SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
26-27 fevral tarixlərində Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonu üzrə Regional Mərkəzində “Təhsildə fəlakət riskinin azaldılması” (DİPECHO) layihəsi çərçivəsində təlimlər keçirilib.
YUNİSEF, Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə reallaşdırdığı layihə üzrə keçirilmiş təlimlərdə Şəkidəki 2 nömrəli, Zaqataladakı 3 nömrəli və Suvagil kənd tam orta məktəblərindən seçilmiş müəllimlər iştirak ediblər. Təlimlərin məqsədi “Təhsildə fəlakət riskinin azaldılması” layihəsi çərçivəsində seçilmiş pilot məktəblərinin müəllimlərinə baş vermiş təbii fəlakətlər, qəzalar, müxtəlif fövqəladə vəziyyətlər zamanı riskli vəziyyətdən çıxış yollarını tapmaq, eyni zamanda fəlakət riskinin azaldılması üzrə bilik və bacarıqların artırılması üçün xilasetmə, eləcə də təhlükəsizlik avadanlıqlarından istifadə qaydalarının öyrədilməsindən ibarət olub. Təlimin sonunda iştirakçılara təbii fəlakətlər riskinin azaldılması problemi üzrə müəllimlər üçün metodik vəsait və CD disklər paylanılıb. Təlimlərdə Təhsil və Fövqəladə Nazirliklərin əməkdaşları, YUNİSEF-in nümayəndələri iştirak ediblər.
08/07/2015 16:52
26-27 fevral tarixlərində Lənkərandakı 6 nömrəli orta məktəbdə «British Council» təşkilatı Təhsil Nazirliyinin dəstəyi ilə rayonun ümumtəhsil müəssisələrində çalışan 25 nəfər ingilis dili müəllimi üçün onlayn proqramlar üzrə təlimlər keçirib.
Təlimlərin açılışına həsr olunmuş tədbirdə «British Council» təşkilatının nümayəndələri, Lənkəran rayon Təhsil Şöbəsinin rəhbərliyi, 6 nömrəli məktəbin direktoru və digər təhsil işçiləri iştirak ediblər. Təlimlərin məqsədi müəllimlərə «British Council» təşkilatının ingilis dilinin təlimi və tədrisi üzrə www.teachingenglish.org.uk, www.learnenglish.org.uk internet səhifələrindən istifadə bacarıqlarının aşılanması və bunun nümunələr tətbiq etməklə öyrədilməsindən ibarət olub. Təlimdə iştirak edən müəllimlərə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən göndərilmiş ingilis dilində oxu kitabları təqdim edilib. Məlumat üçün bildirək ki, müəllimlər əldə etdikləri təlim materiallarından istifadə edərək müvafiq internet resurslarından digər müəllimlərin də bəhrələnməsinə yardımçı olacaq və interaktiv dərs nümunələri hazırlayacaqlar. Təqdim edilmiş sorğu vərəqlərinin nəticələrinə əsasən, iştirakçılar tərəfindən təlimlər yüksək qiymətləndirilib və belə təlimlərin mütəmadi olaraq keçirilməsi arzu edilib. Sonda təlimlərdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub. Onu da qeyd edək ki, ingilis dili üzrə növbəti onlayn təlimlər martın 5-də Bərdə rayonunda keçiriləcəkdir.
08/07/2015 16:52
Martın 1-də Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi Bakıda Fransız məktəbinin tikintisi ilə əlaqədar Heydər Əliyev Fondunda niyyət bəyannaməsi imzalayıblar.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Azərbaycanda müvəqqəti və daimi yaşayan fransız dilli əcnəbilərin və vətəndaşlarımızın fransız dilində təhsil almasına imkan verən məktəbin yaradılmasının Azərbaycan və Fransanın maraqlarına cavab verdiyini bildirən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva həyata keçiriləcək layihənin əhəmiyyətindən danışaraq deyib ki, bu məktəb Azərbaycanda təhsil sahəsindəki inkişaf prosesinə öz müsbət təsirini göstərəcək. Azərbaycan-Fransa münasibətlərini yüksək qiymətləndirən Mehriban Əliyeva ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin qurulduğunu vurğulayaraq bu layihəni inkişaf edən əməkdaşlığın növbəti uğuru kimi dəyərləndirib. Hər bir dövlətin sərvəti onun insan faktorudur, deyən Mehriban Əliyeva bildirib ki, dövlətimizin gələcəyi bu gün təhsil alan uşaqlardan asılıdır. Ona görə də ölkəmizdə prioritet sahə olan təhsilin inkişafı və gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün bütün gərəkli addımlar atılır. Mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Qabriel Keller, belə bir tədbiri təşkil etdiyinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürünü bildirib. Səfir əlavə edib ki, bu əlamətdar gün Azərbaycan-Fransa münasibətləri üçün çox əhəmiyyətlidir. Azərbaycanda təhsil sahəsində görülən irimiqyaslı işlərdən danışan təhsil naziri Misir Mərdanov Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində gördüyü işləri, həyata keçirdiyi layihələri xüsusi vurğulayıb. Bildirib ki, müxtəlif sahələrdə böyük uğurlara imza atan Fond ən geniş layihələrini təhsildə reallaşdırıb. İndiyədək Fondun təşəbbüsü ilə 300-dən çox müasir təhsil müəssisəsi tikilərək istifadəyə verilib. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğunu və xarici investorların Azərbaycana marağının getdikcə artdığını vurğulayaraq deyib ki, belə bir tədris müəssisəsinin tikilib istifadəyə verilməsi ölkəmizə neft-qaz sahəsində çalışmaq üçün gələn fransız dilli vətəndaşların övladları üçün gözəl töhfədir. Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fransanın Azərbaycandakı səfiri Qabriel Keller, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov Bakıda Fransız məktəbinin tikintisinə dair niyyət bəyannaməsini imzalayıblar. İmzalanmış bəyannaməyə əsasən, Fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik Fransız tədris planı olacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Məktəbin şagirdlərə təqdim etdiyi attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verməklə, onun tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar. Yeni təhsil ocağının yaradılması gələcəkdə yüksək səviyyəli peşəkar mütəxəssislərin yetişməsinə zəmin yaradacaq. Fransanın milli tədris proqramına uyğun şəkildə təhsil verəcək Fransız məktəbinin təsis olunması ölkələrimiz arasında təhsil, mədəniyyət, və dilçilik sahəsində əməkdaşlığın mühüm amilinə çevriləcək. Sonda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəkdə də belə səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.
08/07/2015 16:52
Bu günlərdə Gürcüstanın Batumi şəhərində Almaniyanın Konrad Adenauer Fondu və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Demokratiya sizinlə başlayır” layihəsi çərçivəsində müəllimlərin konfransı keçirilib.
Konfransda Azərbaycanı Bakıdakı 5, 238, 279 və 308 nömrəli, Gəncədəki 21 nömrəli, Astaradakı 1 və 2 nömrəli, Maşxan kənd, Qusar rayonundakı 6 nömrəli, Göyçaydakı 3 nömrəli tam orta məktəblərində çalışan 10 nəfər müəllim və Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Sevil Məmmədova təmsil ediblər. Gürcüstan və Ermənistandan dəvət olunmuş təhsil işçilərinin, beynəlxalq mütəxəssislərin də qatıldığı tədbirdə layihə çərçivəsində görülmüş işlər, ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr, əldə edilmiş uğurlarla bağlı Azərbaycan nümayəndələrinin təqdimat və çıxışları dinlənilib. Üç gün davam edən konfransda layihə ilə bağlı problemlər və qarşıda duran vəzifələr də ətraflı müzakirə olunub.
08/07/2015 16:52
Martın 4-də Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında keçirilmiş Respublika foto müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Martın 4-də Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında keçirilmiş Respublika foto müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil nazirinin müavini Elmar Qasımov mərasimi giriş sözü ilə açaraq öncə iştirakçıları təbrik edib və bildirib ki, müsabiqə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər Kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək, habelə məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədilə təşkil olunub. Nazir müavini qeyd edib ki, müsabiqəyə respublikamızın müxtəlif regionlarından 3 yaş qrupu üzrə qatılmış 300-ə yaxın məktəblidən 18-i fərqlənib. Belə tədbirlərin uşaqların maariflənməsi baxımından əhəmiyyətinə toxunan E.Qasımov məktəblilərin çəkdikləri fotoşəkillərdə təbiətin gözəllikləri ilə yanaşı, ətraf mühitin ekoloji problemlərinin, təbiətə və canlılara etinasız münasibətin nəticələrinin məharətlə göstərildiyini vurğulayıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Sonra müsabiqə qaliblərinə Təhsil Nazirliyinin diplomu və hədiyyələr təqdim olunub. Mərasimin sonunda “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında keçirilmiş Respublika foto müsabiqəsinə təqdim olunmuş fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
08/07/2015 16:52
Martın 4-də İsmayıllı rayonunda "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində inşa olunmuş İsmayıllı Peşə Tədris Mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil naziri Misir Mərdanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, “British Council” təşkilatının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları, ilk öncə 460 şagird yerlik Peşə Tədris Mərkəzi ilə tanış olub, sinif otaqları, emalatxana, kompüter mərkəzi, kitabxana, idman zalı və laboratoriyalarda yaradılmış şəraitlə maraqlanıblar. Yeni istifadəyə verilən İsmayıllı Peşə Tədris Mərkəzinin pedaqoji kollektivini təbrik edən təhsil naziri Misir Mərdanov bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Son illər ərzində təhsil sahəsində aparılan islahatlara toxunan nazir, nəinki paytaxtımızda, eləcə də regionlarda müasir tədris ocaqlarının istifadəyə verilməsinin ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olduğunu qeyd edib.
08/07/2015 16:52
Martın 10-da Təhsil Nazirliyində “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda müşavirə keçirilib.
Müşavirədə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov və ali məktəb rəhbərləri iştirak ediblər. Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Nazir Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 2010-2011-ci tədris ilindən etibarən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanıldığını bildirib. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə vaxtaşırı müzakirələrin aparıldığını, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı normativ sənədlərin hazırlandığını söyləyən təhsil naziri bakalavriat və magistratura səviyyələrində dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı barədə məlumat verib. Dövlət sifarişi üzrə kadr hazırlığının maliyyələşdirilməsi məqsədilə Təhsil Nazirliyinə ayrılmış vəsaitin 33 ali məktəbin hesabına köçürüldüyünü qeyd edən nazir yeni maliyyələşmə mexanizminin tətbiqi sayəsində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali təhsil müəssisələri üçün bərabər imkanlar yarandığını, abituriyentlərin, tələbələrin seçim imkanlarının artdığını nəzərə çatdırıb. Yeni maliyyələşmə mexanizminin tətbiqi baxımından ali təhsil müəssisələrinə Təhsil və Maliyyə nazirlikləri tərəfindən müvafiq köməkliklərin göstərildiyini vurğulayan Misir Mərdanov 2010-2011-ci tədris ilində dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və təhsil haqlarından azad edilən məcburi köçkün tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi ilə bağlı müvafiq sənədlərin hazırlandığını bildirib. Yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulunun gözləniləndən az olduğuna, ödənişli əsaslarla tələbə qəbulunun isə artdığına diqqət çəkən nazir deyib ki, ali təhsil müəssisələrində büdcədənkənar vəsaitlərdən əməkhaqqına ayrılan vəsaitin artırılması nəzərdə tutulub. Yeni maliyyələşmə mexanizminin tətbiqinin ilkin nəticələrini sadalayan Misir Mərdanov daha sonra özəl ali məktəblərdə dövlət sifarişi üzrə kadr hazırlığı məsələləri barədə fikirlərini bildirib, təklif və tövsiyələrini nəzərə çatdırıb. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı vaxtaşırı Təhsil Nazirliyində keçirilən müzakirələrin əhəmiyyətinə toxunan maliyyə naziri Samir Şərifov ali məktəblərdə büdcədənkənar gəlirlərdən, dövlət sifarişi əsasında kadr hazırlığına görə əldə edilən vəsaitdən istifadənin daha səmərəli təşkilinin vacibliyini vurğulayıb. Bu baxımdan ötən ilin sonlarında Təhsil və Maliyyə nazirliklərinin məsul əməkdaşının iştirakı ilə keçirilmiş ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsini xatırladan nazir ali təhsil müəssisələrinin perspektiv inkişafı üçün bundan sonra da hər cür köməkliyin göstəriləcəyini bildirib. Sonda müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılıb, ali məktəb rektorlarının təklifləri dinlənilib.
08/07/2015 16:52
Fevralın 3-də təhsil naziri Misir Mərdanov Koreya Politexnik Universitetinin prezidenti cənab Jun Yeonq Choinun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Azərbaycanla Koreya arasındakı əlaqələrin inkişafından söz açan nazir bu əməkdaşlığın hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən sonra daha da genişləndiyini qeyd edib. Misir Mərdanov dövlətimizin başçısının Koreya ilə əlaqələrin yaradılmasına böyük önəm verdiyini açıqlayıb. Nazir həmçinin azərbaycanlı gənclərin Koreyada təhsili məsələsinə də toxunub və bu sahədə görülən işlərdən danışıb. Cənab Jun Yeonq Choi qəbul üçün nazirə minnətdarlıq edib.İki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışan qonaq bu istiqamətdə lazımi işlər həyata keçirməyə hazır olduqlarını diqqətə çatdırıb. Rəhbəri olduğu təhsil müəssisəsinin dünyanın müxtəlif ölkələrinin universitetləri ilə qarşılıqlı əlaqələrindən söz açan universitet rəhbəri ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihə haqqında məlumat verib. Qonaq son illər ölkəmizin inkişaf yolunda müsbət addımlar atdığını nəzərə alaraq bildirib ki, onlar Bakı və ona yaxın ərazidə elm, eləcə də sənayenin inkişafına xidmət edən ali təhsil mərkəzi yaratmaq niyyətindədirlər. Cənab Jun Yeonq Choi bu istiqamətdə aparılan işlər, mövcud təcrübə barədə təqdimat edib. Bu təklif üçün qonaqlara təşəkkür edən Misir Mərdanov layihənin əhəmiyyətini qeyd edib və belə bir mərkəzin Azərbaycanda fəaliyyət göstərməsi arzusunda olduğunu bildirib. Eyni zamanda nazir bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmağın vacibliyini qeyd edib. Sonra Misir Mərdanov Dünya Bankı ilə imzalanmış Kredit Sazişi çərçivəsində ali təhsil sahəsi üzrə aparılacaq islahatlar barədə qonaqlara məlumat verib. Görüşdə tərəflər layihə sənədinin daha da təkmilləşdirilməsini və bununla bağlı yenidən görüşərək müzakirə aparmağın vacibliyini qeyd ediblər.
08/07/2015 16:52
Ölkəmizin ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün 2009-2010-cu tədris ilinə 87 adda dərslik və müəllim üçün metodik vəsaitin nəşri planlaşdırılıb.
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən həmin dərslik və dərslik komplektlərinin tirajı, həcmi və çap formatları təsdiq olunub. Ümumtəhsil məktəblərinin II sinifləri üçün nəzərdə tutulan 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və çapına dair dövri mətbuatda verilmiş elana uyğun olaraq nəşriyyatlar öz tender təkliflərini bu ilin mayında Təhsil Nazirliyinə təqdim edəcəklər. Dərslik komplektlərinin qiymətləndirilməsindən sonra mövcud qanunvericiliyə uyğun olaraq çap işləri təşkil olunacaqdır. Nəşri nəzərdə tutulan 87 adda dərslik və müəllim üçün vəsaitdən 47 adda dərslik V-XI siniflərin şagirdləri üçün çap olunacaqdır. Artıq həmin dərsliklər orta məktəblərin qabaqcıl müəllimlərindən yaradılmış işçi qrupları tərəfindən oxunur, onların təqdim edəcəkləri rəy və təkliflər müəllif və nəşriyyatlar tərəfindən baxılaraq nəzərə alınacaqdır.
08/07/2015 16:52
Son illər vacib məsələ kimi diqqətdə saxlanılan məktəblərin istiliklə təminatı istiqamətində bir sıra işlər görülüb.
Belə ki, 2008-ci ildə 350 məktəbin istilik sistemi bərpa edilib. Həmin təhsil müəssisələrinin 206-da bərpa işləri Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına aparılıb. Cari ildə 300-dək məktəbin istilik sistemi əsaslı təmir və bərpa ediləcək. Bu sahədə mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı