SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycanın şahmat üzrə məktəblilərdən ibarət yığma komandası 29 aprel–9 may tarixlərində Polşanın Krakov şəhərində keçirilən Məktəblilərin şahmat üzrə VII Dünya çempionatında iştirak edib.
Qeyd edək ki, çempionatda 36 ölkədən 6 yaş qrupu üzrə 420 şahmatçı mübarizə aparıb. 24 şahmatçı ilə təmsil olunan komandamızın üzvlərindən Ucar Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova və Sumqayıt Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Fərid Aslanov qızıl, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri İzzət Kənan və Oğuz Abışlı gümüş, Aqil Piriverdiyev isə bürünc medal qazanıblar.
Digər şahmatçılarımız–Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Cavidan Babazadə IV, Murad Rzayev VI, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Ülvü Sadıxov, Vüqar Əsədli və Fateh İmanov VI, Zaqatala Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xədicə Xəlilova isə VII yerə layiq görülüblər.
Komandamızın rəhbəri, beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov və Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov yarışda hakim kimi təmsil olunublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl