• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 19-da Bakıdakı 276 nömrəli tam orta məktəbdə ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı paytaxtın məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin məsul işçiləri və paytaxtın ümumtəhsil məktəblərinin, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq başa vurmaqda olduğumuz tədris ili ərzində ümumi təhsillə bağlı xeyli işlərin görüldüyünü diqqətə çatdırıb. Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirildiyini qeyd edən nazir bu məsələnin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanıldığını nəzərə çatdırıb. Nazir bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq işlər gördüyünü və baş verə biləcək neqativ halların aradan qaldırılması istiqamətində xüsusi tədbirlərin həyata keçirildiyini söyləyib. Bu gün nümunəvi məktəblərin, təşkilatçılıq qabiliyyəti ilə seçilən təcrübəli məktəb direktorlarının, yüksək savada və intellektə malik, daim öz üzərində işləyən yaradıcı müəllimlərin olduğunu qeyd edən təhsil naziri onların Azərbaycan təhsilinə başucalığı gətirdiyini bildirib. Nazir xüsusilə Bakı Avropa Liseyinin, "Zəngi" liseyinin, akademik Zərifə Əliyeva adına tam orta məktəbin adlarını çəkərək həmin təhsil müəssisələrinin əldə etdikləri uğurlardan söz açıb, digər tədris ocaqlarını onlardan nümunə götürməyə səsləyib. Misir Mərdanov təhsil müəssisələrinin rəhbərlərində işləmək arzusu, yüksək təşkilatçılıq qabiliyyəti olduğu və ümumi mənafeyi şəxsi mənafedən üstün tutduğu təqdirdə həmin məktəbdə uğur qazanmağın, müsbət nəticələr əldə etməyin mümkünlüyünü vurğulayıb. Ümumi orta təhsil sahəsində qazanılan nailiyyətlərlə yanaşı, bəzi problem və nöqsanların da olduğunu istisna etməyən nazir bunu təəssüf hissi ilə qarşıladığını, baş verən neqativ hallarla bağlı ciddi narahatçılıq keçirdiyini nəzərə çatdırıb. Təhsil naziri 2011-ci ilin yanvar - may aylarında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə Bakı şəhərinin ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlər haqqında məlumat verib. "Qaynar xətt" xidmətinə 127 məktəbdəki neqativ hallar barədə 223 müraciətin daxil olduğunu qeyd edən Misir Mərdanov bəzi faktları sadalayıb, adları qeyd olunan ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı öz iradlarını bildirib. Nazir, eyni zamanda  məktəb direktorlarına ciddi xəbərdarlıq edib, göstərilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması və müşavirədə söylənilənlərdən nəticə çıxarılması ilə bağlı konkret tapşırıqlarını verib. Çıxışında bir sıra digər məsələlərə də ətraflı toxunan təhsil naziri bunlarla bağlı fikir və mülahizələrini söyləyib. Müşavirənin sonunda Misir Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə idarənin əməkdaşlarının Bakıdakı ümumtəhsil müəssisələrində olmaları, baş verə biləcək neqativ halların vaxtında aradan qaldırılması, məktəblə valideyn arasında daha sıx əlaqənin təmin edilməsi, şagirdlərlə səmimi ünsiyyət qurulması və digər məsələlərlə bağlı tapşırıqlarını verib.

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması ilə bağlı müvafiq əmr imzalayıb.

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq əmr imzalayıb. Əmrdə qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri  tərəfindən 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili və təhsil müəssisələrində imtahan qərargahının yaradılması təmin edilsin. Həmçinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin «Qaynar xətt» xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı:qaynar-xett@edu.gov.az) dərhal məlumat verilməsi, imtahan sessiyasında şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi məsələlərinin təmin olunması tapşırılıb. Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verəcəklər. Təhsil Nazirliyi əməkdaşlarının, Nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasının monitorinqi aparılacaq. Eləcə də yay imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və digər müvafiq tədbirlərin görülməsi qərara alınıb.

Təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb.

Əmrə əsasən “Son zəng” tədbiri 31 may 2011-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib. “Son zəng” tədbirini məzunların həyatında yaddaqalan və əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olunması da əmrdə nəzərdə tutulan məsələlərdəndir.

Mayın 21-də Xaçmaz rayonunda akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirilib.

Konfransda təhsil naziri Misir Mərdanov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Təhsil Nazirliyinin şöbə müdirləri, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Xaçmaz, Abşeron, Quba, Siyəzən, Qusar, Şabran, Xızı rayon təhsil şöbələrinin rəhbərləri, metodistlər və məktəb direktorları iştirak ediblər. İlk öncə təhsil naziri Misir Mərdanov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Təhsil naziri və qonaqlar rayonun mərkəzində yeni istifadəyə verilmiş Uşaq-Gənclər Şahmat Məktəbinə gəlib, tədris ocağı ilə yaxından tanış olublar. Sonra konfrans iştirakçıları 8 nömrəli məktəbin qarşısında ucaldılmış akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyub, təhsil müəssisəsinin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb, tədris ocağındakı akademik Zərifə Əliyeva muzeyində olublar. Daha sonra qonaqlar məktəbin riyaziyyat müəllimləri Rəna Nurullayevanın VII sinifdə, Umgülsüm Fətullayevanın isə I sinifdə apardıqları "açıq dərs"lərdə iştirak ediblər. Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə gedən dinamik inkişaf prosesindən bəhs edib. Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndirən nazir, son illər ərzində bölgələrdə yeni məktəblərin tikilməsinin təqdirəlayiq hal olduğunu bildirib. Misir Mərdanov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində təhsilimiz yüksək inkişaf mərhələsinə qədəm qoyub. Yeni fənn kurikulumlarının tətbiqi və qarşıda duran bir sıra digər məsələlərdən danışan nazir görülən işlərin davamlı olduğunu, gələcəkdə daha yüksək nailiyyətlərin qazanılacağını vurğulayıb. Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Elmlər Akademiyyasının müxbir üzvi Vaqif Abbasov və başqaları son illər respublikada aparılan təhsil islahatları haqqında fikirlərini bildiriblər.

1-3 oktyabr tarixlərində Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində Bakıda “Azərbaycan-Almaniya Ali Təhsil günləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfrans zamanı Almaniya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər müzakirə ediləcək, həmçinin tibb, kənd təsərrüfatı, texniki elmlər sahəsində əlaqələrə həsr olunmuş, Boloniya prosesi çərçivəsində birgə proqramların hazırlanması ilə bağlı məruzə və çıxışlara yer veriləcək. Onu da qeyd edək ki, oktyabrın ilk günündə qeyd olunan tədbir çərçivəsində “Kapellhaus” - Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası da keçiriləcək.

Bakıdakı 190 nömrəli orta məktəbdə xalq şairi Nəriman Həsənzadənin 80 illik yubilieyi münasibətilə ədəbi–bədii gecə keçirilib.

Mərasimi məktəbin direktoru Afət Bakıxanova açıb. Sonra məktəbin tədris işləri üzrə direktor müavini Qənirə Əmircanova xalq şairinin yaradıcılığından nümunələr təqdim edib. Ədəbi-bədii gecədə şairin şeirləri və tarixi poemaları üzrə səhnələşdirilmiş kiçik parçalar yüksək məharətlə ifa olunub, sözlərinə bəstələnmiş mahnılar dinlənilib. Tədbirdə iştirak edən Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, orta məktəb rəhbərləri xalq şairinin yaradıcılığından söz açıb, yubilyara ən xoş arzularını çatdırıblar.

2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirəcək.

Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 98800 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı  2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir. Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25800-ə, IX sinfini isə 35300-ə yaxın şagird bitirəcək. 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124274  şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 98113 tələbə oxuyur. Onlardan 90360 nəfəri bakalavriat, 7753 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alır. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24088 nəfər tələbə təhsil alır ki, onların da 20683 nəfərini bakalavrlar, 3405 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə 18980, magistratura səviyyəsində isə 773 nəfər olmaqla, cəmi 19753 tələbə təhsil alır.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin aprel və may aylarında 69 müraciət daxil olub.

Müraciətlərdən 5-i sorğu xarakterlidir. Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 28, Gəncə şəhər ümumtəhsil məktəblərindən 5, Abşeron rayonundan 6, Yardımlı rayonundan 3 müraciət daxil olub. Müraciətlərdən 6-sı ali təhsil müəssisələrinə aiddir. Onların 3-ü Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Bu müraciətlərdə diplom alınması, diplomun səhv yazılması, tələbələrin akademik borclarının ləğvi və s. məsələlərdən bəhs edilir. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərdən 3-ü (Gəncə şəhəri üzrə 2, Abşeron rayonu üzrə 1) Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan təhsil prosesinin təşkili, xaricdə təhsil, müəllimlərin ezamiyyə xərclərinin ödənilməsi, IX və XI siniflərin buraxılış imtahanları, təhsil sənədlərinin alınması və digər məsələlərlə bağlı bütün müraciətlər araşdırılıb, uyğun tədbirlər görülüb və vətəndaşlara müvafiq cavablar verilib.

Mayın 25-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq və Oslo Universitetinin professoru Vibeke Roggenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq son illər Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında mövcud olan əlaqələrin və təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdiyini bildirib. İkitərəfli əlaqələrin səmərəliliyinin artırılması baxımından birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayan təhsil naziri Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında yaradılmış əməkdaşlıqdan söz açıb. Nazir Azərbaycan Dillər Universitetində həyata keçirilən pilot layihənin əhatə dairəsinin daha da genişləndirilməsi təklifini irəli sürüb və layihə çərçivəsində görülən işləri Azərbaycanın Avropa təhsil sisteminə inteqrasiyası istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Azərbaycanın 2005-ci ildə Norveç Krallığının Bergen şəhərində keçirilmiş konfransda Boloniya prosesinə qoşulduğunu vurğulayan nazir bu layihənin də Boloniya prinsiplərinin tətbiqi ilə sıx bağlı olduğunu bildirib. Misir Mərdanov pilot layihənin ölkəmizdə reallaşdırılmasını Norveç hökumətinin Boloniya prinsiplərinin həyata keçirilməsinə dəstək kimi qiymətləndirib və Norveç Krallığının ölkəmizdəki səfirliyinə, Oslo Universitetinin əməkdaşlarına təşəkkürünü bildirib. Təhsil naziri, həmçinin bu işin davamlı olacağına əminliyini ifadə edib. Görüşdə Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq çıxış edərək ölkələrimiz arasındakı təhsil əlaqələrindən danışıb. Səfir Oslo Universiteti ilə Azərbaycan Dillər Universiteti arasındakı əməkdaşlıq layihəsi çərçivəsində görülən işlərdən razı qaldıqlarını bildirib. Oslo Universitetinin professoru Vibeke Rogger birgə əməkdaşlıq layihəsi istiqamətində əldə olunan uğurlar, nəzərdə tutulan məsələlər və mövcud problemlər haqqında məlumat verib. Azərbaycan Dillər Universitetində həyata keçirilən pilot layihə üzrə yeni metodların tətbiqi, tədrisin strukturunda aparılan dəyişikliklər barədə danışan qonaq, eyni zamanda bu ali məktəbdə tələbələrin yüksək nəzəri biliklərə malik olduğunu diqqətə çatdırıb. Vibeke Rogger layihə çərçivəsində müəllimlər üçün kurslar təşkil edilməsi, təhsil alanların müstəqil işləmək bacarığının inkişaf etdirilməsi və skandinaviyaşünaslıq ixtisası üzrə lazımi mənbələrin Azərbaycan dilinə tərcümə olunması məsələləri barədə fikirlərini açıqlayıb. Təhsil naziri öz növbəsində lazım olan kitabların və müvafiq mənbələrin Azərbaycan dilinə tərcümə olunması işinə dəstək göstəriləcəyini bildirib. Görüşdə Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova da iştirak edib.

Mayın 26-da Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında 2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərinin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır. Son üç il ərzində bu istiqamətdə müəyyən qədər təcrübə əldə edildiyini söyləyən nazir ötən ildən etibarən ibtidai sinif müəllimləri üçün təlimlərin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında aparıldığını nəzərə çatdırıb. İbtidai sinif müəllimləri üçün təlim kurslarını aparacaq qeyri-hökumət təşkilatlarının tender vasitəsi ilə müəyyənləşdirildiyinə diqqət çəkən təhsil naziri müvafiq seçimlərdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” elmi mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyinin qalib gəldiyini deyib. Bu il 9 iqtisadi zona üzrə 86 təlim mərkəzində 164 təlimçi tərəfindən 9670 ibtidai sinif müəlliminə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirən nazir müvafiq sahədə səmərəliliyi artırmaq üçün bir sıra təkliflərini nəzərə çatdırıb və kurslarda iştirak edən müəllimlərə veriləcək sertifikatların dərəcələr üzrə bölünməsinin əhəmiyyətinə toxunub. Təlim kurslarının yekununda ibtidai sinif müəllimlərinin qiymətləndirilməsi məsələsindən söz açan Misir Mərdanov Təhsil Nazirliyinin müvafiq sahə üzrə çalışan mütəxəssislərinin də bu işə cəlb olunmasının zəruriliyini vurğulayıb. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi üçün Təhsil Problemləri İnstitutu, Valideyn-Müəllim Assosiasiyası, kütləvi informasiya vasitələri və digər qurumların nümayəndələrinin bu prosesə cəlb edilməsi məsələsinə toxunan nazir 2011-2012-ci tədris ilində yeni işə qəbul olunacaq ibtidai sinif müəllimlərinin də müvafiq təlimlərdən keçməsinin vacibliyini nəzərə çatdırıb. Cari ilin iyun-avqust aylarında keçiriləcək 10 günlük təlim kurslarının tədris planı və proqramının təsdiq edildiyini söyləyən Misir Mərdanov təlimlərin yerlərdə təşkil olunmasını xüsusilə yüksək dəyərləndirib, növbəti illərdə müvafiq kurslara cəlb olunacaq müəllimlərin sayının və əhatə dairəsinin daha da genişlənəcəyini bildirib. Daha sonra çıxış edənlər layihənin əhəmiyyətindən söz açıb, müəllimlərin təlimlərə cəlb olunması və uğurlu nəticələrin alınması baxımından bir sıra təkliflərini söyləyiblər. Sonda Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” elmi mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyi arasında 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili üzrə müqavilələr imzalanıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı