• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 4-də Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında keçirilmiş Respublika foto müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Martın 4-də Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında keçirilmiş Respublika foto müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil nazirinin müavini Elmar Qasımov mərasimi giriş sözü ilə açaraq öncə iştirakçıları təbrik edib və bildirib ki, müsabiqə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər Kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək, habelə məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədilə təşkil olunub. Nazir müavini qeyd edib ki, müsabiqəyə respublikamızın müxtəlif regionlarından 3 yaş qrupu üzrə qatılmış 300-ə yaxın məktəblidən 18-i fərqlənib. Belə tədbirlərin uşaqların maariflənməsi baxımından əhəmiyyətinə toxunan E.Qasımov məktəblilərin çəkdikləri fotoşəkillərdə təbiətin gözəllikləri ilə yanaşı, ətraf mühitin ekoloji problemlərinin, təbiətə və canlılara etinasız münasibətin nəticələrinin məharətlə göstərildiyini vurğulayıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Sonra müsabiqə qaliblərinə Təhsil Nazirliyinin diplomu və hədiyyələr təqdim olunub.
Mərasimin sonunda “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında keçirilmiş Respublika foto müsabiqəsinə təqdim olunmuş fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.


10 il əvvəl