• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2011-2012-ci illər üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbuluna başlanılıb.

Bununla bağlı sənədlərin qəbulu sentyabrın 1-dək davam edəcək. Şagirdlərin seçim prosesi isə sentyabrın 1-dən 10-dək həyata keçiriləcək.
Cari ildə iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə ümumilikdə 99 peşə üzrə 16570 nəfərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul ediləcəyi planlaşdırılıb. Onlardan 14190 nəfərin dövlət vəsaiti hesabına, 2380 nəfərin isə ödənişli əsaslarla təhsil alacağı nəzərdə tutulur. Qəbul planı müəyyənləşdirilərkən Azərbaycan Respublikasında bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı kadrların hazırlanması ilə bağlı sifarişləri və ictimaiyyətin ilk peşə-ixtisas təhsilinə dair arzuları nəzərə alınıb.
Onu da qeyd edək ki, xidmət, ticarət və ictimai iaşə, bədii və zərgərlik məmulatları istehsalı, mühasib-fərdi kompüter operatoru, əməliyyatçı mühasib,    aşbaz-qənnadçı, şirniyyatçı və digər sahələr iqtisadiyyatın daha çox tələbat olan istiqamət və peşələrindəndir. Kənd təsərrüfatı sahəsi üzrə geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, meliorasiya işlərinin traktorçusu, avtomobil,  kənd təsərrüfatı maşın və avadanlığının təmiri üzrə çilingər peşələrinə də böyük ehtiyac duyulur. İqtisadiyyatın bütün sahələri üçün ümumi olan elektrik-qaz qaynaqçısı, elektrik avadanlığının təmiri və xidməti üzrə montyor, habelə digər peşələri də bu sıraya aid etmək olar.


10 il əvvəl