SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 15-də Bakı Avropa Liseyinin 20 illik yubileyi münasibətlə Heydər Əliyev adına Respublika sarayında təntənəli mərasim keçirilib.
Yubiley mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, digər rəsmi şəxslər, deputatlar, valideynlər və liseyin məzunları iştirak ediblər.
Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova mərasimi açaraq qonaqları salamlayıb, yubileyə toplaşan iştirakçılara minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində liseyin şagirdləri çıxış edib, qeyri-adi rəqs nömrələri, mahnı və səhnəciklər nümayiş etdiriblər. Şagirdlər liseyin yaranma tarixi, inkişaf yolu və uğurları haqqında məlumat veriblər. Bildirilib ki, Bakı Avropa Liseyi Azərbaycanda istedadlı uşaqlar üçün yaradılmış ilk təhsil müəssisəsi olaraq innovasiyaların tətbiqinə geniş yer ayırıb və təhsil islahatına layiqli töhfələrini verib. Təsadüfi deyil ki, bu təhsil ocağının yetirmələri dünyanın müxtəlif ölkələrində Azərbaycanın adını ucaldır, istər təhsil və elm, istərsə də idman, incəsənət sahəsində böyük nailiyyətlər əldə edirlər.
Konsert proqramının ikinci hissəsində Azərbaycana, tariximizə, mədəniyyətimizə həsr olunmuş çıxışlar üstünlük təşkil edib. Şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya maraqla qarşılanıb.
Təhsil naziri Misir Mərdanov çıxış edərək liseyin rəhbərliyini, müəllim kollektivini, şagirdləri və valideynləri 20 illik yubiley münasibətilə təbrik edib. Nazir liseyin fəaliyyəti haqqında fikirlərini bildirib, tədris ocağının Azərbaycan təhsilində həyata keçirilən islahatların fəal iştirakçısı olduğunu nəzərə çatdırıb. Bakı Avropa Liseyinin inkişaf etmiş ölkələrin məktəbləri ilə yarışmağa qadir olduğunu vurğulayan Misir Mərdanov müəllim və şagird kollektivinin birgə əməyi sayəsində ərsəyə gəlmiş yubiley tədbirinin peşəkar səviyyədə təşkil edilməsini də yüksək dəyərləndirib.
Təhsil sahəsində həyata keçirilən bütün layihələrə Bakı Avropa Liseyinin birinci olaraq qoşulduğunu bildirən nazir digər məktəblərin də bu tədris ocağının təcrübəsindən yararlandığını söyləyib. Əldə olunmuş uğurları liseyin daim təhsil yeniliklərinin təşəbbüsçüsü kimi çıxış etməsi ilə əlaqələndirən təhsil naziri məktəbin pedaqoji kollektivi haqqında yüksək fikirlərini diqqətə çatdırıb, müəllimlərin peşəkarlığından danışıb. Bakı Avropa Liseyində işləməyin çətin və məsuliyyətli olduğunu, hər müəllimin bu çətinliyə tab gətirə bilmədiyini vurğulayan nazir bugünkü uğurların sırasının daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Misir Mərdanov Bakı Avropa Liseyinin müəllimlərinin bir qisminin Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri fərmanlarla təltif olunduğunu bildirib, müəllimləri bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl