• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 6-da “Hyatt Regency” otelində Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfransdan öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Konfransda təhsil naziri Misir Mərdanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, millət vəkilləri, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, respublikanın tanınmış alim və pedaqoqları, paytaxtın ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin rəhbərləri, müəllimlər iştirak ediblər.
«2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda məruzə ilə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva konfrans iştirakçılarını qarşıdan gələn yeni dərs ili münasibəti ilə təbrik edib. Hazırda dövlət tərəfindən hər bir vətəndaş üçün keyfiyyətli və fasiləsiz təhsil almaq imkanının təmin edildiyini və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hərtərəfli şəraitin yaradıldığını söyləyən Nailə Rzaquliyeva son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatların aparıldığını bildirib. N.Rzaquliyeva qeyd edib ki, artıq bu islahatların ən mühüm mərhələsinə qədəm qoyulub, təhsilin məzmununa və təşkilinə verilən tələblərdə ciddi yeniləşmə prosesləri gedir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri ötən tədris ilində əldə olunmuş uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı danışıb, müəyyən nöqsan və problemləri geniş təhlil edib.
Sonra Bakı şəhəri 279 nömrəli məktəbin direktoru Oqtay Səmədov, 83 nömrəli məktəb-liseyin direktor müavini Yaşar Həmidov, 169 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Təbiət Vəliyeva, Bağça-Məktəb-Lisey Kompleksinin Valideyn Komitəsinin sədri Səidə İsmayılova, 87 nömrəli məktəbin ingilis dili müəllimi Natəvan Daştiyeva, qəbul imtahanlarında 700 bal toplamış Ləman Məmmədova ölkə təhsilinin uğurlu inkişafından, ötən il ərzində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən söhbət açıblar.
Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək bütün təhsil işçilərini qarşıdan gələn «Bilik günü» münasibətilə təbrik edib. Bakı təhsilinin uğurlarının ildən-ilə artdığını deyən nazir bütövlükdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətini müsbət qiymətləndirib.
Təhsil naziri ulu öndərimiz Heydər Əliyevin müəllimlərə xüsusi hörmətlə və ehtiramla yanaşdığını, hər zaman təhsilə önəm verdiyini diqqətə çatdırıb. Nazir ümummilli liderimizin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan elminin, təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən ətraflı bəhs edib.
Bu gün nümunəvi məktəblərimizin, yüksək savada və bacarığa malik, öz işinə yaradıcı yanaşan müəllimlərimizin az olmadığını söyləyən Misir Mərdanov bir sıra həlli vacib olan digər məsələlərə də toxunub, təhsil işçilərinə dəyərli tövsiyələrini verib.
Konfransın sonunda ölkəmizdə təhsil sahəsində görülmüş işlərdən, əldə edilmiş uğurlardan, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.


10 il əvvəl