bu sahədə həyata keçirilən layihələrdən, milli təhsil portalının yaradılmasından, texniki peşə təhsilinin inkişafından və digər məsələlərdən də bəhs olunmuşdur. Konfransda ölkənin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, 1992-2011-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili bu illər ərzində ali məktəblərin qəbul planının 85,24 faiz, abituriyent ərizələrinin sayının isə 2, 67 dəfə artdığını göstərmişdir. Ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2011-ci ildə, ən az plan yerləri isə 1993-cü ildə ayrılmışdır. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci, ən çox 2008-ci ildə olmuşdur. Bu il qəbul planı 97 faiz yerinə yetirilmişdir. Yüksək müsabiqə vəziyyəti ilə əlaqədar olaraq ən yüksək keçid balı I qrupda Qafqaz Universitetinin kompyuter mühəndisliyi (667 bal), II qrupda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) menecment (660 bal), III qrupda DİA-nın hüquqşünaslıq (646 bal) və IV qrupda Azərbaycan Tibb Universitetinin müalicə işi (541 bal) ixtisasları üzrə olmuşdur. Məzunların ali məktəblərə qəbul imtahanlarındakı nəticələrində də müsbət dəyişikliklər nəzərə çarpır. Bu il 1540 abituriyent qəbul imtahanlarında 600-dən yüksək bal toplamışdır. Onlar respublikanın 73 regionundan 65-ni təmsil edirlər. Bu il ən yüksək nəticə Bakı, Sumqayıt şəhərlərinə və Qax rayonuna məxsusdur. Respublikanın 26 dövlət və 10 özəl ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul aparılmışdır. Qəbul planı 73,52 faiz yerinə yetirilmişdir. Tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul başa çatmış və qəbul planı 96,7 faiz dolmuşdur. Tədbirdə xaricdə təhsil alan tələbələrin nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Konfransda təhsilin inkişafı ilə bağlı təkliflər verilmişdir.   AzərTAc 

2011-2012-ci tədris ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək.

Bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Müqayisə üçün qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb inşa olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil müəssisəsinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub. Məlumat üçün onu da qeyd edək ki, 2004-cü ildən Təhsil Nazirliyi tərəfindən 353 yeni məktəb binası, 184 məktəbin həyətində əlavə sinif otaqları və tədris korpusu inşa olunub. 176 məktəb əsaslı təmir edilib, 11 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. 50 məktəbəqədər təhsil müəssisəsində, 9 peşə məktəbində əsaslı təmir işləri aparılıb, 1 yeni peşə məktəbi üçün bina tikilib.

Sentyabrın 6-da “Hyatt Regency” otelində Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfransdan öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Konfransda təhsil naziri Misir Mərdanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, millət vəkilləri, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, respublikanın tanınmış alim və pedaqoqları, paytaxtın ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin rəhbərləri, müəllimlər iştirak ediblər. «2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda məruzə ilə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva konfrans iştirakçılarını qarşıdan gələn yeni dərs ili münasibəti ilə təbrik edib. Hazırda dövlət tərəfindən hər bir vətəndaş üçün keyfiyyətli və fasiləsiz təhsil almaq imkanının təmin edildiyini və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hərtərəfli şəraitin yaradıldığını söyləyən Nailə Rzaquliyeva son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatların aparıldığını bildirib. N.Rzaquliyeva qeyd edib ki, artıq bu islahatların ən mühüm mərhələsinə qədəm qoyulub, təhsilin məzmununa və təşkilinə verilən tələblərdə ciddi yeniləşmə prosesləri gedir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri ötən tədris ilində əldə olunmuş uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı danışıb, müəyyən nöqsan və problemləri geniş təhlil edib. Sonra Bakı şəhəri 279 nömrəli məktəbin direktoru Oqtay Səmədov, 83 nömrəli məktəb-liseyin direktor müavini Yaşar Həmidov, 169 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Təbiət Vəliyeva, Bağça-Məktəb-Lisey Kompleksinin Valideyn Komitəsinin sədri Səidə İsmayılova, 87 nömrəli məktəbin ingilis dili müəllimi Natəvan Daştiyeva, qəbul imtahanlarında 700 bal toplamış Ləman Məmmədova ölkə təhsilinin uğurlu inkişafından, ötən il ərzində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən söhbət açıblar. Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək bütün təhsil işçilərini qarşıdan gələn «Bilik günü» münasibətilə təbrik edib. Bakı təhsilinin uğurlarının ildən-ilə artdığını deyən nazir bütövlükdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətini müsbət qiymətləndirib. Təhsil naziri ulu öndərimiz Heydər Əliyevin müəllimlərə xüsusi hörmətlə və ehtiramla yanaşdığını, hər zaman təhsilə önəm verdiyini diqqətə çatdırıb. Nazir ümummilli liderimizin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan elminin, təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən ətraflı bəhs edib. Bu gün nümunəvi məktəblərimizin, yüksək savada və bacarığa malik, öz işinə yaradıcı yanaşan müəllimlərimizin az olmadığını söyləyən Misir Mərdanov bir sıra həlli vacib olan digər məsələlərə də toxunub, təhsil işçilərinə dəyərli tövsiyələrini verib. Konfransın sonunda ölkəmizdə təhsil sahəsində görülmüş işlərdən, əldə edilmiş uğurlardan, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı