• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 19-da “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər futbol məktəbinin yeni idman bazasının açılış mərasimi olub.

Mərasimdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, təhsil nazirinin müavini Elmar Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov futbol məktəbinin yeni idman bazasının istifadəyə verilməsi münasibəti ilə tədris ocağının kollektivini təbrik edib. Nazir müavini AFFA ilə Təhsil Nazirliyi arasında birgə yaradılan idman məktəbinin ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğunu diqqətə çatdırıb.
Təhsil naziri Misir Mərdanov futbol məktəbinin yeni idman bazasının istifadəyə verilməsi ilə bağlı mərasim iştirakçılarını təbrik edib. Belə bir yüksək səviyyəli yeni idman bazasının yaradılmasını ölkəmizin idman həyatında mühüm hadisə kimi dəyərləndirən Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafına xüsusi diqqət göstərdiyini bildirib. Nazir qeyd edib ki, idmançılarımızın dünya arenalarında idmanın müxtəlif növləri üzrə böyük uğurlar qazanaraq üçrəngli bayrağımızı zirvələrə qaldırması məhz davamlı qayğının nəticəsidir.
Yaxın məsafədə yerləşdiyinə görə Bakı şəhəri 126 və 244 nömrəli orta məktəblərdə oxuyan şagirdlərin də yaradılmış şəraitdən istifadə edə biləcəyini vurğulayan təhsil naziri futbol məktəbinin Azərbaycan futbolunun inkişafında mühüm rol oynayacağına və burada peşəkar idmançıların yetişəcəyinə ümidvar olduğunu nəzərə çatdırıb.
Respublikamızda yaradılan müasir idman meydançalarının, komplekslərin yüksək səviyyədə olduğunu bildirən AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi xüsusi münasibətdən söz açıb.  
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, idman ölkəsi olan Azərbaycanda ulu öndərin əsasını qoyduğu siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev yeni idman meydançasının yeniyetmələr və uşaqlar üçün böyük hədiyyə olduğunu vurğulayıb. O, idman məktəbinin yüksək səviyyədə təchiz olunmasına görə  Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, Təhsil, eləcə də Gənclər və İdman nazirliliklərinə minnətdarlığını bildirib.
Sonra qonaqlar idman məktəbində yaradılan şəraitlə yaxından tanış olublar.


10 il əvvəl