• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bu günlərdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Orta məktəblərdə qanunsuz miqrasiya və insan alverinin qarşısının alınması üzrə təhsil” layihəsi çərçivəsində Milli idarəetmə komitəsinin birinci iclası keçirilib.

İştirakçılar Milli idarəetmə komitəsinin əsasnaməsi və təşkilati işlərlə tanış olub, eləcə də layihənin uğurla həyata keçirilməsi üçün səmərəli əməkdaşlığı və qarşıda duran növbəti tədbirləri müzakirə ediblər. İclasda Təhsil və Daxili İşlər nazirliklərinin əməkdaşları, QHT nümayəndələri və bu sahə ilə məşğul olan digər şəxslər iştirak edib.

Azərbaycanın şahmat üzrə məktəblilərdən ibarət yığma komandası 29 aprel–9 may tarixlərində Polşanın Krakov şəhərində keçirilən Məktəblilərin şahmat üzrə VII Dünya çempionatında iştirak edib.

Qeyd edək ki, çempionatda 36 ölkədən 6 yaş qrupu üzrə 420 şahmatçı mübarizə aparıb. 24 şahmatçı ilə təmsil olunan komandamızın üzvlərindən Ucar Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova və Sumqayıt Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Fərid Aslanov qızıl, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri İzzət Kənan və Oğuz Abışlı gümüş, Aqil Piriverdiyev isə bürünc medal qazanıblar. Digər şahmatçılarımız–Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Cavidan Babazadə IV, Murad Rzayev VI, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Ülvü Sadıxov, Vüqar Əsədli və Fateh İmanov VI, Zaqatala Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xədicə Xəlilova isə VII yerə layiq görülüblər. Komandamızın rəhbəri, beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov və Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov yarışda hakim kimi təmsil olunublar.

Yanvarın 27-də Təhsil Nazirliyində Türkiyə Respublikası Milli təhsil nazirinin müavini Sadəttin Sabazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ölkəmizdə texniki-peşə təhsili sahəsindəki islahatlara yardım, təcrübə mübadiləsinin aparılması və peşə təhsili müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması məsələləri müzakirə olunub. Onu da qeyd edək ki, bu görüş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında imzalanmış protokola əsasən təşkil olunub. Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində qurulan əməkdaşlığın əhəmiyyətli nəticələrini diqqətə çatdıran nazir peşə təhsili üzrə də əlaqələrin qurulmasına böyük önəm verdiyini açıqlayıb.  Azərbaycanda son illər texniki-peşə təhsilinin inkişafı istiqamətində atılan müsbət addımlar, bu sahə üzrə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramı barədə qonaqlara məlumat verən təhsil naziri aparılan digər islahatlardan da söz açıb. Sonra çıxış edən Sadəttin Sabaz bu görüşdən məmnunluq duyduğunu bildirib və peşə təhsili sahəsi üzrə qarşılıqlı əlaqələrin yaradılmasında lazımi dəstək göstərməyə hazır olduqlarını qeyd edib. S.Sabaz öz çıxışında Türkiyənin milli təhsil sistemi, onun strukturu, peşə təhsili müəssisələrinin mövcud vəziyyəti barədə iştirakçılara məlumat verib. Eyni zamanda qonaq ölkəmizin bir neçə peşə təhsili müəssisəsində olduqlarını da diqqətə çatdırıb və bir sıra təkliflərini bildirib. Görüşdə nümayəndə heyətinin digər üzvləri rəhbəri olduqları müəssisələr haqqında təqdimat-məruzə ilə çıxış ediblər.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin aprelində 1824 müraciət daxil olub.

Müraciətlərin 1693-ü telefonla, 131-i elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1655 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlərin 198-də təhsil müəssisələrində yol verilmiş nöqsanlardan bəhs olunur. Müraciətlərin əksər hissəsi ümumtəhsil məktəblərinə, digər bir qismi məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, məktəbdənkənar tərbiyə, texniki peşə təhsili müəssisələrinə, eləcə də xaricdə təhsil məsələlərinə aiddir. Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının və fənn olimpiadalarının təşkili, keçirilməsi, nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları, dərs yükünün bölünməsi və s. ilə əlaqədar olub. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və cavablandırılmaqla həllini tapıb. Aprel ayında daxil olmuş şikayət məzmunlu müraciətlərin təhlili göstərir ki, onların çoxu yenə də ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 57, digər şəhər ümumtəhsil məktəblərindən 20 (Gəncədən 5, Sumqayıtdan 14, Naftalan 1), Abşeron rayonundan 10, Lerik rayonundan 6, Ağcabədi rayonundan 4, Cəlilabad, Biləsuvar, Şamaxı, Bərdə və Ağdam rayonlarının hər birindən 3, Yardımlı, Qəbələ və Daşkəsən rayonlarının hər birindən 2, Ağstafa, Qazax, Cəbrayıl, Lənkəran, Balakən, Kürdəmir, Göygöl, Zaqatala, Kəlbəcər, Şabran, Ağdaş, Saatlı, Qobustan, Ucar, Goranboy, Quba, Beyləqan və İmişli rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub. Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, imtahan və olimpiada nəticələrindən apelyasiya, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqlarından qanunsuz tutulmalar ilə əlaqədardır. Araşdırma zamanı xeyli müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, bir sıra müraciətdə isə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Ötən ay məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar “Qaynar xətt”ə daxil olan şikayətlərin sayı mart ayına nisbətən 2 dəfə çox olub. Belə ki, 26 müraciətin 22-si Bakı, 2-si Sumqayıt şəhərlərindən və 1-i Lerik rayonundan edilib. Bu müraciətlər uşaq bağçalarına qəbul, uşaqlara verilən yeməklərin keyfiyyəti, müxtəlif tədbirlərin keçirilməsi üçün tələb olunan vəsait, məktəbəqədər müəssisələrin iş rejiminin valideynlərin iş saatları ilə uyğun gəlməməsi və digər mövzuları əhatə edir. Məktəbdənkənar tərbiyə müəssisələri ilə bağlı 2 şikayət xarakterli müraciət qəbul olunub. Bu müraciətlər araşdırılaraq həllini tapıb. Texniki peşə təhsili müəssisəsi ilə əlaqədar 1, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 7, özəl ali təhsil müəssisələri ilə əlaqədar 26 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə əsasən təhsil sənədlərinin gecikdirilməsi və təhsil haqqının ödənilməsi ilə bağlı məsələlər əksini tapıb. Özəl ali təhsil müəssisələrindən daxil olmuş 26 müraciətdən 1-i Odlar Yurdu (diploma rüsum istənilməsi haqqında), 1-i Təfəkkür (ABU-dan köçürülən tələbələrin təhsil haqqı ilə əlaqədar), 24-ü isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olub. Azərbaycan Beynəlxalq Universitetindən daxil olan müraciətlərdə bu təhsil müəssisəsinin sabiq tələbələrinin sənədlərinin verilməsində yaranan problemlərdən bəhs olunur. Bütün bu müraciətlər Təhsil Nazirliyi tərəfindən araşdırılıb. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə cari ilin aprelində daxil olmuş müraciətlərdə qaldırılmış məsələlərin 90 faizindən çoxu öz həllini tapıb.

Tələbələrin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində müsabiqənin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri   “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.21 bəndini rəhbər tutaraq ali təhsil sistemində yüksək ixtisaslı mütəxəssis hazırlığı keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədi ilə   ƏMR EDİRƏM:   1. Tələbələrin XXII Respublika elmi konfransı (bundan sonra – konfrans) və konfrans çərçivəsində müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2011-ci ilin noyabr ayında keçirilsin. 2. Tələbələrin XXII Respublika elmi konfransının və müsabiqənin keçirilmə Qaydaları (əlavə 1) və konfransın Təşkilat komitəsi (əlavə 2) təsdiq edilsin. 3. Konfrans və müsabiqə Bakı Slavyan Universitetinin bazasında keçirilsin. 4. Bakı Slavyan Universitetinin rektoruna (K.Abdullayev) konfrans və müsabiqənin keçirilməsi üçün müvafiq şəraitin yaradılması tapşırılsın. 5. Ali təhsil müəssisələrinin rektorlarına konfransda iştirak etmək istəyən tələbələrin siyahısının, onların məruzə tezislərinin və konfrans iştirakçıları tərəfindən doldurulmuş “anket”in 2011-ci ilin 1 oktyabr tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın. 6. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın: 6.1. Bölmə sədrləri və ekspertlər haqqında təkliflər hazırlayıb 2011-ci ilin 15 oktyabr tarixinə qədər nazirliyin rəhbərliyinə təqdim etsin. 6.2. İqtisadiyyat söbəsi (Ş.Əliyev) ilə birlikdə müsabiqənin xərclər smetasını hazırlayıb 2011-ci ilin 25 may tarixinədək nazirliyin rəhbərliyinə təqdim etsin. 7. Əmrin çoxaldılıb yerlərə çatdırılması Ümumi şöbəyə tapşırılsın. 8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Аzərbaycan müəllimi» qəzetində və «Təhsil xəbərləri» məlumat-informasiya məcmuəsində dərc olunmasını və nazirliyin veb-saytında yerləşdirilməsini təmin etsin. 9. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin. Əsas: Elm şöbəsinin iş planı.   Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri 4 may 2011-ci il № 745   Əlavə:   1. Tələbələrin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində  müsabiqənin keçirilmə Qaydaları   2. Tələbələrin  XXII Respublika elmi konfransı və konfrans çərçivəsində müsabiqənin Təşkilat komitəsi

Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil alır.

Onlardan 895 nəfəri dövlət hesabına oxuyur . Onu da qeyd edək ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində xarici ölkələrə təhsil almağa göndərilənlərin sayının 8 il ərzində 5000 nəfərə çatdırılması nəzərdə tutulur. Proqrama əsasən 2 il ərzində 199 gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye və digər sahələr üzrə təhsil almağa göndərilib. Bu ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, İsveç, Niderland, İspaniya, Kanada və digərləridir. Bu gün ölkəmizin ali məktəblərində təhsil alan 7111 nəfər əcnəbi tələbə dünyanın 40 ölkəsini təmsil edir.

Mayın 15-də Bakı Avropa Liseyinin 20 illik yubileyi münasibətlə Heydər Əliyev adına Respublika sarayında təntənəli mərasim keçirilib.

Yubiley mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, digər rəsmi şəxslər, deputatlar, valideynlər və liseyin məzunları iştirak ediblər. Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova mərasimi açaraq qonaqları salamlayıb, yubileyə toplaşan iştirakçılara minnətdarlığını bildirib. Tədbirin bədii hissəsində liseyin şagirdləri çıxış edib, qeyri-adi rəqs nömrələri, mahnı və səhnəciklər nümayiş etdiriblər. Şagirdlər liseyin yaranma tarixi, inkişaf yolu və uğurları haqqında məlumat veriblər. Bildirilib ki, Bakı Avropa Liseyi Azərbaycanda istedadlı uşaqlar üçün yaradılmış ilk təhsil müəssisəsi olaraq innovasiyaların tətbiqinə geniş yer ayırıb və təhsil islahatına layiqli töhfələrini verib. Təsadüfi deyil ki, bu təhsil ocağının yetirmələri dünyanın müxtəlif ölkələrində Azərbaycanın adını ucaldır, istər təhsil və elm, istərsə də idman, incəsənət sahəsində böyük nailiyyətlər əldə edirlər. Konsert proqramının ikinci hissəsində Azərbaycana, tariximizə, mədəniyyətimizə həsr olunmuş çıxışlar üstünlük təşkil edib. Şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya maraqla qarşılanıb. Təhsil naziri Misir Mərdanov çıxış edərək liseyin rəhbərliyini, müəllim kollektivini, şagirdləri və valideynləri 20 illik yubiley münasibətilə təbrik edib. Nazir liseyin fəaliyyəti haqqında fikirlərini bildirib, tədris ocağının Azərbaycan təhsilində həyata keçirilən islahatların fəal iştirakçısı olduğunu nəzərə çatdırıb. Bakı Avropa Liseyinin inkişaf etmiş ölkələrin məktəbləri ilə yarışmağa qadir olduğunu vurğulayan Misir Mərdanov müəllim və şagird kollektivinin birgə əməyi sayəsində ərsəyə gəlmiş yubiley tədbirinin peşəkar səviyyədə təşkil edilməsini də yüksək dəyərləndirib. Təhsil sahəsində həyata keçirilən bütün layihələrə Bakı Avropa Liseyinin birinci olaraq qoşulduğunu bildirən nazir digər məktəblərin də bu tədris ocağının təcrübəsindən yararlandığını söyləyib. Əldə olunmuş uğurları liseyin daim təhsil yeniliklərinin təşəbbüsçüsü kimi çıxış etməsi ilə əlaqələndirən təhsil naziri məktəbin pedaqoji kollektivi haqqında yüksək fikirlərini diqqətə çatdırıb, müəllimlərin peşəkarlığından danışıb. Bakı Avropa Liseyində işləməyin çətin və məsuliyyətli olduğunu, hər müəllimin bu çətinliyə tab gətirə bilmədiyini vurğulayan nazir bugünkü uğurların sırasının daha da genişlənəcəyinə əminliyini ifadə edib. Misir Mərdanov Bakı Avropa Liseyinin müəllimlərinin bir qisminin Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri fərmanlarla təltif olunduğunu bildirib, müəllimləri bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Mayın 17-də Bakıdakı T.Həsənov adına 23 nömrəli orta məktəbdə «Kiçik Akademiya»nın açılış mərasimi keçirilib.

İlk öncə nazirə və mərasimin digər iştirakçılarına tədris ocağında fəaliyyət göstərən «Məktəb Parlamenti» barədə məlumat verilib, bu qurumun şagirdlərə idarəetmə sahəsində bir sıra zəruri bacarıq və vərdişlərin aşılanmasında mühüm rol oynadığı vurğulanıb. Sonra ayrı-ayrı «nazirlər»in həyata keçirilmiş tədbirlər haqqında qısa təqdimat-çıxışları dinlənilib. Məktəbdə yeni yaradılmış «Kiçik Akademiya»nın prezidenti, 9 «b» sinif şagirdi İ.Rəsulzadə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, «Kiçik Akademiya»nın yaradılması məktəblilərin təhsilə və elmə daha yaxından cəlb olunması, istedadlı şagirdlərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin və vərdişlərinin inkişaf etdirilməsinə xidmət edir. Təhsil naziri Misir Mərdanovu «Kiçik Akademiya»nın fəxri prezidenti seçdiklərini deyən İ.Rəsulzadə fəxri prezidentlik lentini nazirə təqdim edib. Təhsil naziri Misir Mərdanov məktəblilərə minnətdarlığını bildirib, «Kiçik Akademiya»nın açılışı münasibəti ilə məktəbin müəllim və şagirdlərini təbrik edib. Nazir qədim tarixə və böyük ənənələrə malik 23 nömrəli məktəbə gəlişindən məmnunluq duyduğunu söyləyib, məktəbin ölkənin ən yaxşı ümumtəhsil müəssisələrindən biri olduğunu vurğulayıb. Təxminən 10 il əvvəl bu təhsil ocağında Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qısa müddətdə yüksək səviyyədə əsaslı təmir işlərinin aparıldığını xatırladan Misir Mərdanov, Azərbaycanda məktəblərin əsaslı təmirinə məhz 23 nömrəli orta məktəbdən başlandığını söyləyib və təhsil işçiləri adından bu tədris ocağının məzunu Mehriban xanıma minnətdarlığını bildirib. Nazir valideynlərin bu təhsil müəssisəsində  yenidənqurma işlərinin aparılması xahişi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət etdiyini və ölkə rəhbərinin bununla bağlı araşdırmalar aparılması barədə tapşırıq verdiyini nəzərə çatdırıb. Dövlət başçısının tapşırığına əsasən məktəbin yenidən qurulacağını vurğulayan təhsil naziri bunun tədris ocağının uğurlarının daha da artmasına şərait yaradacağına inamını ifadə edib. Misir Mərdanov məktəbin idarəetməsində şagirdlərin bilavasitə iştirakına imkan yaradılmasını müsbət hal kimi dəyərləndirib, «Şagird Parlamenti»nin və «Kiçik Akademiya»nın işinə uğur arzulayıb. Sonra «Kiçik Akademiya»nın xətti ilə məktəblilərin ayrı-ayrı fənlər üzrə hazırladıqları elmi işlər dinlənilərək dəyərləndirilib, fərqlənənlərə sertifikat və diplomlar təqdim olunub.

Mayın 17-də Bakıdakı 276 nömrəli orta məktəbdə məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin məsul əməkdaşları və paytaxtın məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər. Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq ölkədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin dövlət başçısı cənab İlham Əliyev tərəfindən diqqətdə saxlanılan başlıca məsələlərdən biri olduğunu nəzərə çatdırıb. Bu istiqamətdə görülən işlərdən söz açan nazir korrupsiyaya qarşı mübarizə ilə bağlı Təhsil Nazirliyi tərəfindən də davamlı tədbirlərin həyata keçirildiyini bildirib. Məktəbəqədər təhsilin inkişafı ilə bağlı son illər bir sıra işlərin görülməsindən bəhs edən Misir Mərdanov bir çox yeni bağçaların tikildiyini və ya əsaslı təmir olunduğunu söyləyib. Təhsil naziri «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamının məktəbəqədər təhsil sahəsində nəzərdə tutulmuş işlərin davamlı olaraq aparılmasına daha geniş imkanlar yaradacağına ümidvar olduğunu qeyd edib. Nazir təhsil sahəsində əldə olunan uğurlarla yanaşı, bir sıra problem və çatışmazlıqların hələ də mövcud olduğunu təəssüf hissi ilə nəzərə çatdırıb. Məktəbəqədər təhsil müəssisələrindəki neqativ halların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini önə çəkən təhsil naziri bu məsələnin daim ciddi nəzarətdə saxlanıldığını vurğulayıb. Misir Mərdanov Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələri ilə bağlı 2011-ci ilin yanvar-may aylarında Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinə daxil olan müraciətlər barədə məlumat verib. Cari ildə paytaxtın məktəbəqədər təhsil müəssisələrində baş verən xoşagəlməz hallarla əlaqədar «Qaynar xətt» xidmətinə 50 müraciətin daxil olduğunu söyləyən nazir həmin bağçalardakı mövcud vəziyyətə dair konkret faktlar sadalayıb. Qeyd olunan məktəbəqədər təhsil müəssisələrindəki durumla bağlı kəskin narazılığını bildirən təhsil naziri bağça müdirlərinə ciddi xəbərdarlıq edib, mövcud nöqsanların tezliklə aradan qaldırılması ilə bağlı konkret təkliflər irəli sürüb. Nazir, həmçinin bağça rəhbərlərinə işlərində dönüş yaratmalarını, məsuliyyət hissini artırmalarını tapşırıb. Xüsusilə vətəndaşların daha çox şikayət etdiyi uşaq bağçalarının fəaliyyətinə toxunan Misir Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə bu məktəbəqədər təhsil müəssisələrinin işində dönüş yaratmaq barədə müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlarını verib. Təhsil naziri, eyni zamanda müvafiq qurumların bu sahə üzrə məsul əməkdaşlarının Bakıdakı məktəbəqədər təhsil müəssisələrində olmalarını, valideynlərlə görüşlərin keçirilməsini tövsiyə edib.

Mayın 19-da “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər futbol məktəbinin yeni idman bazasının açılış mərasimi olub.

Mərasimdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, təhsil nazirinin müavini Elmar Qasımov və digər rəsmi şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov futbol məktəbinin yeni idman bazasının istifadəyə verilməsi münasibəti ilə tədris ocağının kollektivini təbrik edib. Nazir müavini AFFA ilə Təhsil Nazirliyi arasında birgə yaradılan idman məktəbinin ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğunu diqqətə çatdırıb. Təhsil naziri Misir Mərdanov futbol məktəbinin yeni idman bazasının istifadəyə verilməsi ilə bağlı mərasim iştirakçılarını təbrik edib. Belə bir yüksək səviyyəli yeni idman bazasının yaradılmasını ölkəmizin idman həyatında mühüm hadisə kimi dəyərləndirən Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafına xüsusi diqqət göstərdiyini bildirib. Nazir qeyd edib ki, idmançılarımızın dünya arenalarında idmanın müxtəlif növləri üzrə böyük uğurlar qazanaraq üçrəngli bayrağımızı zirvələrə qaldırması məhz davamlı qayğının nəticəsidir. Yaxın məsafədə yerləşdiyinə görə Bakı şəhəri 126 və 244 nömrəli orta məktəblərdə oxuyan şagirdlərin də yaradılmış şəraitdən istifadə edə biləcəyini vurğulayan təhsil naziri futbol məktəbinin Azərbaycan futbolunun inkişafında mühüm rol oynayacağına və burada peşəkar idmançıların yetişəcəyinə ümidvar olduğunu nəzərə çatdırıb. Respublikamızda yaradılan müasir idman meydançalarının, komplekslərin yüksək səviyyədə olduğunu bildirən AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi xüsusi münasibətdən söz açıb.   Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, idman ölkəsi olan Azərbaycanda ulu öndərin əsasını qoyduğu siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev yeni idman meydançasının yeniyetmələr və uşaqlar üçün böyük hədiyyə olduğunu vurğulayıb. O, idman məktəbinin yüksək səviyyədə təchiz olunmasına görə  Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, Təhsil, eləcə də Gənclər və İdman nazirliliklərinə minnətdarlığını bildirib. Sonra qonaqlar idman məktəbində yaradılan şəraitlə yaxından tanış olublar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı