SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avqustun 26-da “Kempinski Badamdar” otel kompleksində IX ASAİF beynəlxalq yay forumu işə başlayıb.
Qeyd edək ki, 26-27 avqust tarixlərində keçiriləcək forumda 4 fərqli mövzunu əhatə edən işçi qruplar üzrə müzakirələrin aparılması nəzərdə tutulub. Müzakirələrdə “Qarabağı tanı və tanıt – təbliğatın yeni metodları”, “Eurovision-2012 paytaxtını kəşf et”, “Azərbaycan sosial mediada”, “Azərbaycanın akademik təbliğatı” mövzuları əsas yer tutacaq. İşçi qruplarda olan təkliflər təşkilatın illik fəaliyyət planına daxil ediləcək. Forum zamanı təşkilatın strukturu təsdiqlənəcək, ölkələr üzrə nümayəndələr təyin ediləcək. Forumun ikinci günü iştirakçıların Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonuna səfəri nəzərdə tutulub.
Forumda təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ASAİF-in xarici ölkələr üzrə nümayəndələri və təxminən 35 ölkədə təhsil alan 250 nəfərə yaxın azərbaycanlı gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan ASAİF-in sədri Orxan Əkbərov qeyd edib ki, “Azərbaycan sənin ağlından interaktiv faydalansın” devizi altında keçirilən forumda əsas məqsəd dünyanın bir çox ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə kömək etməkdən ibarətdir.
Təhsil naziri Misir Mərdanov forum iştirakçılarını salamlayaraq Azərbaycanda təhsilə, gənclərə göstərilən dövlət qayğısından danışıb. Bu sahədə ASAİF-in gördüyü işləri yüksək qiymətləndirən nazir bildirib ki, hazırda minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır. Təhsil naziri ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-1980-ci illərdə başlanmış xaricdə təhsillə bağlı prosesin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini nəzərə çatdırıb.
Azərbaycanlı gənclərin xaricdə təhsilinin dövlət tərəfindən maliyyələşdirildiyini bildirən Misir Mərdanov qeyd edib ki, bu il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq 275 nəfərin sənədləri təsdiqini tapıb. Həmin tələbələrin ali məktəblərə qəbul imtahanlarında yüksək bal topladığını və prioritet ixtisaslara daxil olduğunu vurğulayan nazir bele tədbirlərin keçirilməsini tədqirəlayiq hal kimi dəyərləndirib, son illərdə Azərbaycan gənclərinin xaricdə ölkəmizin təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətindən söhbət açıb.
Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və başqaları xarıicdə təhsil alan azərbaycanlı gənclərin vahid ideya ətrafında birləşməsində belə tədbirlərin mühüm rol oynadığını söyləyiblər.
Tədbirdə ASAİF-in müxtəlif ölkələrdən olan kordinatorlarının gördükləri işlər barədə hesabatlar da dinlənilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl