• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 17-də Bakıdakı T.Həsənov adına 23 nömrəli orta məktəbdə «Kiçik Akademiya»nın açılış mərasimi keçirilib.

İlk öncə nazirə və mərasimin digər iştirakçılarına tədris ocağında fəaliyyət göstərən «Məktəb Parlamenti» barədə məlumat verilib, bu qurumun şagirdlərə idarəetmə sahəsində bir sıra zəruri bacarıq və vərdişlərin aşılanmasında mühüm rol oynadığı vurğulanıb. Sonra ayrı-ayrı «nazirlər»in həyata keçirilmiş tədbirlər haqqında qısa təqdimat-çıxışları dinlənilib. Məktəbdə yeni yaradılmış «Kiçik Akademiya»nın prezidenti, 9 «b» sinif şagirdi İ.Rəsulzadə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, «Kiçik Akademiya»nın yaradılması məktəblilərin təhsilə və elmə daha yaxından cəlb olunması, istedadlı şagirdlərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin və vərdişlərinin inkişaf etdirilməsinə xidmət edir. Təhsil naziri Misir Mərdanovu «Kiçik Akademiya»nın fəxri prezidenti seçdiklərini deyən İ.Rəsulzadə fəxri prezidentlik lentini nazirə təqdim edib.
Təhsil naziri Misir Mərdanov məktəblilərə minnətdarlığını bildirib, «Kiçik Akademiya»nın açılışı münasibəti ilə məktəbin müəllim və şagirdlərini təbrik edib. Nazir qədim tarixə və böyük ənənələrə malik 23 nömrəli məktəbə gəlişindən məmnunluq duyduğunu söyləyib, məktəbin ölkənin ən yaxşı ümumtəhsil müəssisələrindən biri olduğunu vurğulayıb. Təxminən 10 il əvvəl bu təhsil ocağında Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qısa müddətdə yüksək səviyyədə əsaslı təmir işlərinin aparıldığını xatırladan Misir Mərdanov, Azərbaycanda məktəblərin əsaslı təmirinə məhz 23 nömrəli orta məktəbdən başlandığını söyləyib və təhsil işçiləri adından bu tədris ocağının məzunu Mehriban xanıma minnətdarlığını bildirib.
Nazir valideynlərin bu təhsil müəssisəsində  yenidənqurma işlərinin aparılması xahişi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət etdiyini və ölkə rəhbərinin bununla bağlı araşdırmalar aparılması barədə tapşırıq verdiyini nəzərə çatdırıb. Dövlət başçısının tapşırığına əsasən məktəbin yenidən qurulacağını vurğulayan təhsil naziri bunun tədris ocağının uğurlarının daha da artmasına şərait yaradacağına inamını ifadə edib.
Misir Mərdanov məktəbin idarəetməsində şagirdlərin bilavasitə iştirakına imkan yaradılmasını müsbət hal kimi dəyərləndirib, «Şagird Parlamenti»nin və «Kiçik Akademiya»nın işinə uğur arzulayıb.
Sonra «Kiçik Akademiya»nın xətti ilə məktəblilərin ayrı-ayrı fənlər üzrə hazırladıqları elmi işlər dinlənilərək dəyərləndirilib, fərqlənənlərə sertifikat və diplomlar təqdim olunub.


10 il əvvəl